Fevralın 24-də görkəmli neftçi Rauf Əşrəf oğlu Kərimov vəfat edib.
Report xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov məlumat verib.R.Kərimov Azərbaycan Neft emalı sənayesində koks istehsalının ən yaxşı bilicilərindən biri və Azərbaycan Prezidentinin fəxri təqaüdçüsü olub.
Zamantv.az