Fransada daha əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb.
Bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran açıqlama verib.
Veranın sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır. “Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O daha xəstə deyil və ona görə də evə qayıda bilib”, - Səhiyyə naziri deyib.
Qeyd edək ki, Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi 1-i dünyasını dəyişmişdi. (qafqazinfo)
Zamantv.az