İranın dərman bazarı çökür - Bakıdan gedən xəstələri nə gözləyir?

15:09 12.02.2020 423
İranın dərman bazarı çökür - Bakıdan gedən xəstələri nə gözləyir?
ABŞ İranı indi də dərman və ərzaq tədarükünə qadağa ilə sıxışdırmağa başlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvinin sözlərinə görə, amerikalılar bu istiqamətdə bütün bank köçürmələrini bağlayıb.

İsveçrənin Tehrandakı səfiri Markus Leytner İrana ən azı 180 min qutu dərman tədarük edildiyini bildirib.

İranın Birinci vitse-prezidenti İshak Cahangiri İsveçrənin İrana humanitar məhsulların ödənilməsi mexanizmini təbliğat adlandırıb.

Ancaq bizi daha çox maraqlandıran başqa nüansdır: görəsən, Azərbaycandan İrana müalicə və müayinəyə gedənlər üçün hansı çətinliklər meydana gələcək?
Nəzərə almaq lazımdır ki, azərbaycanlı xəstələr xarici ölkələrdən daha çox İrana üstünlük verirlər. Ötən il Azərbaycandan İrana gedənlər ümumilikdə xaricə səfər edənlərin 36,7 faizini təşkil edib.

Qonşu ölkədə yalnız özəl klinikalar xarici vətəndaşları qəbul edirlər. Bu dövlətdə müayinələrin və dərmanların ucuz olması azərbaycanlı xəstələrin axın etməsinə əsas səbəbdir. Yəni qiymət fərqi yarıbayarı var və üstəlik, diaqnozların qoyulmasında daha səhih işləyirlər.

Hətta Azərbaycan klinikalarındakı müayinələrin nəticələrinə də baxmırlar, yenidən müayinəyə göndərirlər.

Azərbaycanlılar daha çox Tehran, Təbriz və Ərdəbil xəstəxanalarına axışırlar. Əldə etdiyimiz məlumata görə, hazırda qiymətlərdə ciddi bir dəyişiklik olmayıb. Ərdəbildə olan tanışlardan birinin verdiyi xəbərə görə, dərmanlar da hələ ki bahalaşmayıb. Çünki preparatlar İran istehsalıdır.

Ölkənin daxili dərman istehsalı özünü təmin etməyə qadirdir. Ancaq xaricdən İrana gələn xəstələrin təmin olunması ilə bağlı nəsə söyləmək çətindir. Çünki ötən il ABŞ-ın sanksiyaları nəticəsində İranda sarğı və bəzi dərman preparatlarının çatışmazlığı müşahidə edilirdi.

İranın əməkdaşlıq etdiyi İsveçin "Molenlyke” farmakologiya şirkəti də ABŞ-ın sanksiyalarından qorxaraq sarğı ixracından imtina etmişdi. Ona görə əgər sanksiyalar uzun müddət davam eləsə, təsirlərini göstərməyə başlayacaq. Eyni zamanda İranla Azərbaycan arasında dərman satışında əməkdaşlıq var.
Məsələn, bir neçə gün əvvəl yayılmış xəbərdə bildirilirdi ki, İranın "CinnaGen” dərman istehsalçısı şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Şirkət sonsuzluq, xərçəng, qan xəstəliklərinin müalicəsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə dərman preparatları istehsal edir.
Elə bu günlərin daha bir məlumatı ABŞ-ın sanksiyalarına baxmayaraq, Danimarka şirkətlərinin İranda dərman və tibbi preparatlar istehsalı müəssisəsi açmağa hazırlaşmasıdır.

Ümumiyyətlə, bu sətirlərin müəllifi də şahid olub, İrana gedən azərbaycanlı xəstələrə yalnız yerli istehsal olan dərmanlar yazılır.

Onların qiymətləri isə qəpik-quruşdur. İrana idxal edilmiş dərmanlardan istifadəyə az rast gəlinir. Azərbaycanlılar isə son vaxtlar bu dərmanların keyfiyyətindən şikayətlənirlər.

Onların sözlərinə görə, iranlı həkimlər xəstələrə ucdantutma yatızdırıcı həblər yazırlar. Bu da ağrıları aradan qaldırmağa, xəstəni sakitləşdirməyə müvəqqəti kömək edir, xəstəliyin sağalmasına gətirib çıxarmır.

İqtisadçı-ekspert Natiq Cəfərli "Yeni Müsavat”a bildirdi ki, İranda dərman istehsalı geniş yayılıb. Onun fikrincə, istehsal olsa da, İran tərəfi dərman hazırlanmasında molekulları xaricdən almalı olur: "Bu da həm İran, həm Azərbaycana öz təsirini göstərəcək. Çünki dərman istehsal etmək üçün molekulları yoxdur, xaricdən alınır, əgər sanksiyalar olsa çətinlik yaşanacaq, axsamlar qeydə alınacaq. Azərbaycanlıların ən çox müalicə üçün getdiyi ölkə İrandır. İran həkimləri isə bizim xəstələrə yerli istehsal olan dərmanları yazırlar. Bizim apteklərdə həmin dərmanlar satılmır deyə xəstələr özləri ilə İrandan alırlar.

Müalicə uzunmüddətli olanda İrandan həmin dərmanı sifariş edirlər, yaxınları gedəndə alıb gətirir. Ona görə dərman tədarükünə sanksiyalar tətbiq olunsa, ciddi problem, qıtlıq yaranacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...