Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.
Axar.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Q.Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə təyinat olmayıb.
Zamantv.az