Bakı sakinlərinin çoxdan gözlədiyi XOŞ XƏBƏR - Zooparkın açılış vaxtı bilindi

22:33 22.01.2020 400
Bakı sakinlərinin çoxdan gözlədiyi XOŞ XƏBƏR - Zooparkın açılış vaxtı bilindi
Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda istifadəyə veriləcək.

Bunu BAKU.WS-ə Bakı Zooloji Parkının tikinti-layihə rəhbəri Ramin Vəliyev bildirib.

Onun sözlərinə görə, Bakı Zooparkı tamamilə sökülüb və yenidən tikinti işləri aparılıb: "Bildiyiniz kimi Bakı Zooparkı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən tikilir. Biz yenidənqurma işləri ilə məşğuluq. Bakı Zooparkı yerlə bir söküldü və yenidən tikinti işləri aparılır.

Yay aylarının sonunda zoopark hazır olmalıdır. Hazırda layihələndirmə işləri gedir. Dünya zooparkları ilə işlər aparılır, hamısında nümayəndələrimiz olub. Bakı Zooparkı heç birinin oxşarı və təkrarı olmayacaq. Təbii təcrübə kimi beynəlxalq standartlardan istifadə olunur. Keçmiş zooparkdan heç nə qalmayıb və yenisi çox gözəl görkəmdə olacaq. Ərazisi də 4,5 hektar olub.

Əvvəl heyvanların saxlanma yeri az idi, indi bu, daha çox olacaq. Amma dəqiq sayı demək mümkün deyil. Biz Avropa Heyvanlar Assosasiyasına daxil olmaq istəyirik. Ora daxil olandan sonra heyvanlar mübadiləsi gedir. Amma əlavə valierlər tikilir ki, gələcəkdə heyvanların sayı artırılsın”.

Layihə rəhbəri həmçinin deyib ki, zooparkda seminar zalı da fəaliyyət göstərəcək: "Yeni zooparkın içində uşaqlar və turistlər üçün yeni restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərəcək. Bunlar barədə ətraflı danışa bilməsək də, amma yeni zoopark əvvəlkindən iki dəfə böyüyəcək və çox maraqlı olacaq. Zoopark ərazisində həm də 60 uşağın iştirak edə biləcəyi seminar zalı da fəaliyyət göstərəcək.

Yeni zooparkda insanların yerini məhdudlaşdırıb, heyvanların yerini genişləndirmişik. Əvvəllər heyvanlar qəfəslərdə və bağlı bir məhdud yerdə idi, insanlar isə açıq yerdə idi. İndi tamamilə fərqlidir, insanların yeri məhduddur, macəra körpümüz var. Sürpriz olsun deyə bunlar barədə ətraflı danışmırıq. Elə şərait qurulub ki, heyvanlar açıq bir şəkildə təbiətə uyğun yaşasın.

Yeni zooparkın tikintisi başa çatdıqdan sonra heyvanları yenidən ora qaytarmağa və yerləşdirməyə 1-2 ay vaxt sərf olunacaq. Heyvanlar ilkin mərhələdə zooparkda adaptasiya prosesi keçəcək. Daha sonra yeni zooparkda mümkün qüsur və çatışmazlıqların aradan qaldırılmasına baxacağıq. Bu proses tam başa çatdıqdan sonra zoopark istifadəyə veriləcək”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu