Impera
XƏBƏR LENTİ
14:34Ermənilərin diversiya cəhdinin qarşısı alınarkən bir hərbçimiz şəhid olub13:43Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi - QƏRAR13:42Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib12:31Azərbaycan Prezidentinin köməkçisi koronavirusdan DANIŞDI12:30İran Türkiyənin koronavirusla bağlı təklifini qəbul etməyib12:29SON DƏQİQƏ - Bakıda 16 mərtəbəli yaşayış binası yanır10:35Koronavirus barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ10:31Ermənistan ordusu atəşkəs rejimini 24 dəfə pozub10:29Məşhur müğənni Nəzakət Məmmədova niyə öldürülüb? — VİDEO10:27Koronavirusla mübarizəyə silahlı qüvvələr də cəlb ediləcək10:24Alman nəşri Xocalıdan yazdı22:10Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA21:45Prezidenti saymayan icra başçılarını DTX aparır: Sırada kim var?21:41Oqtay Gülalıyevdən son xəbər21:40Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu21:24MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı21:15I sinfə qəbul qaydaları açıqlandı - VALİDEYNLƏRİN DİQQƏTİNƏ!13:14Tək yaşayan qadının evinə basqın edib boyunbağısını apardılar - LƏNKƏRANDA13:11Qayınata toy günü kürəkənini öldürüb12:29Novruz bayramında neçə gün evdə qalacağıq?12:25Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI12:2140 yaşlı kişi qızının sinif yoldaşını dağa aparıb... – Azərbaycanda şok olay10:36Azərbaycan Avropada 6-cı, dünya isə 10-cu yeri tutur10:35Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub10:34Daha bir icra başçısı hədəfdə - Bu gün həbs olunan İsmayılovun qaynıdır10:32Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir10:31SOCAR və “Snam” arasında saziş imzalandı17:10Fevralın 21-nə olan hava proqnozu17:09DTX icra başçısını rüşvət alarkən HƏBS ETDİ - YENİLƏNİR13:27Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO13:15Xəstə beyin əməliyyatı zamanı skripka çaldı - Video13:12Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürüldü - FOTO13:09Heydər Əsədovun külli miqdarda əskiyi üzə çıxdı: "Prokurorluğa müraciət etdim..."13:07Türklərin olduğu kafeyə silahlı hücum olub, ölülənlər və yaralılar var10:4910 yaşlı uşaq sosial şəbəkələrdə gündəm oldu - 5 ayda 250 kitab - VİDEO10:47Ermənilər azərbaycanlılardan üzr istədi10:46Fransa polisi keçmiş rektor Elşad Abdullayevin işini araşdırır10:44Nardaran camaatından Aygün Muradxanlıya cavab - VİDEO10:42Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi15:29Təhsil Şöbəsinin qarşısında keçirilən etiraz aksiyasına açıqlama15:25Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq14:19Qonşusunu güllələyənin cinayət işini məhkəmə araşdırır14:16“Sədərək”dəki yanğında polisdən BÖYÜK FƏDAKARLIQ - VİDEO14:15Seçkini saxtalaşdıranların cəzası açıqlandı13:23Ata deputat, övlad məmur - ADLAR13:19General: "İlham Əliyevin Münhendə qətiyyətli çıxışı düşmənə müharibə mesajı verdi"12:53İNANILMAZ: Alimlər ömrü uzadan QİDANI tapdılar - Müntəzəm qəbul etdikdə... - VİDEO12:48Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı10:33Prezident parkinqlərdən danışdı10:30ABŞ Hindistan və Çini Venesuela neftindən imtina etməyə çağırıb22:19Dizaynerin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA22:17“Reuters”: AKP-də kütləvi istefalar başlayacaq22:01Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə yeni müavin təyin edildi - YENİLƏNİB21:59MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB21:43SOCAR-dan azərbaycanlıları işlədib pulun verməyən Kanada şirkəti ilə bağlı AÇIQLAMA21:38Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin rəhbərini qəbul edib21:36Ukrayna parlamenti Xocalı soyqırımını tanıya bilər21:28Məhkəmədən Elinanın valideynlərinə PİS XƏBƏR21:18Nazir 5 təhsil işçisinə töhmət verdi21:15Xətaidə yanğın - Xəsarət alan var21:1330 gün ərzində ödəməlisiniz - Polisdən sürücülərə XƏBƏRDARLIQ - VİDEO21:10“Sədərək”də biabırçılıq: Yanğından sonra bunu da etdilər11:50"Sədərək"də neçə mağaza yanıb? - RƏSMİ22:18Tovuz "Mero"sunda sürücülük vəsiqəsi 1100 manata satılır - ŞİKAYƏT22:13Baş nazirdən ali məktəblərə qəbul imtahanı ilə bağlı mühüm QƏRAR22:11Yunis Səfərovun işində məhkəməyə etiraz verilib22:09AB Suriyaya qarşı sanksiyaları genişləndirdi22:04İlkinin anası Nərminin 40 mərasimində - ŞOK VİDEO22:02Ali təhsil müəssisələrinə qəbul imtahanında dəyişiklik edilib22:00Liviya neft sanksiyalarına görə gündə 60 mln. dollar itirir21:57Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır21:55İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? - ATV-dən açıqlama21:52Real TV-nin seçki saxtalarlığından yazan işçiləri kanaldan uzaqlaşdırıldı17:25Nazir Vilayət Eyvazovdan yeni təyinat17:24"Qaçqınkom" 70-dən çox məcburi köçkün ailəsini MƏHKƏMƏYƏ VERDİ17:23Zakir Qaralov idarə rəisini işdən çıxardı17:21Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir17:18MSK 7 məntəqənin nəticələrini etibarsız saydı11:03Fazil Mustafa Mehman Hüseynovu şantajda ittiham etdi11:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:59MSK bu gün yenə toplanır10:58Azərbaycan millisinə 22 futbolçu çağırıldı10:53Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrdən XƏBƏR VAR11:56Sumqayıt Kimya Sənaye Parkında yanğın təhlükəsizliyi məsələsi müzakirə olunub11:54Vilayət Eyvazovdan yeni təyinat11:51Sahil Babayev: “Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur”11:50Zərif: "ABŞ və İran müharibəyə çox yaxın idilər"15:23Badamdarda yenidən torpaq sürüşməsi olub15:22Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin15:21“Başqalarının başına sumka vuran komandama təşəkkür” deyən deputata cavab - Video15:20"Unibank"ın törəmə şirkəti AYİB-dən 5,8 milyon dollarlıq istiqraz alır15:18“Prezident mənə təzyiq göstərə bilməz”15:17Hadı Rəcəbli — "Qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub"14:33Seçki dairəsində baş vermiş saxtakarlıqlar11:14Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub11:12Eldar Əzizovdan yeni TƏYİNAT10:53Milli Məclisə təkrar seçkilər keçiriləcək10:51Deputatlığa namizəd prezidentə müraciət etdi - VİDEO10:48Şirvanda yeni doğulan körpə ölüb22:43İran prezidenti istefaya gedir? - İDDİA
BÜTÜN XƏBƏRLƏR

Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB

20 Ock 2020, 21:40   
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB
Aleksandr Lebedin "Bakı xatirələri” - I HİSSƏ

Müasir Rusiyanın hərb tarixini Aleksandr Lebed olmadan təsəvvür ertmək mümküm deyil. Əfqanstan müharibəsinin aktiv iştirakçısı olan Lebed 1992-ci ildə Dnestryanı və Çeçenistan müharibələrinin də aktiv iştirakçısı olub. Onun hərbi bioqrafiyasında Sovet İttifaqının son illərində baş verən Tbilisi olayları (1989-cu il aprel) və 1990-cı ilin 20 yanvarındakı Bakı qırğınının da önəmli payı var. 1995-ci ildə çap etdiyi "Za derjavu obidno” adlı xatirələr kitabında o, 20 yanvar hadisələri ilə bağlı "xatirələrini” bölüşüb. Həmin vaxt SSRİ Hərbi Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri olan general-mayor A.Lebed 20 yanvar hadisələrinin əsas iştirakçılarından biridir.


Modern.az saytı Lebedin 20 yanvar hadisələri ilə bağlı "xatirlərini” ixtisarla təqdim edir. Bu qeydlərdə Lebed 20 yanvar gecəsi işğalçı imperiya ordusunu qarşılamaq içün yollara, meydanlara çıxan azərbaycanlıları kriminal qüvvələr kimi təqdim etməyə çalışıb.

Lebedin Bakıda hadisələrinə aid qeydləri
- Qəzetlər, televiziya sanki gündəlik olan hadisə kimi Bakıdakı hadisələrdən danışırdı. Ölənlərin sayı açıqlanırdı. Dünya və ittifaq ictimaiyyəti çox zəif etirazlar edirdi. Zabitlər hər gün daha çox təəccüblənirdilər: "Necə yəni – Bakıda qırğındı, bizsə Tuladayıq”.
Mixail Qorbaçovun qarşıdurmanı dayandırmaq üçün 1 həftə ərzində nə qədər səy sərf etdiyini bilmirəm, amma yəqin arqumnetləri bitdiyi üçün "Hava Desant Qoşunları+Hərbi Nəqliyyat Aviasiyası=Sovet hakimiyyəti” düsturunu yada saldı və yavarın 18-də 106-cı diviziya həyəcan siqnalı ilə ayağa qalxdı.

Hər şey həmişəki kimi nizamlı qaydada təşkil olunmuşdu. Alaylar bir-birinin ardınca aerodoroma gəldilər və ilk olaraq hərbi texnikanı yüklədilər. Bakıya ilk yollanan 137-ci Ryazan hərbi desant alayı oldu. Mən Tula alayının ilk təyyarəsi ilə uçdum.
Mənim olduğum təyyarə Bakıya yaxın Qala aerodromuna alatoranlıqda eniş etdi. Ətrafda tək-tək atəş səsləri gəlirdi. Diviziyanın qərargah rəisi, polkovnik N.Nisifirov və Ryazan alayının komandiri, polkovnik Y.Naumov məni qarşıladılar. Onlarla yanaşı gələn komandir isə tələsik şəkildə hesabat verdi ki, eniş edən təyyarələrdən birinin gövdəsinə silsilə atəş açılıb, itki yoxdur. Təyyarə ciddi zədə almasa da, bu haqda yalnız səhər dəqiq bir şey demək olardı.
Qərargah rəisi vəziyyət barədə məlumat verdi: "Ryazanlılar və kostromalılar kolon şəkilndə düzülüblər. Fəal hərəkətlərə hazırıq! Aerodromun girişi "KAMAZ”, "KRAZ” və beton bloklarla bağlanıb. Bu impovizə olunmuş barrikadaların arxasında isə 50-150 nəfər arasında dəyişən qruplar yerləşiblər. Atıcı silahları olsa da, sayı çox deyil. Eyni vaxtda minik maşınlarında aerodormun ətrafında dövrə vuran qrup üzvləri enən və havaya qalxan təyyarələrə atəş açırlar”.
Alay komandiri, polkovnik Yuri Naumov yüksək keyfiyyətlərə malik, istər sülh, istərsə də müharibə şəratiində eyni ustalıqla komandanlıq etməyi bacaran zabit idi.
"Yuri Nikolayeviç, məruzə edin görək, nə baş verir?”-deyə soruşdum.
- İcazə verin vətəndaş polkovik, məruzə edim.
- Et.
- Müdafiə naziri Yazov yumruğunu mənim burnuma yaxınlaşdırdı və dedi: "Hünərin var, şəhəri götürməyin! Lebedə də deyin!”
- Elə bu -deyə mən soruşdum
- Elə bu
- Bəs hansı şəhəri götürmək lazımdır?
- Bakını da. Başqa götürüləsi şəhər yoxdu burda.

2 milyonluq şəhəri zəbt etmək, çox incə və rahat tapşırıq idi. Bu zaman mən telefona çağrıldım. Hərbi Desant Qoşunlarının komandanı, general-polkovnik Açalov hədəfləri konkretləşdirdi. Mənzərə aydınlaşdı. Mən ilkin göstərişləri verdim və nəzarət-buraxılış məntəqəsinə getdim. Bakıya 30 kilometr var idi və tapşırığı uğurla icra etmək üçün ilk olaraq aerodromdan çıxmaq lazım idi.
Nəzarət-buraxılış məntəqəsi qum yeşikləri ilə əhatə olunmuş və texniki bölüyün gərginlik içində olan əlisilahlı əsgərlərinin keşik çəkdiyi yer idi. Məntəqənin qapılarından kənardakı zülmətdə isə yük maşınlarının kölgəsi və onların arası ilə gəzişən insanların güclə sezilən surəti canlanırdı. Onların bəzilərinin əlində silah var idi. Ara-sıra onların söyüşləri və qışqırmaqları eşidilirdi.

Onlarla danışıqlara getməyi qərara aldım.
"Mən aerodromdan çıxmalıyam və çıxacam. Ordu quyruğundan tutulmuş, miyoldayan və cırmaq atan, amma nəticədə heç nə edə bilməyən pişik deyil. Yolu təmizləyin və mən əmin edirəm ki, başınızdan bir tük belə əskik olan deyil”-deyə qarşı tərəfə bildirdim.
Cavab isə isterik şəkildə verildi: "Siz burdan keçməyəcəksiniz... Biz hamımız ölərik, amma siz keçməyəcəksiniz”.
Biz sakitcə danışıqlar apardığımız vaxt, aerodromda qızğın iş gedirdi. Nəzarət-buraxılış məntəqəsinin sağ və sol tərəflərində minatəmizləyənlər aerodromun mühafizə məftillərini kəsirdilər və texnikanın çıxarılmasına hazırlaşırdılar.
Hər kəs dəbilqə və bronjilet geyərək döyüş hazırlığına gətirilmişdi.
Zabitlərdən biri mənə yaxınlaşaraq pıçıltı ilə dedi ki, "hər şey hazırdı”. Mən aerodromun həndəvərindəki şəxslərlə danışıqları yekunlaşdırmağa qərar verdim:
"Özünüz bilin, mən sizi xəbərdar etdim”.
Bunun cavabında isə şaqqanaq çəkən kütlənin çığırtısını və fit səsini eşitdim.
"İrəli”-deyə qoşuna əmr verdim.
Aerodromun qabaqcadan açılmış qapılarından çıxan bölüklər şosseyə çıxdılar. Desantçılar "Ura!” deyə çığıraraq kütlənin arasında panika yaratmaq üçün havay atəş aça-aça 2 istiqamətdən hücuma keçdilər.

Belə qəfil hücumu gözləməyən kütlə yolun digər tərəfindən üzümlüyə doğru qaçdı. Lakin hamısı yox, 92 nəfəri həbs edə bildik. Bayaqkı təntənələrindən əsər-əlamət qalmamışdı. Ölən və yaralananlar yox idi. Yerdə atılmış silahlara rast gəldik və əlbəttə ki, onların sahibi ortaya çıxmadı.
"Ural”, "KAMAZ” və "KRAZ”ları qoşqu ilə yana çəkərək yoldan çıxardılar, Bakıya gedən yol artıq açıq idi.


Ryazan, ardınca isə Kostroma alayları Bakıya doğru yola düzəldi. Tula alayını isə gözlənilməz hadisələr üçün ehtiyatda saxladım. Komanda mərkəzimiz isə Qala aerodromundakı zabitlər yataqxanasındakı 2 otaqda yerləşmişdi. Ryzanlılar güclə irəliləyirdilər. Ümumilikdə Bakıya gedən 30 kilometrlik yolda onlar 13 barrikadanı aşmağa məcbur oldular. Təxminən hər 2-2,5 kilometrə birini... İki dəfə qarşmızdakı qüvvələr eyni fənddən istifadə etdilər: içi benzinlə dolu avtosisternlər şosse boyu sürətlə hərəkət edərək yola benzin tökürdü. Avtosistern uzaqlaşır və yolu əhatə edən üzümlüklərdən yola məşəl atırdılar.
Nəticədə kolonları alov dənizi qarşılayırdı. Gecə vaxtı bu mənzərə xüsusilə təsirlidi. Kolon iki tərəfdən üzümlüyə doğru hərəkət edir, ordan isə atəş açılırdı. Bu məqamda həmin əsgərin psixologiyasını anlamaq lazımdır. 19-20 yaşlı əsgərə həyatının heç bir mərhələsində - nə uşaq bağçasında, nə məktəbdə, nə texnikumda, nə institutda "öldür” deməyiblər. Onu buna öyrətməyiblər. Daha dəqiq desək öyrədiblər, amma abstrakt şəkildə. Burada isə hədəf konkret deyildi. Daha doğrusu, xarici dövlətin əsgəri deyildi. Bura Azərbaycandır və əsgərlər coğrafiya dərslərindən bilirdilər ki, bu müttəfiq respublikalardan biridir, bizim torpaqdır, bizim insanlardır. Onlar bilirdilər ki, sıralarında xeyli azərbaycanlı var və hətta onların bir çoxu əslən Bakıdan idi.

Həmin əsgər bura istəyi ilə deyil, əmrlə gəlmişdi. Əmr isə qanlı qarşıdurmanı dayandırmaqdan ibarət idi. Əsgərlərin içində aqressiya və acıq yox idi. Yalnızca çaşqınlıq və intizar var idi. Onların çoxu döyüşə xoşniyyətlə və təbəssümlə gedirdi. Düşünürdülər ki, insanlarla danışsalar, onlar bir-birini öldürməkdən vaz keçəcəklər. Lakin onların xoşniyyətini zülmətdən açılan atəş səsləri və söyüşlər qarşılayırdı. Əsgərlərdə isə onlara atəş açan məchul şəxsə qarşı aqressiya və nifrət yaranır, bir növ onlarda desantçı şovinizmi oyanırdı.
Bakıya uzanan 30 kilometrlik yol Ryazan alayına 37 yaralı hesabına başa gəldi. Onların 7-si güllə, qalanları isə üzərlərinə armatur, kərpic və boru atılması nəticəsində xəsarət almışdı. Səhər 5-də alay nəzərdə tutulan rayonuda mövqe tutdu. Şərqdə, "Nasosnı” aerodromundan Pskov hava desant diviziyası şəhərə daxil oldu. Bununla yanaşı, Rostov vilayəti, Stavropol və Krasnodar diyarından tez-tələsik toplanan motoatıcılar da Bakıda gəlmişdilər.


Eyni şəhər, eyni insanlar... Amma 1988-ci ilin noyabrında Bakı gümrah, işıqlı, temperamentli cənub şəhəri idi. Bizim üzümüzə gülən şəhər, indi qarşımızda hərbi əməliyyatlardan yorulmuş, dünyaya hər şeyə və hər kəsi nifrət edən şəhərə çevrilmişdi.
Adət halını almış, amma buna baxmayaraq yüngülləməyən işə - şəhərdə komendant xidmətini təşkil etmək üçün fəaliyyətə başladım. Amma təşkilatçılıq işi alınmadı. Bunun bir neçə səbəbi var idi...

Ardı var
OXŞAR MÖVZULAR