Impera
XƏBƏR LENTİ
12:03Azərbaycanda daha bir nəfər karantinə alındı12:01Çin koronavirusla mübarizə üçün İrana mütəxəssis qrupu göndərib11:58İdlibdə şəhid olan türk əsgərləri - FOTOLARI22:22Rusiyanın döyüş gəmiləri İstanbul boğazına girdi22:19Bakı Polisindən koronavirus AÇIQLAMASI22:17Ərdoğanın generallarla 6 saatlıq müzakirəsi – QƏRAR AÇIQLANDI22:13Prokurorluqdan Şəkidə tapılan meyitlə bağlı AÇIQLAMA22:12Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə22:08Azərbaycanda iki vəzifəyə TƏYİNAT21:36"Türk əsgəri o nöqtədə olmamalı idi" - Rusiya iddiaları qəbul etmir10:42Məleykə Əsədova üç milyonluq villasını necə aldığını açıqladı10:35Ərdoğanın İdliblə bağlı qapalı İclası 6 saat çəkib10:33Hərbi blokun baş katibi Yerevanda Qarabağı müzakirə etdi21:58Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxardı21:56Azərbaycanda 177 nəfər koronavirusa görə xəstəxanaya aparıldı21:55AXCP sədrinin müşaviri həbs edilib14:31Nazirlik Azərbaycandan Gürcüstana keçən şəxsdə koronavirus aşkarlanması ilə bağlı məlumat yaydı14:28Əli Nağıyev: “Qorxu koronavirusdan daha təhlükəlidir” - Video13:55Ata Abdullayevlə "Ana harayı" abidəsinə ziyarət edənlər arasında gərginlik yaşanıb - VİDEO13:04“Neftçi”nin ABŞ-da yaşayan sabiq oyunçusu12:27Gənclər Fondu Xocalı qurbanlarını andı12:25Prezident koronavirusa görə karantinə alındı - Video12:23Baş nazirdən dərsliklərlə bağlı QƏRAR12:18Bakıda baş verən qəzanın görüntüləri - ANBAAN VİDEO22:32Meriya mitinqlə bağlı müraciətə cavab verdi22:30Azərbaycanda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI22:28Məşhur müğənni koronavirusa görə məhkəməyə getmədi22:19Ərdoğan Qarabağdan danışdı: “Nə ABŞ, nə də Rusiya bu işi həll edib”22:17Rus mediası Xocalıdan yazdı: Qızın sadəcə başı qalmışdı...22:11Təcili yardım maşını sıradan çıxdı - TRAKTORA QOŞDULAR - VİDEO22:04Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ MƏLUMAT22:03Azərbaycanlı neftçi vəfat etdi - FOTO21:59Hər müəllimdən ayda 10 manat yığılır? - Təhsil Nazirliyindən AÇIQLAMA21:57İlham Əliyev və xanımı Ayaz Mütəllibovla görüşdü - VİDEO21:54Baş Prokurorluqda YENİ TƏYİNAT - FOTO21:52Xocalını görən litvalı müxbir dəhşətli faktları açdı14:16XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ12:59Mirvari Fətəliyeva: “Hər gün ermənilərin gözündə mənə olan nifrəti görürəm” - MÜSAHİBƏ10:31Göyə dron qaldıran serfer dəhşətə gəldi: akulaların mühasirəsində üzürmüş – VİDEO10:29Nazirlik ağac kəsən şirkəti cərimələdi10:22Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir”10:18Xocalı soyqırımından 28 il ötür15:50Ümidim yalnız Sizədir cənab Prezident!13:03Nazir: "Koronavirusa yoluxanların hamısı sağalıb"13:02“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”13:00Bakı Bulvarında qorxunc hadisə - AXTARIŞLAR BAŞLADI12:54Ölümcül virus bütün Avropaya yayıla bilər12:21Bu ərazidə işıq olmayacaq12:12Keçmiş deputat oğlunun məhkəməsi başlayır12:06Koronavirus Vahid Ələkbərovun şirkətinin səhmlərinin düşməsinə səbəb oldu10:48Türkiyə və Britaniyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər10:46Bu gün ilk çərşənbədir10:44Bu gün 20 seçki məntəqəsinin nəticələri ləğv edilib - SİYAHI22:06İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi22:02Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib14:34Ermənilərin diversiya cəhdinin qarşısı alınarkən bir hərbçimiz şəhid olub13:43Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi - QƏRAR13:42Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib12:31Azərbaycan Prezidentinin köməkçisi koronavirusdan DANIŞDI12:30İran Türkiyənin koronavirusla bağlı təklifini qəbul etməyib12:29SON DƏQİQƏ - Bakıda 16 mərtəbəli yaşayış binası yanır10:35Koronavirus barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ10:31Ermənistan ordusu atəşkəs rejimini 24 dəfə pozub10:29Məşhur müğənni Nəzakət Məmmədova niyə öldürülüb? — VİDEO10:27Koronavirusla mübarizəyə silahlı qüvvələr də cəlb ediləcək10:24Alman nəşri Xocalıdan yazdı22:10Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA21:45Prezidenti saymayan icra başçılarını DTX aparır: Sırada kim var?21:41Oqtay Gülalıyevdən son xəbər21:40Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu21:24MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı21:15I sinfə qəbul qaydaları açıqlandı - VALİDEYNLƏRİN DİQQƏTİNƏ!13:14Tək yaşayan qadının evinə basqın edib boyunbağısını apardılar - LƏNKƏRANDA13:11Qayınata toy günü kürəkənini öldürüb12:29Novruz bayramında neçə gün evdə qalacağıq?12:25Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI12:2140 yaşlı kişi qızının sinif yoldaşını dağa aparıb... – Azərbaycanda şok olay10:36Azərbaycan Avropada 6-cı, dünya isə 10-cu yeri tutur10:35Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub10:34Daha bir icra başçısı hədəfdə - Bu gün həbs olunan İsmayılovun qaynıdır10:32Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir10:31SOCAR və “Snam” arasında saziş imzalandı17:10Fevralın 21-nə olan hava proqnozu17:09DTX icra başçısını rüşvət alarkən HƏBS ETDİ - YENİLƏNİR13:27Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO13:15Xəstə beyin əməliyyatı zamanı skripka çaldı - Video13:12Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürüldü - FOTO13:09Heydər Əsədovun külli miqdarda əskiyi üzə çıxdı: "Prokurorluğa müraciət etdim..."13:07Türklərin olduğu kafeyə silahlı hücum olub, ölülənlər və yaralılar var10:4910 yaşlı uşaq sosial şəbəkələrdə gündəm oldu - 5 ayda 250 kitab - VİDEO10:47Ermənilər azərbaycanlılardan üzr istədi10:46Fransa polisi keçmiş rektor Elşad Abdullayevin işini araşdırır10:44Nardaran camaatından Aygün Muradxanlıya cavab - VİDEO10:42Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi15:29Təhsil Şöbəsinin qarşısında keçirilən etiraz aksiyasına açıqlama15:25Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq14:19Qonşusunu güllələyənin cinayət işini məhkəmə araşdırır14:16“Sədərək”dəki yanğında polisdən BÖYÜK FƏDAKARLIQ - VİDEO14:15Seçkini saxtalaşdıranların cəzası açıqlandı13:23Ata deputat, övlad məmur - ADLAR
BÜTÜN XƏBƏRLƏR

Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir

17 Ock 2020, 11:23   
Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir
Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; əsas müttəhim "prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir

Sabunçu Rayon Məhkəməsində Gəncənin icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin - Mahir Əzizov, Hamlet Abdullayev, Akif Əliyev, Cəfər Zalov, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə, prosesə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyev sədrlik edib.

Prosesdə Y.Səfərovun müdafiəsinə vəkil Bəxtiyar Hacıyev qoşulub.

Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmənin şəffaf, obyektiv araşdırılması üçün video və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.

Y.Səfərov buna etirazını bildirib: "30 il ərzində Azərbaycanda ikinci belə bir fövqəladə hadisə baş verməyib ki, kimisə heç bir səbəb olmadan vurasan. Ona görə prosesin şəffaf keçirilməsini istəyirik. Qoy bütün ictimaiyyət hər şeyi bilsin".

Y.Səfərov həbs olunduğu gündən etibarən telefon danışıqlarına və yaxınları ilə görüşə məhdidiyyət qoyulduğunj bildirib: "1 il 5 aydır ki, telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulub. Mən mühakimə olunuram. Müdafiəmi qura bilmirəm. Əvvəl hüquqlarımı təmin edin, sonra mühakimə edin".

Daha sonra təqsirlındirilən şəxslər və müdafiəçiləri məhkəmə tərkibinə etiraz ediblər.

Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önündə 10 nəfər dayanıb. İki nəfər - Ağa Sərxani və Anar Bağırov tutularkən öldürülüb. Həbs edilənlərə qarşı 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.

"Yeni Müsavat” bildirir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə bir neçə məhkəmə prosesi artıq yekunlaşıb.

Yunis Səfərov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.

Rəsmi ittihama görə, iyul ayının 3-də törədilən cinayətin icraçısı Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq istəyiblər.

Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçib və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.

Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, "Marqulin" markalı tapança isə Anar Bağırov da qalıb.

Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.

Daha sonra keçirilən əməliyyat nəticəsində bu cinayətin digər iştirakçıları həbs ediliblər.
OXŞAR MÖVZULAR