"Təşviqat mərhələsində Mətbuat Şurası KİV- lərin monitorinqini aparacaq”.
"Qafqazinfo” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyası zamanı deyib.
O, bildirib ki, qurumun "Qaynar Xətti” fəaliyyət göstərəcək:
"Həmçinin seçki günündə qurumun üzvləri müşahidəçi qismində müxtəlif dairələrdə olacaqlar. Onlar jurnalistlərin fəaliyyətinə yaradılmış şəraiti müşahidə edəcəklər”.
Zamantv.az