Nərminin qətli ilə bağlı şok məqamlar - Kriminalist AÇIQLADI

12:51 10.01.2020 396
Nərminin qətli ilə bağlı şok məqamlar - Kriminalist AÇIQLADI
"Hadisə kiçik bir kənd ərazisində olduğu üçün bu cinayət faktının üstünün açılması asan bir işdir. Çünki qız kənddə yoxa çıxıb və yandırılmış halda olan cəsədi də kənddə tapılıb. Uşağın əmisigilə getdikdən sonra yoxa çıxdığı nəzərə alınaraq, birmənalı olaraq bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır".

Zamantv.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq polis rəisi Mahmud Hacıyev Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın bir neçə gün öncə evlərinin yaxınlığında yanmış meyitinin aşkarlanması ilə bağlı danışarkən deyib.

M.Hacıyevin sözlərinə görə, bu məsələdə əsas diqqət edilməli məqam ailənin uşaq itdikdən neçə gün sonra polisə müraciət etməsidir:

"Təcrübəmə əsaslanaraq deyirəm ki, bu kimi hallar baş verdikdə itkin düşmüş şəxsin ailəsi, qohumları polisə gec müraciət edir. Ailə həmişə axtarışı özü aparır və burada da bir qədər gecikir. Bu kimi hallarda, xüsusilə itkin hadisəsi kiçik bir kənddə baş verəndə adətən üstü tez açılır. Səbəb də odur ki, kənd kiçikdir, bir milyonluq şəhər deyil ki, proses çətin olsun. Kənddə hamı bir-birini tanıyır, giriş-çıxış məhdud dərəcədə olur. Həmçinin, əksər kəndlərdə məskunlaşan 10 qonşudan 6-sı bir-biri ilə qohum olur. Belə bir məkanda itkin düşən bir şəxsin 2 ay müddətində tapılmaması mümkün deyil, bu, bir qədər suallar doğurur.

Əgər ailə polisə tez müraciət edibsə və polis də dərhal axtarış elan edib, axtarışlara da start verilibsə, ehtimal etmək olar ki, qaçırılan uşaq kənddə saxlanılmayıb. Burada müəmma ondan ibarətdir ki, balaca bir kənddə uşaq yoxa çıxa, 2 ay sonra bir əraziyə meyiti atılıb yandırıla və bu barədə kənddə heç kəsin məlumatı olmaya”.

Sabiq polis rəisi bildirib ki, bu kimi ağır cinayət işlərində istintaqı prokurorluq müstəntiqləri ilə polis əməliyyatçıları aparır:

"Bu kimi cinayətlərdə istintaqı prokurorluğun müstəntiqi aparır. Lakin ona da polisin əməliyyatçıları yaxından köməklik edir. Çünki o, əməliyyatçılara tez-tez istintaq tapşırıqları verir. Kompleks halında polis əməliyyatçıları ilə prokurorluğun müstəntiqi yüksək səviyyədə işləyəndə bu kimi cinayətlərin üstü tez açılır”.

M.Hacıyev bildirib ki, meyitin yandırıldıqdan sonra məhz evin yaxınlığına atılması qisas da ola bilər:

"Cəsədin iz itirilmək məqsədilə yandırıldığını düşünmürəm. İzi itirmək məqsədilə cəsəd yandırılsaydı, bütünlüklə yandırılardı. Cəsədin qurşaqdan aşağı nahiyyəsinin yandırılması suallar doğurur. Cani cəsədi tam yandırmaq fikrində olub, buna nail olmasa belə, bəs nə üçün onu evin yaxınlığında bir əraziyə atıb? Bu kimi cinayətlərdə adətən iz itirmək məqsədilə cəsəd yandırılır və bu da həmin məkandan 100 kilometrlərlə uzaqda həyata keçirilir. Burada caninin məqsədi iz itirmək olmayıb. Olsaydı, bunu daha uzaqda edərdi, cəsədi tam yandırar, basdırardı.

Burada diqqət edilməli bir məqam da var. Müəyyən edilsə ki, öldürülməzdən əvvəl azyaşlıya qarşı təcavüz olub, bu zaman istintaq başqa istiqamətdə aparılır. Əgər təcavüzün olmadığı müəyyən edilsə, araşdırma tamam başqa istiqamətdə yönləndirilir. Bu, işin açılması istiqamətində çox ciddi məqam və sübut növüdür.

Uşağın dırnaqlarının kəsildiyi deyilir. Əgər cani uşağın dırnaqlarını iz itirmək məqsədilə kəsibsə, daha niyə təkcə qurşaqdan aşağı yandırıb? Bütünlüklə də yandıra bilərdi cəsədi, bu zaman - cəsəd bütünlüklə yandığı üçün - dırnaqlar da yanmış olacaqdı, dırnaq arasında canidən qalma ehtimalı olan dəri də.

Bu məsələdə olduqca diqqətli olmaq lazımdır.

Birmənalı olaraq bu məsələdə bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır. Qaçırılma, cinayət hadisəsi də böyük arealda baş verməyib. Hər şey kənd ərazisində baş verib”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava