İcra başçısının həbsindən sonra aktuallaşan 2 sual

20:31 21.12.2019 468
İcra başçısının həbsindən sonra aktuallaşan 2 sual
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ağstafa İcra Hakimiyyətində gerçəkləşdirdiyi əməliyyat-istintaq tədbiri ölkə gündəmini zəbt edib. İcra başçısı Nizaməddin Quliyevin 1-ci müavini Ramiz Tatarovun vasitəsi ilə rayondakı idarə və təşkilatlardan pul toplaması, toplanan məbləğin sadəcə 1 həftə ərzində 190 min manatı aşması gizli çəkilişlərlə təsbit olunub.

Nümayiş olunan çəkilişlərdən belə aydın olur ki, başçı hansı idarədən, təşkilatdan nə qədər aldığını qeyd edib, toplanan pullarla birgə iş yerindəki seyfində saxlayırmış. Həmin çəkilişlər nümayiş olunandan sonra yaranan çoxsaylı suallar içərisində diqqətçəkənləri - gizli çəkiliş qurğularının təsbit edən anti-qurğuların olub-olmaması və başçının məhkəmə-hüquq sistemində vəzifə tutan övladlarının taleyinin necə olacağı ilə bağlıdır.

Qeyd edək ki, iş başında qandallanan Nizaməddin Quliyevin oğlu Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimidir. Digər oğlu isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqidir.

"Yeni Müsavat”a danışan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, hüquq-mühafizə, xüsusi xidmət orqanlarının qanunvericilikdə nəzərdə tutulan qaydada, istintaq-əməliyyat tədbirləri dövründə gizli avadanlıqlardan istifadə etmək səlahiyyətləri var: "Bu hərəkətlər ”Əməliyyat-axtarış tədbirləri haqda" Qanunla tənzimlənir: "Bu və ya digər fakt üzrə cinayət işi başlanırsa, izlənmə, gizli dinləmə, gizli videoya çəkmə və bu kimi tədbirlər gerçəkləşdirilə bilir.

Bunun üçün məhkəməyə müraciət olunur və müvafiq icazə alınır. Bundan sonra qanunvericilikdə nəzərdə tutulan qaydada əməliyyat tədbirləri həyata keçirilir. ”Juçok" qoyulur, dinləmə başlayır, elektron poçtu izlənə bilir. Bu cür xüsusi vasitələrin üzə çıxarılması üçün avadanlıqlar da var. Anti-avadanlıqlar xaricdə açıq satışda var. Kim istəsə pulunu verib gizli kamera, dinləmə qurğusu və s. bu kimi qurğuları müəyyən edən anti-qurğuları ala bilir. Azərbaycanda belə qurğuların satışda olub-olmadığını dəqiq bilmirəm. Həmin qurğuların iş prinsipi belədir ki, otaqda gəzdirməklə gizli qurğuları müəyyən etmək olur. Anti-qurğula bu zaman spesefik siqnal verir, gizli qurğuların yerini müəyyən etməyə imkan yaradır".

Osman Gündüz deyir ki, icra başçıları belə anti-avadanlıqları almaq əvəzinə işlərində dürüstlük, xalqa xidmət, korrupsiya və rüşvət cinayətlərinə bulaşmadan çalışmaq kimi meyarlara sadiq olmalıdırlar: "Hüquq- mühafizə orqanlarında yetərincə müasir avadanlıqlar da var. Bu gün elə avadanlqılar mövcuddur ki, məsafədən belə əməliyyatın keçiriləcəyi obyekt daxilində, divarlar arxasında aparılan danışıqları qeydə alır. Müasir avadanlıqlar daha təkmildir. Ona görə də düz işləsinlər, cinayət etməsinlər, yetim-yesirin haqqını yeməsinlər, sahibkarı incitməsinlər, dövlət layihələrinə kölgə salan addımlar atmasınlar. Qanunsuz əməllərdən uzaq olsunlar”.

Tanınmış hüquqşünas Əkrəm Həsənov isə "Yeni Müsavat”a deyib ki, qanuna görə ata oğula cavabdeh deyil: "Bunu hələ Stalin deyirdi. Nizaməddin Quliyevin əməlləri onun heç bir qohumuna aid deyil. Bu, məsələnin sırf qanuni tərəfidir. Faktiki tərəfi isə belədir ki, Nizaməddin Quliyevin övladları üçün işləmək çətin olacaq. O baxımdan ki, işlədikləri sahə sırf məhkəmə-hüquq sistemidir. Onlar üçün çox çətin olacaq. Həbs olunan başçının korrupsiya ilə mübarizə orqanında işləyən oğlu hansı cinayətkarı dindirə bilər?

Ona deyə bilərlər ki, sənin dədən də belədir axı. Əlbəttə ki, ona bu cür cavab verənlərin düzgün edəcəyini demirəm. Qanuna görə düzgün deyil. Amma belə olacağını da istisna etmirəm. Eynilə Nizaməddin Quliyevin Nərimanov rayon Məhkəməsində işləyən hakim oğluna da çətin ola bilər”.

Əkrəm Həsənov həbs edilən başçının oğullarından birini tanımadığını deyir: "Amma Nərimanov Rayon Məhkəməsində hakim olan Ramin Quliyevlə məhkəmə proseslərindən tanışam. Bir neçə dəfə Ramin Quliyevlə işim olub, əsasən də qanunsuz qərarlar çıxarıb. Cəmi 1 dəfə qanuni qərar verib. Qalan işlər üzrə isə hər dəfə qanunsuzluqlar olub. Bu hadisədən sonra Ramin Quliyevin necə qalıb işləyəcəyini təsəvvür edə bilmirəm”.

Əkrəm Həsənovun sözlərinə görə, qanun həbs olunan Nizaməddin Quliyevin övladlarına məhkəmə-hüquq sistemində işləməyi yasaqlamır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu