“Heyvanların qəddar rəftardan müdafiəsi haqqında” qanun layihəsinin qəbul olunması üçün imza toplanır.
Bizimyol.info xəbər verir ki, qeyri-hökumət təşkilatı tərəfindən verilən məlumata görə, qanun 2009-cu il Milli Məclisin Aqrar Siyasəti Komitəsinə təqdim edilib.
QHT-dən bildirilib ki, 40 000 vətəndaş imzasının toplanılması qanunun Milli Məclisdə müzakirəsinə və qəbul edilməsinə nail olmaq deməkdir.
6 fəsil, 25 maddədən ibarət olan qanun layihəsində cəmiyyətdə humanizmin inkişafına xidmət edib, bioloji-etik amillər çərçivəsində mənəviyyatın möhkəmləndirilməsinə, qəddarlıq və laqeydliyin aradan qaldırılmasına, heyvanların da qəddar rəftar və onun fəsadlarından əziyyət çəkərək məhv olmasının qarşısının alınmasına yönəldilib.
Zamantv.az