Sabiq detektiv sirli qətliamın əsl müəllifini necə tapdı?

16:49 7.05.2018 597
Sabiq detektiv sirli qətliamın əsl müəllifini necə tapdı?
Bir çox ədəbiyyatçılar və ədəbiyyatsevərlər “əsl ədəbiyyat”dan danışarkən çox zaman çərçivəni çox dar götürürlər. Onlara görə, tarixi əsərlər, memuarlar, satirik-yumorstik mətnlər, elmi fantastika, macəra ədəbiyyatı, eşq-məhəbbət romanları əsl ədəbiyyat deyil. Bu sıraya adətən kitabsevərlərin böyük marağına səbəb olan detektiv əsərləri də aid edirlər.

Əslində, bu saat bədii ədəbiyyat adına dünyada ən çox oxunan, bestsellərlərin reytinq cədvəlində birinciliyi qoruyan əsərlər məhz detektiv romanlardır.

Oxucuda onları cəlb edən çox şey var – konkretlik, dəqiqlik, gərəkli və spesifik informasiya, dinamizm, dramatizm, tragik səhnələr, ymoristik epizodlar, aydın təhkiyə… çox şey. Ən əsası detektiv romanlarda oxucunu bezdirən mənasız təfərrüatlar, artıq sözlər, cümlələr və epizodlar olmur. Hər bir personajın, hər bir detalın öz funksiyası var. Detektiv əsərdə təsadüfi cümlə, fikir ola bilməz. Burada yol qırağındakı paslı mismardan söhbət gedirsə, mütləq nə vaxtsa o mismar kiməsə batacaq, çimərlikdə nəsə itibsə, cinayətin açılmasında rol oynayacaq və s.

Detektiv yazar Li Çayldın “Bir atəş, bir güllə” romanı klassik detektiv ədəbiyyatına aiddir. Bu roman özündən əvvəlkilərdən onun fərqlənir ki, burada hadisələr müasir dünyada, elmi-texniki tərəqqinin son nailiyyətləri dönəmində baş verir və əsərdə saysız-hesabsız xırda detalların kombinasiyası var.

Hadisələr ABŞ-da İndiana ştatının paytaxtında baş verir. Aydın günlərin birində bir naməlum snayper gur küçələrin birində işdən çıxıb evinə tələsən adamlara atəş açır və beş nəfəri öldürür.

Qətldə şübhəli bilinən şəxsi, necə deyərlər, “isti izlərlə”, insidentdən 6 saat sonra yaxalayırlar. Çünki o, nə qədər sərrast atıcı olsa da, olay yerində həddindən artıq iz buraxmışdı.

Onun atdığı güllələr, barmaq izləri, olay yerində unutduğu giliz, parkomata saldığı sikkə, istifadə etdiyi yol konusu, seçdiyi mövqe, libasının xovları, ayaqqabisının ləpiri, bir sözlə, hər şey onu ələ verir. Kriminalistlər evindəcə adamı yaxalayır və bütün sübut və dəlilləri onu evində aşkarlayırlar.

İlk baxışdan hər şey tamamdır. Şübhəli şəxsin əleyhinə daşdan keçən dəlillər var. Elə çıxır ki, onu edamdan, ya ömürlük həbsdən heç nə qurtara bilməz. Elə ittiham tərəfi də eyni fikirdədir, sadəcə, qanunvericiliyin tələbinə riayət etmək, müdafiə tərəfinə aid olan zəruri prosedurları həyata keçirmək lazımdır.

Əslində qatilin yaxalanmasının əsərin əvvəlində baş verməsi təcrübəli oxucu üçün maraq siqnalıdır: demək, heç də hər şey göründüyü kimi deyil, məsələnin pərdəarxası, alt qatı var.

Ancaq bu dərinliyə kim enəcək? Hər şey qətldə şübhəli bilinən şəxsin – Ceyms Barrın əleyhinədir. Onun isə bacısından başqa heç kəsi yoxdur, nə bir dostu, nə bir yoldaşı. O, heç kəslə ünsiyyəti olmayan bir müharibə veteranıdır və bir kimsə ondan ötrü əlini daşın altına qoymayacaq. Üstəlik, adamı saxlandığı həbsxanada döyüb-bıçaqlayırlar, komaya düşür, ayılanda isə qismən amneziya olduğu məlum olur.

Vaxtilə törətmiş olduğu cinayətə görə Barrı gömmək eşqi ilı alışıb-yanan sabiq polis detektivi Cek Riçer isə uzaqlardan tətilini yarımçıq qoyub İndianaya gəlsə də, istəyinin və iradəsinin əleyhinə olaraq düşməninə kömək etməli olur. Çünki təcrübəli detektiv elə ilk gündən hiss edir ki, sanki qatil hadisə yerində daha çox iz buraxmağa çalışıb. O bilir ki, normalda belə olmur. Bu qədər amansız bir qətliam törədən şəxs əslində izi itirməyə, kriminalistləri yanlış yollara düşməyə sövq etməliydi. Amma bu adam açıq mətnlə “filan yerdəyəm, gəlin məni tutun” deyir. Tezliklə, Indianada hücuma və şərlənməyə məruz qalan Çek Riçer əmin olur ki, bu cinayətin arxasında bir və ya bir neçə yox, ən azı 6-7 adamdan ibarət bir dəstə var və onlar Barrı qurban seçiblər.

Bu romanda bir detektivin, vəkilin necə işləməli olduğu, nələrə, hansı detallara diqqət yetirməli olduğu incə təfərrüatlara qədər təsvir edilib. Heç demə, bütün həqiqət məhz ən xırda detallarda gizlənib, onları çözərək, tutuşduraraq, ard-arda düzərək əsl gerçəyi üzə çıxarmaq olur.

Bu əsər də “əsl ədəbiyyat” hesab olunan romanlar kimi insanı düşündürür. O, təkcə oxucuya əyləncə bəxş etmir, eyni zamanda onu maarifləndirir, yaşayış uğrunda mübarizənin canavara çevirdiyi qəddar insanların, manyakların, psixopatların, terrorçuların qaynaşdığı dünyada diqqətli, ehtiyatlı, tədbirli olmağa çağırır.

Əsərin bədbəxt personajı Barrın bu cəncəldən necə sıyrıldığını, cinayətin ardından hansı mafiyanın çıxdığını, qətlin motvininin nə olduğunu bilmək üçün çıxış yolu bu kitabı oxumaqdır.

Tuncay Yusifoğlu
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam