Dilimizdəki rus sözlərindən niyə qurtula bilmirik?

12:59 7.05.2018 592
Dilimizdəki rus sözlərindən niyə qurtula bilmirik?
Sabir Rüstəmxanlı: “Həm dilimizə, həm də həyatımızın müxtəlif tərəflərinə təzyiqlər var...”
Bir çox rus sözləri var ki, hələ də onlardan dilimizdə geniş şəkildə istifadə olunur. Zaman-zaman bu məsələ gündəmə gəlsə də, bunun qarşısını almaq mümkün deyil. Özü də maraqlıdır ki, müstəqillik illərində anadan olan gənc nəslin dillərində də bu sözlər yer alıb.

Pol, rozetka, vapşe, semiçka, xolodilnik, ostanovka, potolok, duxovka, otkaz, zapçast, molodes, uje, morojna, krışa, zakaz, srazu, prosto, panika kimi onlarla misal çəkə bilərik ki, dilimizdə ən çox istifadə edilən rus sözləridir. Mütəxəssislər rus dilinin Azərbaycana hələ də təsirlərinin qalmasında bir sıra səbəblər göstərirlər. Valideynlərin belə sözlərdən istifadə etməsinin keçici hal yaratdığı və onların övladlarının orta təhsillərini rusdilli məktəblərdə almalarına daha çox üstünlük verdikləri bildirilir.

Azərbaycan dilində təhsil verilən məktəblərdə bu məsələyə diqqətin ayrılmamasının da mövcud durumun yaranmasında başlıca rol oynadığı önə çəkilir. Bu tendensiyasının davamlı olmasının arzuolunmaz durum yaratdığı qeyd edilir. Bunların qarşısını almaq üçün bəzi yollar da göstərilir.

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bir sıra səbəblər göstərdi: “Dilimizin təmizlənməməsi, surət sonluqlarının köhnə qaydada qalması, rus və digər xarici dillərə meylin olması və bunun azalmaq əvəzinə artması təkcə valideynin, məktəbin günahı deyil. Bu bütövlükdə cəmiyyətin günahıdır. Aşağıdan tutmuş ən yüksək yerlərə qədər dövlət qurumları, yetkililəri daxil, hamı günahkardır. Müəyyən boşluqlar var ki, bu problemlər aradan qalxmır. Bu günləri rus məktəblərinə meylin artmasında, belə məktəblərin sayının çoxalmasında çox şeylər görürük. Hətta mənə dəfələrlə deyiblər ki, uşaqları Azərbaycan məktəblərinə yazmaq istəyirik, lakin valideynlər rus dilli məktəbləri istəyirlər. Vəzifə sahibləri var ki, adlarını demirəm, onların dillələrindən rus dilinin əsas dil olduğunu eşitmişik, hətta gələcəkdə Rusiya ilə yenidən bir olmaq, onlara qoşulmaq fikirlərinin şahidi olmuşuq. Bu səviyyədə düşünənlər cəmiyyətdə hələ də varsa, demək, problemlər olduqca dərindir. Bir kənddə yaşayan sıravi vətəndaş bunları deməz. Görünür, həmin vəzifə sahibləri bir-biriləri ilə danışırlar, məsləhətləşirlər. Bu söz-söhbətlər hansısa gizli bir siyasətimizin uzantısıdır. Ortada dilimizə sovet dövründən az təsirlərinin olmadığı faktı var. Müstəqilik, amma müstəqil olmayan məmurlarımız, insanlarımız var. Müstəqillik ev kimi şüşədə idi, biz onu şüşədən çıxardıq, indi başımızın üstündə durub, bizi boğmağa çalışır. Hər şey göz qabağındadır. Həm dilimizə, həm də həyatımızın müxtəlif tərəflərinə təzyiqlər var. Mədəniyyətimizin müxtəlif sahələrinə də təsirlər az deyil. Bunlar həyatımızın gizli məqamlarının ifadəsidir. Bu, bir ölkə üçün arzuolunmaz tendensiyadır.

Sovet dövründə ən ciddi mədəniyyət hadisələri, dil, orfoqrafiya məsələləri müzakirə olunub, amma protokol rusca tutulub. İndi buna sevinməliyik ki, dövlət səviyyəsində yüksək mərtəbələrdə yazışmalar, beynəlxalq ünsiyyət ana dilimizdədir. Amma bunlara baxmayaraq, gizlində rus dilinin təbliğatını aparan insanlar var. Hətta rus dilli məktəblərin sayının artırılmasını dilə gətirənlər də var. Bunlar sonunda Azərbaycanda milli problemlərimizin həllinə mane olan yerlərə aparıb çıxarır. Rus dilini öyrənsinlər, heç kim buna qarşı deyil. Çünki Rusiya qonşumuzdur, bu dil mükəmməl öyrədilməlidir. Amma Azərbaycan uşaqlarının birinci sinifdən 11-di sinfə qədər rus dilində oxuması doğru deyil. Çünki həmin rus məktəblərində təəssüflər olsun ki, proqramlar Azərbaycan mədəniyyətini, dilini sevməyə imkan vermir. Rus mədəniyyətinə, tarixinə sevgi aşılanır. Ona görə də bunlar gələcəkdə böyük problemlər yarada bilər. Mən təhlükələri deyirəm. İctimaiyyət bundan nəticələr çıxarmalıdır".

Xalq şairi onu da bildirdi ki, uşaq baxçasından başlayaraq hər kəs öz dilinə hörmət etməlidir: “Anlayıram ki, Azərbaycanda azsaylı xalqlar var. Onlar ənənəvi olaraq, övladlarını daha çox rus dilli məktəblərə qoyurlar. Halbuki, onlar da Azərbaycan vətəndaşıdırlar. Öz ana dilində məktəb açırsa açsın, yox əgər buna imkanı yoxdursa, ilk növbədə dövlət dilində təhsil almalıdır. Öncəliklə dövlətin dili qorunmalıdır. Qonşu dövlətin dilinə bu hörmət haradan gəlir? Bu hansı qanunda yazılıb? Rus övladları var ki, getsinlər öz məktəblərində təhsil alsınlar, onlara hər cür şərait yaradaq. Amma öz övladlarımızı kütləvi şəkildə nə üçün kənar bir dövlətin dilində oxutmalıyıq?..”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...