[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavnşir Feyziyevin BAŞI CƏNCƏLDƏ... - İLGİNC FAKT


Məhkəmə qərarı ilə azərbaycanlı oliqarx, multimilyonçu iş adamının beynəlxalq çirkli pulların yuyulması əməliyyatı ilə əlaqəsi müəyyən edilib.

Xəbəri "Standard” yayıb.

Bildirilir ki, sözügedən şəxs kimliyini sirr saxlamaq üçün mübarizə aparır.

Böyük Britaniyanın Milli Cinayət Agentliyinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin üç ailə üzvünə qarşı qaldırdığı iddiada multimilyonçunun "vacib şəxs” olduğu qərara alınıb.

"Evening Standard” və "BBC” kimi media orqanları onun şəxsiyyətinin açıqlanması üçün fəal mübarizə aparır, çünki onlar hesab edirlər ki, bu, Böyük Britaniyanın açıq ədalət mühakiməsi ənənəsini pozur.

Qeyd olunur ki, London Ali Məhkəməsində gün yarım davam edəcək dinləmə mart ayında keçiriləcək. Ali Məhkəmə iddianı təmin edərsə, milyonçunun adı açıqlanacaq.

2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar verib. //ARQUMENT.AZ//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT


Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov "Korkmaz Group" MMC-dən şikayətçidir.

DİA.AZ-ın məlumatına görə, o "Arqument.az"a deyib ki, şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmaz onu aldadaraq 84400 (səksən dörd min dörd yüz) manat pulunu ödəmir.

Məmməd Hüseynovun sözlərinə görə, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib.

Hazırda 30-a qədər fəhlənin maaşını ala bilməyən iş adamı deyir ki, bu MMC-nin vəsiti geçikdirməsi nəticəsində vergi borcu da yaranıb. Nəticədə vergi borcuna görə ölkədən çıxışına "stop" qoyulub.

Deyir ki, şirkət pulunu ödəsə, vergi borcunu bağlayacaq və problemi həll edəcək.

Onun sözlərinə görə, 2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.

Deyir ki, görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.

Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb.

"Arqument.az"ın apardığı araşdırmalara görə, "Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir.

Tikinti şirkəti ilə bağlı digər şikayətlərin olduğunu deyən Hüseynov düşünür ki, dövlət qurumları burada baş verənlərə biganə qalmayacaqlar. Çünki 30-a qədər fəhlənin halal əməkhaqqısının faktiki mənimsəməsindən söhbət gedir.

İnternet üzərindən aparılan araşdırmalar nəticəsində şirkətlə bağlı bəzi neqativ məlumatlara da rast gəlmək olur. Maraqlıdır ki, vergidən yayındırılan milyonların taleyi nədənsə İqtisadiyyat Nazirliyini, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) narahat etmir.

Hüseynov isə deyir ki, Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərən şirkətin vergi ödəmələri dərindən araşdırılarsa, yəqin ki, çox mətləblər üzə çıxar: "Tikinti sektorunda əhəmiyyətli paya sahib olan şirkətin vergi ödəmələri VÖEN-i olan bir bənnanın ödəmələrindən heç də çox deyil. Bəs niyə əlaqədar qurumlar "Korxmaz Group" MMC-nin vergi sənədlərini araşdırmaqdan qorxur, çəkinirlər? Bunun səbəbini açıqlaya bilərlərmi?"

"Arqument.az" şikayətlə bağlı şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmazla əlaqə saxlamağa cəhd etsə də, o zənglərə cavab verməyib.
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT
"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda BU HOTELDƏ əxlaqsızlıq yuvası AŞKARLANDI


Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.

AMİA.AZ xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NAXÇIVANDA HƏBS EDİLƏN NAZİRDƏN ŞOK KORRUPSİYA AÇIQLAMASI – ÖZƏL


Naxçıvanın korrupsiyaya görə həbs edilən maliyyə nazirinin bu il etdiyi çıxış arxivdən tapılıb.

19.07.2022 tarixdə Naxçıvan MR maliyyə naziri Rəfael Əliyev açıqlama verib. Onun sözlərinə görə, “2022-ci ilin ötən altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət tədbirləri davam etdirilmiş, bununla da, 3 milyon 775 min 400 manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb”.

Lakin çox keçmir və 26.11.2022: “Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir və həbs olunur. Tarixin ironiyasıdır…

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Vasif Talıbovla bağlı Türkiyə kəşfiyyatında məxfi məlumatlar var” - ŞOK AÇIQLAMA


“Naxçıvanda Vasif Talıbovun qələmi qırılıb. Onun hərəkətləri barədə Türkiyə və başqa dövlətlərin kəşfiyyat orqanlarında məlumatlar var”.

Bu sözləri Globalinfo.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Vasif Talıbov dövlətə xəyanət edib və bundan sonra hər halda qəddini düzəldə bilməyəcək: "Naxçıvanda bu gün xalq toy-bayram edir ki, neçə illərin buzu əriməyə başladı. Bundan sonra onun orada qalması mümkün deyil. Bu gün hökumət bu prosesi başlayıbsa, çox ciddi tədbir görüləcək.

Naxçıvanda bizim şəhər təşkilatının rəsmi yaranmasına icazə verməyiblər. Vasif Talıbov orada heç bir partiyanın yaranmasına imkan vermirdi. Amma bizim Şərur və Naxçıvanda gizli fəaliyyət göstərən partiya üzvlərimiz var. Orada Azərbaycana sadiq demokratik yeni quruluş yaranandan sonra işimizi davam etdirəcəyik”.

H.Hacıyevin sözlərinə görə, Vasif Talıbovun hərəkətlərində böyük cinayət izləri var:

“Əvvəllər də demişəm, Vasif Talıbovun oğlanları Azərbaycan dövlətinin içində dövlət yaratmaq istəyirlər. Bununla əlaqədar İranla çox sıx təmaslar qurulmuşdu, Talıbovun oğlanları xaricdə müəyyən siyasi dairələrlə görüşlər keçirirdi. İndi vəziyyətdən çıxış yolu axtarmağa, dirəniş göstərməyə çalışırlar. Onlar tək deyil, arxalarında duran qüvvələr onlara dəstək verir. Məsələn, Rusiyanın müəyyən qolları ilə, Ermənistanla çox yaxın əlaqələri qurulub, o cümlədən İranla gizli əlaqələri olub. Bunların hamısı əvvəl-axır açılacaqdı”.

Hafiz Hacıyev bir xatırlatma etdi: “Yadınıza gəlirsə, Ramiz Mehdiyevin üzərinə gediləndə, Vasif Talıbovun oğlu dedi ki, onun arxasında biz dayanmışıq, heç kim heç nə edə bilməz. O zaman dövlətin bəzi qurumları hiss etməli idilər ki, burada nəsə var. Zamanında biz deyəndə ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət çevrilişi etmək istəyir, hakimiyyətə müəyyən qüvvələri gətirməyə çalışır, bəzi dairələr bunu ciddiyə almırdı. Amma Ramiz Mehdiyev Naxçıvana gedəndən sonra məsələlər qızışdı. Onun orada zühur etməsi, İrandan olan müəyyən dairələrlə görüşməsi buna rəvac verdi”.

Partiya rəhbərinin sözlərinə görə, Türkiyədən gələn mallar rüsumsuz Naxçıvan ərazisinə keçib, oradan da başqa yerlərə ötürülürdü:

“Naxçıvanın ayrıca bayrağının olmasına nə ehtiyac vardı?! Bu nə deməkdir?! Bunlar Şimali Koreya kimi bir dövlət yaratmaq istəyirlər. Vasif Talıbovun icazəsi olmadan Naxçıvanın üstündən bir quş da uça bilməzdi. Naxçıvan camaatının 80 faizi İstanbulda yeraltı qazmalarda yaşayırdılar. Bu da Azərbaycan dövlətçiliyi haqda mənfi imic formalaşdırırdı. Naxçıvanda muxtariyyət ləğv edilməli, Talıbovun Azərbaycana vurduğu milyardlarla vəsait geri qaytarılmalı, Dubaydakı mülklərinə təcili həbs qoyulmalı, Bakıda “Gənclik”dəki milyonluq villaları məhkəmə yolu ilə əlindən alınmalıdır. Dövlətin malını yeyənin, dövlətə və onun başçısına xəyanət edənin axırı həbsxana olmalıdır, bunun başqa yolu yoxdur”.

Globalinfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə 2 milyonluq ABADLIQ – 1 ildə 10 milyonluq tender qazanan ŞİRKƏT KİMİNDİR?


Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

Müsabiqənin qalibi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub. İcra Hakimiyyəti ilə ASC arasında maliyyə dəyəri 2 725 267.36 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. Baxmayaraq ki, “Gəncə Körpü Tikinti-2” ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. Yeri gəlmişkən, ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.

2021-20222-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlarla “Gəncə Körpü Tikinti-2” ASC arasında maliyyə dəyəri 10 668 797.01 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb.

ASC-nin qanuni təmsilçisi Süleyman Rzayevə gəlincə, o, 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.


Süleyman Rzayevin adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı “pulun geri qaytarılması” iddiasını təmin edib. Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Yerli medianın yazdığına görə, “Gəncə Körpü Tikinti-2” ASC-nin əsl sahibi iş adamı Aqibət Məmmədovdur.

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır.Qaynarinfo.az
Gəncədə 2 milyonluq ABADLIQ – 1 ildə 10 milyonluq tender qazanan ŞİRKƏT KİMİNDİR?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyini aldadan iş adamı kimdir? - 9 milyonluq YEYİNTİ


Hazırda həbsdə olan azərbaycanlı iş adamı, “Bina Tikinti Kompaniyası” MMC-nin sahibi Üzeyir Həsənov barəsində açılmış cinayət işinin detalları məlum olub.

İş adamı ümumilikdə 9 milyon manata yaxın dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. İttihama görə, Ü.Həsənov şirkətin baş mühasibi Emil Dadaşev və qeyriləri əlbir olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb.

Belə ki, Ü.Həsənov 2011-2017-cı illərdə Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində həyata keçirilən mərkəzi silah-sursat anbarlarının tikintisi, kommunikasiya xətləri, ərazinin abadlaşdırılması, tikinti və mebel avadanlıqlarının quraşdırılmasına görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatdan çox pulu mənimsəyib. Müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib.

Bundan başqa, o, 2018-2019-cu illərdə baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasına görə dövlət büdcəsindən ayrılmış 1.8 milyon manatadan çox pulu mənimsəyib.

Ü.Həsənov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Ü.Həsənov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.Kriminalqafqaz
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Onkologiya Mərkəzi elə bil bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın"


55 yaşlı Validə Tanrıverdiyeva 10 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O deyir ki, 2013-cü ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, ancaq müalicə qiymətləri "əl yandırır".

Onun sözlərinə görə, mərkəz dövlət müəssisəsi olsa da, bütün xidmətlər pulludur:

“Təsəvvür eləyin, bir dəfə qan analizinə görə məndən 84 manat pul istəmişdilər. Orada xəstələrlə söhbət edirsən, hərəsinə bir qiymət deyirlər. Ürəyin exo-kordioqraması nədir ki? Bir dəqiqəlik olan işdir. Tibb bacısı məndən ona görə 50 manat pul istədi, həkim də dedi ki, o təkrar gəlib, 25 versin, bəsdir. Dedim nə danışırsınız? 50 nədir, 25 nədir? Bura dövlət xəstəxanasıdır. Elə bil ora bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın, amma əksəriyyəti də elə deyilən pulu verir” .

Pulsuz müalicə almaq üçün əli hər yerdən üzülən Validə xanım Prezident Administrasiyasına da müraciət edib. Amma ona kömək göstərilməyib:

"Mənə hormonlarla bağlı 4 iynə yazıblar, biri 4 mindir. İynələr 16 min manat edir və mənim pulum yoxdur deyə, bunları ala bilməmişəm".

Validə Tanrıverdiyeva əlində-ovcunda olan bütün pulu müalicəsinə xərcləyib, amma hələ də sağlamlığına qovuşa bilməyib:

“Axırıncı dəfə həkim dedi ki, artıq sənə bu müalicələrin heç bir təsiri yoxdur, uşaqların var, nəvən var, get ölümünü gözlə. Onkologiyanın qapısından içəri girirsiniz, orada olan kişilər, qadınlar, hamı narazıdır. Hamısının üzündə elə kədər, hüzn var ki, üzlərinə baxan kimi oxuyuram onların vəziyyətini, elə yazığım gəlir. Hamı deyir ki, burada insanları öldürməklə məşğuldurlar”.

TEREF.AZ yazır ki, abzas.org-un verdiyi xəbərə görə, 2022-ci ilin əvvəllərinə olan rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 59 min nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Ötən il 13 min 644 nəfərə bu diaqnoz qoyulub. Xərçəng diaqnozu qoyulan şəxslərin 53 faizi qadınlar, 47 faizi kişilərdir.

Onkoloq Nəsimi Qasımov deyir ki, yerli səhiyyə müəssisələrinə ayrılan dövlət vəsaiti artsa, həkimlər vətəndaşların ümidinə qalmaz:

“İstəyərdim ki, onkoloji xəstəliklər də dövlətin sosial sığorta zərfinə düşsün. Çünki bu xəstəliklə müalicənin ciddi maddi tərəfi var. Kimyəvi dərmanların qiymətləri manat devalvasiya edənə kimi bundan qat-qat yaxşı idi. Əgər dövlət maliyyəsi kifayət qədər yaxşı olsaydı, düşünürəm ki, bundan yaxşı işləyə bilərdik. Kütləvi profilaktiki baxışı təkmilləşdirə bilsəydik, aşkarolunma artardı və bizim də nəticələr daha yaxşı olardı”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Milli Onkologiya Mərkəzinə sorğu ilə müraciət etdik. Nazirlik bu məsələnin onların səlahiyyətinə daxil olmadığını bildirdi, Onkologiya Mərkəzi isə ümumiyyətlə sorğuya cavab vermədi.

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin 2020-ci ilə kimi həyata keçirilməli olan planlarında qeyd olunurdu ki, dövlət sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər həyata keçiriləcək. Onkoloji xəstələrə müvafiq dərmanların pulsuz təqdim edilməsilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ELVİN PAŞAYEV VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞMAQDADIR...


Nəzərinizə çatdıraq ki, bir müddət başsız qalan Göygöl Rayon İcra Hakimiyyəti, başsız qaldığı müddətlərdə belə şaiyyələrin yaranması təsadüf olardı. Söhbətin nədən getməsi haqqında açıqlama gətirək.

Belə ki, adıçəkilən Göygöl rayon İcra Hakimiyyətinin başcısı haqqında sosial şəbəkələrdə, və Hürriyyət.az-ın elektron poçtuna daxil olan məlumatlara görə, İcra başcısı Maliyyə Nazirliyinin Göygöl rayon şöbəsidə ciddi maliyyə pozuntularına yol verilməsi haqqında ilkin məlumatlar vardır.

Qeyd olunan rayonun maliyyə şöbəsinin əməkdaşının bildirdiyinə görə İcra başcısı tərəfindən, maliyyə şöbəsinin müdirindən tələb edərək, rayonun Kommunal şöbəsindən, Meliorasiya və su Təsərrüfatı iadarəsindən, Rayonun kənd icra nümayəndələrinə, Yol İdarəsinə (rayonun asfalt çəkilişinə) pul ayrılması və sonradan ayrılan pulları əldə etmək, maliyyə silinməsi haqqında məlumatlar verilibdir.

Xatırladaq ki, bir neçə il bundan öncə həbs olunan İcra Hakimiyyətlərinin başcısı belə hallara gobud yol verdiklərinə görə, azadlıqdan məhrum olunublar. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunurlar. Digər əldə etdiyimiz məlumatlara görə Göygöl rayon Bələdiyyə şöbəsində rayon ərazisinə və rayonun kəndlərinə məxsus olan torpaqların satışına Bələdiyyə müdiri dolayı yolla çıxarışlar edərək qanun pozuntusu edir. Bununlada imkanlı şəxslərə bələdiyyə şöbəsinə aid olan pay torpaqları müəyyən yolla rəsmləşdirir.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Maliyyə Nazirliyi bu halın Göygöl rayonunda araşdırılmasına başlaması həqiqətləri üzə çıxardar.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Hürriyyət.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbov HƏBS OLUNACAQMI? - GƏLİŞMƏ


Ölkə gündəminin mərkəzi mövzusu Naxçıvanda baş verən hadisələrdir. Apardığımız araşdırmalara görə, hazırda Naxçıvan və onun rəhbəri Vasif Talıbovla bağlı məlumatlar, reportaj və videomüzakirələr gündəmdəki digər mövzulardan ən tirajlısıdır. Rusiya-Ukrayna müharibəsinə, Qarabağdakı separatçı ermənilərin davranışlarına, İran-Azərbaycan arasındakı gərginliyə, hətta Ermənistanla bağlı gəlişmələrə dair xəbərlər öz tirajına görə Vasif Talıbovla bağlı istənilən mövzudan geridə qalır.

Azərbaycan mediası Naxçıvan xanı adlanan muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla bağlı bütün növ məlumat və açıqlamaları, iddia və ən ağlasığmaz təxminləri tirajlamaqda, mövzunu infoməkanın eni boyunca yaymaqdadır. Məsələnin maraqlı tərəfi də budur ki, istər Bakıdakı, istərsə də Naxçıvandakı rəsmi qurumlardan Vasif Talıbovun müdafiəsi, yaxud da çoxsaylı iddiaların təkzibi ilə bağlı hər hansı təşəbbüs müşahidə edilmir. Daha bir maraqlı məqam: bu və ya başqa şəkildə hakimiyyətin kontrolu altında olan KİV-lər də Vasif Talıbovun haqqında ən sərt tənqidləri, ittiham və suçlamaları yaymaqda azad görünürlər. İlk dəfə Rusiya-Ukrayna müharibəsində müşahidə olunan ifrat yaradıcılıq azadlığı (o zamana qədər Rusiya və onun lideri Putin tənqid edilmirdi) daha sonra İran-Azərbaycan gərginliyi fonunda davam etdirildi (son 29 ildə İran rəsmi KİV-lərdə və hakimiyyətə yaxın digər informasiya vasitələrində tənqid edilmirdi). İndi isə Azərbaycan mediasında 3-cü azadlıq dalğası hökm sürür: iqtidarda olan və hakim ailənin üzvü sayılan Vasif Talıbov sərbəst və cəzasız şəkildə tənqid edilir, sağa-sola çəkişdirilir, sərt şəkildə tənqid olunur. Bir zamanlar hansısa rayonun icra başçısının tənqidinə belə reaksiya verən rəsmi qurumlar isə susurlar. Bütün bunlar onu göstərir ki, Vasif Talıbovun “qələmi ən yuxarıdan qırılıb” və onun qurtuluşu yoxdur.

DİA.AZ bildirir ki, “Yeni Müsavat”a çatan məlumata görə, Vasif Talıbov baş verənlərə qarşı qoyacaq gücdə deyil. Görünən budur ki, onun Bakıda lobbisi çox zəifdir və xüsusən də media sektorunda özünə seqment yarada bilməyib. Onu faktiki olaraq, müdafiə edən yoxdur. Ən zəif müxalifət liderinin də “trollar”ı olduğu halda, dollar milyarderi Vasif Talıbovun heç virtual dəstəkçisi də yoxdur.

Vasif Talıbov mövzusuna dair ən müxtəlif ssenarilər üzrə yayılan məlumatlardan biri də budur ki, o, indiki anda Bakıya gəlməyi təhlükəli sayır. Hətta iddialara görə, ölkə rəhbərliyindən onu Bakıya məsləhətləşmələrə dəvət ediblər. Lakin o, müxtəlif bəhanələrlə bu dəvəti icra etməkdən imtina edib.

Naxçıvanda sərhədsiz hakimiyyətə malik və hələ də iqtidarda olan Vasif Talıbovu nələr gözləyir? Naxçıvanda başlayan məmur həbsləri onu da əhatə edə bilərmi? Nəzərə alaq ki, həbs edilənlər Talıbov klanına yaxındır, o zaman “Naxçıvan xanı”nın gələcəyini necə dəyərləndirmək olar?

Ovqat.com saytının baş redaktoru, siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: “Prezident İlham Əliyev hələ 2019-cu ildə Azərbaycan Respublikası regionlarının inkişafı haqda danışarkən kadr və struktur islahatlarının da gerçəkləşdiriləcəyini demişdi. Ötən müddətdə digər regonlardan fərqli olaraq Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilib. Azərbaycandan göndərilən kadrlara aqressivlik göstərilib, işləmələrinə imkan verilməyib. Əlbəttə ki, bu, diqqətdən kənar qalmayıb. Naxçıvanda həngamə də bundan sonra qopub. Bu gün üzə çıxarılan cinayətlərdən sonra Vasif Talıbov orada qalıb işləyə bilməz. Maliyyə naziri həbs olunur, məlum olur ki, 144 milyon manat büdcə vəsaitini ələ keçirib. Gömrük rəsmisi tutulur, məlum olur ki, 132 milyon manat vəsaiti ələ keçirib. Əlbəttə ki, bu məbləğləri həmin vəzifəli şəxslər özbaşına ələ keçirə bilməzdilər. Tutulan vəzifə sahibləri bu qədər pulu kimə ötürüblər? Milyardlarla dollar pul illərlə kimə, kimin cibinə gedib?

Bundan başqa, illərdir ki, Naxçıvanın təbii sərvətləri talan olunur. Sirab suyunun satışı qadağandır. Amma hər gün tonlarla Sirab suyu çıxarılaraq satılır. Bütün bunlar Sirab kəndində yaşayan insanların susuz qalması hesabına baş verir. Naxçıvanda sement zavodu açıblar. Sement zavoduna sementi istehsal etmək üçün zəruri olan xammal Naxçıvan təbiəti hesabına qarşılanır. Böyük bir sement zavodu qurublar və milyardla pul qazaniırlar. Bununla belə, hər il Azərbaycanın dövlət büdcəsindən yarım milyarda yaxın dotasiya alırlar. Bunun qarşılığında isə guya il ərzində Naxçıvan büdcəsinin gəlirlərinin 30 milyon manat olduğunu yazırlar. Üstəlik, Naxçıvanda bütün idarə və təşkilatların adında olan Azərbaycan Respublikası sözünü də çıxarıblar. Faktiki olaraq Naxçıvanda Azərbaycan sözü qadağan edilib. Bütün bunlar Vasif Talibovun beyninin məhsuludur".

Siyasi şərhçi deyib ki, Naxçıvanda vəzifələrdə olan kadrların əksəriyyəti FETÖ-çülərdir: “Vasif Talıbovun kadrlarının əksəriyyəti FETÖ-çüdür və Türkiyədə oxuyublar. Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan türk dövlətlərindən FETÖ-çülərin işdən çıxarılmasını istəyirdi və xüsusda Azərbaycanın da adını çəkdi. Bu təsadüfi deyildi, çünki Naxçıvandakı durumu Türkiyədə də bilirlər”.

Siyasi şərhçi bildirib ki, Vasif Talıbovun separatçılıq etməsinin səbəbi islahatların onun sonunu gətirəcəyini bilməsindən qaynaqlanır: “Azərbaycan iqtisadi sahədə Avropaya inteqrasiya yolunu tutub. Vasif Talıbov isə Naxçıvanın muxtar statusundan istifadə edib müqavimət göstərir, islahatları əngəlləyir. Bununla kadr siyasətini də çıxılmaz duruma salacağını düşünür. Fikir verdinizsə, Vasif Talıbov Naxçıvanda islahatların ilk günü tez-tələsik mərhum Prezident Elçibəyin kəndi olan Kələkiyə getdi, yol açılışında iştirak elədi. Bununla iqtidara mesaj ötürürdü ki, müxalifətə keçə bilər”.

Siyasi şərhçi bildirib ki, Naxçıvanda yoxlamaların Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılması təsadüfi deyil: “Sual oluna bilər ki, iqtisadi sahədə baş verən məsələləri Maliyyə Nazirliyi araşdırmalı olan halda, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda nə gəzir? Söhbət ondan gedir ki, bu gün Naxçıvan rəhbərliyində olan Talıbovlar vəzifələrini qorumaq üçün hərəkətə keçiblər. Naxçıvanın muxtar statusundan öz hakimiyyətlərini qorumaq üçün istifadə etməyə çalışırlar. Bu yolda hər cür qanundankənar addım atmağa hazırdırlar. Bunun üçün Naxçıvanda sürətli şəkildə struktur dəyişiklikləri aparılır, bu yaxınlarda Naxçıvanda referendum keçiriləcək. Çünki qanunla Vasif Talıbovun toxunulmazlıq statusu var. Referendum keçiriləndən sonra növbədənkənar seçki təyin ediləcək. Vasif Talıbov erası bu ilin axırına qədər yekunlaşar”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan 14 iqtisadi zonaya bölünüb və həmin zonalar Prezidentin xüsusi nümayəndələri tərəfindən idarə olunur: “Vasif Talıbov Naxçıvanda keçiriləcək seçkidə namizəd ola bilməyəcək. Çünki onun təyin etdiyi kadrlarla bağlı olduqca böyük, milyardlarla ölçülən yeyintilərlə bağlı cinayət işi araşdırılır. Vasif Talıbovun təyin etdiyi kadrlar onun əleyhinə ifadə də verə bilərlər. Bu, tamamilə mümkündür”.

Müsahibimiz bildirib ki, Naxçıvanda aparılan proses Zəngəzur dəhlizi ilə əlaqəlidir: “Naxçıvanda referendum və seçkilər gələn ilin ilk ayına qədər yekunlaşmalıdır və Zəngəzur dəhlizi də fəaliyyətə başlamalıdır. Dəhlizin fəaliyyətinə maneələr o zamana qədər aradan qaldırılacaq”.

H.Oğuz Naxçıvanda aparılan həbslərin Vasif Talıbov və yaxın qohumlarını əhatə edəcəyini də istisna etməyib: “Vasif Talıbov geri addım atmasa və hazırda tutduğu mövqeyi dəyişməsə, onun həbsi qaçılmaz olacaq. Mövqeyini dəyişsə, könüllü şəkildə vəzifəsindən getməyə razı olsa, bu halda yaxasını həbsdən kənar tuta bilər. Amma bu halda da Naxçıvandakı milyardlarla manatın mənimsənilməsinə görə istintaqa cəlb oluna bilər. İstənilən halda, Vasif Talıbovun indiki mövqeyi, ona qarşı qanunun ən sərt üzünün göstərilməsinə yol açıb. Yaxın müddətdə Vasif Talıbov mövzusuna nöqtə qoyulacaq”.

XƏBƏR LENTİ

14:52

"UniBank" Cəlilabad sakininin başına oyun açır... - GİLEY

14:09

Şəkinin icra başçısı KİM OLACAQ? - İDDİA

13:38

Bulvar İdarəsinin tenderində qalib olan sahibkarla sədr müavinini nə birləşdirir? - Faktlar

13:07

Goranboyun başçısı içkili qəza faktını ört-basdır edir və…

10:55

Saatlının gənc başçısından ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?

10:37

Cavnşir Feyziyevin BAŞI CƏNCƏLDƏ... - İLGİNC FAKT

09:52

"Korkmaz Group" MMC Qarabağ Qazisini İNCİDİR - MÜRACİƏT

09:24

Şəmkirdə kənd sakinləri nədən ETİRAZA QALXDI? - TƏFƏRRÜAT

09:04

Diaspor işi: “pripiska” yox, ƏMƏLİ İŞ! - İNCƏLƏMƏ...

22:32

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu tarixdə görüşəcək

22:00

Rusiya ilə Belarus arasında protokol imzalandı

21:16

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - MARAQLI FAKTLAR

20:30

Cəlilabad rayon icra hakimiyyəti "Azərbaycan Reallığı"na etiraz edir - Şər böhtandır!

19:18

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

18:42

Azərbaycanda BU HOTELDƏ əxlaqsızlıq yuvası AŞKARLANDI

18:02

“XAN-2017” MMC dövlətə olan vergi borcunu niyə ödəmir? – Bəlkə Ramiz Zeynalov bilir

17:07

Məşhur hotelin külli miqdarda vergi borcu üzə çıxdı

16:37

NAXÇIVANDA HƏBS EDİLƏN NAZİRDƏN ŞOK KORRUPSİYA AÇIQLAMASI – ÖZƏL

15:17

Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu - 26 hektar torpağı sahibinə qaytarmalıdır!

15:00

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə mütəxəssislər göndərdi

14:24

Alla Puqaçova Rusiyadakı evinə ekskursiya keçirilməsinə icazə verib

11:49

"Ombudsmanın səlahiyyətinin artırılması barədə müzakirələr..."- Səbinə Əliyeva

11:23

“Vasif Talıbovla bağlı Türkiyə kəşfiyyatında məxfi məlumatlar var” - ŞOK AÇIQLAMA

10:38

Gəncədə 2 milyonluq ABADLIQ – 1 ildə 10 milyonluq tender qazanan ŞİRKƏT KİMİNDİR?

10:13

Sumqayıt Dövlət Universiteti 95 min manatı NƏYƏ XƏRCLƏNİB?

09:39

Cənab Babayev... DURUM ÇƏTİNDİR! - Bakıda ETİRAZ

09:22

Bakı Baş Gömrük İdarəsində KÖHNƏ ƏHVAL - NƏSƏ DƏYİŞİB Kİ?..

23:39

Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

23:23

Rusiya çarəsiz qalıb, İran isə sevinir...

22:11

Müdafiə Nazirliyini aldadan iş adamı kimdir? - 9 milyonluq YEYİNTİ

21:54

Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

21:40

Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

21:21

"Onkologiya Mərkəzi elə bil bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın"

20:58

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ELVİN PAŞAYEV VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞMAQDADIR...