[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının doqquzuncu günüdür.

Sabah imsak vaxtı saat 05:20-də, iftar vaxtı isə 19:06-dadır.

İmsak duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin”.

Tərcüməsi:

İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – 1500046141) ilə satınalma müqaviləsi imzalayıb.

Yenixeber.org: Bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Baku Electronics” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sifarişi ilə mətbuat nümayəndələrinə hədiyyələr təqdim edəcək və qarşılığında 4 min 499 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, mətbuat nümayəndələrinə hədiyyələrin təqdim edilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Bunlardan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, “Baku Electronics” MMC-nin 12 mart 2024-cu il tarixinə dövlət büdcəsinə 1 milyon 213 min 691 manat 29 qəpik vergi borcu var.
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

“Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə, satınalma müqaviləsinin bağlana bilməsi üçün təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması lazımdır. Əgər satınalma müqaviləsi imzalanan zaman “Baku Electronics” MMC-nin vergi borcu olmayıbsa, o zaman şirkətin müqavilədən sonrakı qısa müddət ərzində 1,2 milyon manatlıq vergi borcunun yaranması da başa düşülən deyil.
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Onu da bildirək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təkcə “Baku Electronics” MMC ilə deyil, daha 3 şirkətlə satınalma müqaviləsi imzalayıb. İmzalanan müqavilələrin hamısı bir mənbədən satınalma metodu əsasında və dövlət satınalmalarının vahid internet portalından kənar həyata keçirilib.
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Alfa Nuts” MMC (VÖEN – 1007563851) ilə 2 min 500 manatlıq, “Copy” MMC (VÖEN – 1500046141) ilə 1 856 manatlıq, “Caspel” MMC (VÖEN – 1300701451) ilə 59 min 613,6 manatlıq müqavilə imzalayıb.
Yazıda qeyd olunan müəmmalı məqamlara aydınlıq gətirmək üçün suallarımızı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətinə ünvanladıq. Mətbuat xidməti sullarımıza cavab veriləcəyini bildirsə də, bu günə kimi heç bir cavab ala bilməmişik.
Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarına (tender müsabiqələrinə) nəzarəti həyata keçirən dövlət qurumudur.(yeniavaz)
Elnur Əli
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
" “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

"Istanbul NS Klinikası Baku"nun cəlladları anamı öldürdülər!!!" Dia-az.info bildirir ki, bunu jurnalist Fərahim İlqaroğlu özünün "Facebook" səhifəsində yazıb.
Jurnalist daha sonra əlavə edib: "Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib..."(Dia-az.info)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Bakının Binəqədi rayonu ərazisində yaşıllıqlara qənim kəsiliblər. İnşa edilən obyektlərin qarşısındakı yaşıllıq ərazilər betonlarıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlər metronun “Azadlıq prospekti” stansiyasının çıxışında yeni açılacaq bir obyektin qarşısında təzə əkilmiş ağaclar məhv edilib.
Sakinlərdən biri obyektdə təmir gedən vaxt ağacların kəsiləcəyi ehtimalını nəzərə alaraq şəkillər şəkib. O, bu gün həmin ağacların kökündən məhv edildiyinin şahidi olub.
“Bu gün görürəm ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur. Lap əvvəl kola bənzər ağac da var idi. O da getdi. Kökündən çıxarıb yerinə beton töküblər. Gözdən kənar qalmış ərazi də deyil, yol kənarıdır. Kimsə həhətində bir ağacı budayan kimi xəbər tutub gəlib cərimə yazan qurumlar nə üçünsə bunu görmür”.
Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bundan sonra bura Zəfər meydanıdır”


Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib.

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. ...Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident xalqı təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin 7-ci sinifində oxuyan qız şagirdlərdən biri döyülüb, daha sonra isə, əxlaqsız söyüşlərlə təhqir olunub. Ona qarşı bu hərəkəti edənlərin isə məktəbin dərs hissə müridi Çiçək Novruzova və Uşaq Birliyinin rəbhəri Sahilə Həsənovanın olduğu bildirilir. Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkən şagirdin qohumları məlumat veriblər.
Onlar deyirlər ki, bir neçə müəllim və şagirdin gözü qarşısında baş verən bu hadisəyə zərərçəkən şagirdin Sahilə Həsənovanın nəvəsi ilə dalaşması səbəb olub. Yəni, müəllimin şagirdi döyüb, təhqir etməsi öz nəvəsinin qisasını almaq məqsədi daşıyıb:
„İki şagird öz aralarında mübahisə ediblər. Bu normal haldır və demək olar ki, hər məktəbdə hər gün baş verir. Belə halda hər iki uşaqla söhbət aparılmalıdır, problem yoluna qoyulmalıdır. Lakin, Sahilə müəllim araşdırmadan nəvəsinin tərəfini tutub, bu azmış kimi, bizim uşağı otağa qatıb, əlavə olaraq, dərs hissə müdirini köməyə çağırıb. Onlar bir neçə uşağın qarşısında qızın saçından yolub, fiziki güc göstərib, onu hündür səslə küçə söyüşləri ilə təhqir ediblər. Bundan xəbər tutan valideynlər söhbət aparmaq üçün məktəbə getsələr də, onlar da təhqir olunaraq, qapıdan qovulublar. Sonda da deyiblər ki, əgər harasa şikayət etsələr, qız məktəbdən qovulacaq“.
Qohumları deyir ki, təhqir olunan şagird aldlğı psixolji travmaya görə, bir daha məktəbə getmək istəmir:
“Uşaq həm qorxub, həm də başqalarının gözü qarşısında təhqir olunmasını, alçaldılmasını özünə sığışdıra bilmir. O, ağır psixoloji sarsıntı keçirib. Deyir ki, mən bir daha məktəbə gedib, heç kimin gözünə görünmək istəmirəm. Valideynləri polisə şikayət etdilər. Polis də məktəbə gəlib, müəllimlərin tərəfini saxladı. Sahə müvəkkili dedi ki, belə şeylər məktəbdə normal haldır. Ümid edirik ki, hadisə ictimailəşdikdən sonra aidiyyatı qurumlar obyektiv araşdırma aparılacaq, qız şagirdinə qarşı fiziki güc tətbiq edən, əxlaqsız söyüşlər söyərək ictimayyət qarşısında alçaldanlar öz layiqli cəzalarını alacaqlar”.
Adı çəkilən məktəbdən hadisəyə münasibət bildirmək istəmədilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Biznes-ledi Ruhiyyə Əliyevanın (Ruhi) növbəti parlament seçkilərində deputatlığa namizədliyini verəcəyi barədə iddialar ortaya atılıb.

Bu barədə Tovuzdan olan fəallar sosial şəbəkə hesablarında məlumat veriblər. Onların sözlərinə görə, Ruhi Əliyeva 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

Mərhum Qənirə Paşayevanın yerinə millət vəkili seçiləcəyi deyilən R.Əliyeva artıq Tovuz rayonunun sakinləri ilə əlaqələri genişləndirir, ehtiyacı olanlara yardımlar edir. Onun ehtiyacı olanlara sovqat paylaması barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumatlara görə, tanınmış biznes-ledi artıq özünün seçki qərargahını formalaşdırmağa başlayıb. Əslən Tovuzdan olan çoxlu sayda tanınmış ictimai-siyasi xadimin, iş adamının növbəti parlament seçkilərində Ruhiyyə Əliyevanın namizədliyini dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, 1977-ci ildə Tovuzun Aşağı Eyyublu kəndində dünyaya göz açan Ruhi Əliyeva YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəridir.

Ruhiyyə Əliyevanın seçicilərlə ilk təması kimi qiymətləndirilən həmin görüntüləri təqdim edirik:

Yenisabah.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif ünvanlarda çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq faəliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.

Aktualinfo.org bununla bağlı silsilə araşdırmalar aparmış və bir çox dövlət orqanları ilə sahibkarların işbirliyində olduğunu sübut edən faktlar aşkar etmişdi. Belə faktlardan biri də Kərimova Qənirə Məzahim qızının adına yaradılmış MMC-lərlə bağlıdır. Qeyd edək ki,sözügedən şəxs 08.04.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində adına 5 MMC yaratmışdır. Yalnız 2022-ci ildə bir neçə dövlət qurumu tərəfindən keçirilmiş onlarla satınalmanın qalibi olmuş, daha sonra fəaliyyətini dayandırmışdır.

Maraqlıdır ki, bir ünvanda onlarla şirkət dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Kərimova Qənirə Məzahim qızı eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan 5 şirkətə – “MF-SISTEM” MMC ((VÖEN- 1307660171), “UNI SERVIS TC” MMC (VÖEN-1307659781), “ORION MS” MMC (VÖEN-1307660041), “LM HOLDINQ-L” MMC (VÖEN-1307659801) və “ART DIZAYN-TS” MMC-yə (VÖEN-1307659931) rəhbərlik edib.

Onların qalibi olduğu satınalmalara diqqət yetirək:

“Qubadlı” Əlahiddə Sərhəd Diviziyası avtomobillər üçün ehtiyat hissələrinin satın alınması üzrə 30.406 manat dəyərində müqavilə “MF-SISTEM” MMC ilə 05.10.2022-ci ildə bağlanılıb.

Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təcrübə-sınaq işlərinin aparılmasının satın alınması üzrə keçirdiyi açıq tenderdə 165.000 manat dəyərində müqavilə “MF-SISTEM” MMC ilə 13.09.2022-ci ildə bağlanılıb.

Məlumat üçün bildirək ki, 30 min manatlıq tender müsabiqəsinin qalibi olan “MF-SISTEM” MMC tender elanından təxminən 3 ay əvvəl dövlət qeydiyyatına alınıb. Qalib şirkət isə 08.04.2022-ci il tarixində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan “MF-SISTEM” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Dövlət vergi xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 18 549.8 manat vergi borcu var.

Qanuni təmsilçisi Kərimova Qənirə Məzahim qızı olan digər MMC “ORION MS”-dir.

2 nömrəli Bakı Baza Tibb Kollecinin abadlıq işləri üzrə keçirdiyi kotirovka sorğusunda 9.685 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 25.10.2022-ci ildə bağlanılıb.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin onlayn sorğu internet portalının yaradılması üzrə keçirdiyi kotirovka sorğusunda 30.850 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 03.10.2022-ci ildə bağlanılıb.

Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecnin istehlak yönlü müxtəlif xidmətlər üzrə keçirdiyi kotirovka sorğusunda 14.445 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 02.07.2022-ci ildə bağlanılıb.

Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin avadanlıqların, ehtiyyat hissələrinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunda 14.021 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 02.06.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 69 403.22 manat vergi borcu var.

Kərimova Qənirə Məzahim qızının qanuni təmsilçisi olduğu bir MMC-də “LM HOLDINQ-L”-dir.

1 nömrəli uşaq Somatik sanatoriyasının dəftərxana və təsərrüfat malları üzrə keçirdiyi kotirovka sorğusunda 20.968,7 manat dəyərində müqavilə “LM HOLDINQ-L” MMC ilə 30.09.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 1 937.37 manat vergi borcu var.

Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin tibbi avadanlıqların əsaslı təmirinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunda 164.670 manat dəyərində müqavilə “UNI SERVIS TC” MMC ilə 04.07.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 2 556.45 manat vergi borcu var.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəftərxana ləvazimatının alınması üzrə keçirdiyi açıq tenderdə 199.637 manat dəyərində müqavilə “ART DIZAYN-TS” MMC ilə 27.05.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 12 135.2 manat vergi borcu var.

Göründüyü kimi Kərimova Qənirə Məzahim qızının qanuni təmsilçisi olduğu MMC-lər təkcə 2022-ci ildə onlarla satınalmanın qalibi olub. Bu şirkətlər bir neçə aydan sonra külli miqdarda vergi borcu yaradaraq fəaliyyətlərini dayandırıb. Kərimova Qənirə Məzahim qızının qanuni təmsilçisi olduğu 5 MMC-nin hazırda dövlətə ümumi olaraq 104 580 manat vergi borcu var.

Kərimova Qənirə Məzahim qızının MMC-ləri dövlət qeydiyyatına aldığı ünvanda ,Yasamal rayonu, H.Q.Mustafayev, ev 11-də bir neçə müəmmalı MMC-də Talıblı Lamiyə Ədixan qızının adına yarıdalıb. Onlar “ECHO MOON LT”, “DELTA AS LT” “QLOBAL 18 CORP” “ORLONDO 05 CORP” MMC-ləridir. Hələ 2022-ci ildə bu MMC-lərin dalbadal şübhəli tenderlər udduğu dövrdə yazdığımızdan mövzuya bir daha ətraflı toxunmaq istəməzdik. Daha ətraflı bu linkdən tanış ola bilərsiniz: https://aktualinfo.org/2022/09/26/tender-bazarinin-yeni-ulduzu-talibli-lamiy%C9%99-kimdir/

Hazırda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-lərin hamısının fəaliyyətinin dayandırıldığı göstərilir. Hamısı da özündən sonra külli miqdarda vergi borcu qoyduqdan sonra.

“ECHO MOON LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 21 106.53 manat.

“DELTA AS LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 56 245.11 manat.

“QLOBAL 18 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 9460.72 manat.

“ORLONDO 05 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 33 556.99 manat.

Talıblı Lamiyə Ədixan qızının adına yarıdılmış MMC-lərin vergi borcu isə hazırki günə ümumi olaraq 120 367 manat təşkil edir. Göründüyü kimi iki xanımın adına bir ünvanda yaradılmış MMC-lərin 220 min manatdan çox vaxtında ödənilməyən vergi borcu var və artıq fəaliyyətlərini dayandırıblar.

Bəs xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün peşəkarlığa və təcrübəsi nəzərə alınmayan, cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərə bu kimi şəraiti kimlər yaradır? Bu mövzuya bir dəfə toxunmuşduq və bir daha xatırlatmaq istərdik ki, bu xanımların sahibkarlıq fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəs onda bu xanımlar kimdir? Abadlaşdırma, yaşıllaşdırma, təmir-tikinti və digər qalibi olduqları bir çox işlərdən təsəvvürləri belə olmayan ya evdar qadınlar, yaxud da hansısa vəzifəli şəxslərin qohumları, yaxınlarıdır. Hansıkı, onların adına formal yardılmış MMC-lər vasitəsi ilə hər il külli miqdarda dövlət vəsaitləri talan edilir.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses çatın 19-na təyin edilib.


Şikayət hakim Anar Tanrıverdiyevin sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Daha əvvəl Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılarkən elan edilib ki, Aytac Əliyevanın şikayəti qanunamüvafiq qaydada verilsə də, İlknur Turkutun müdafiəçisi və digər bir nəfər zərərçəkmiş apellyasiya şikayətini təyin edilmiş 20 günlük müddət bitdikdən sonra verib. Müdafiəçi və zərərçəkmiş müddətin bərpa edilməsinə şərait yaradılması ilə bağlı vəsatət qaldırıb. Vəsatətlər təmin edilib

Qərara əsasən, müddətin bərpası məsələsi müzakirə edilməsi üçün cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb və burada müvafiq qərar qəbul edilib

Qeyd: A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan bir milyon manata yaxın hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib.

Xatırlatma: İlknur Turkut haqda yeni cinayət işi başlanılıb və o, Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında yenidən cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, İlkmur Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

XƏBƏR LENTİ

21:50

Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

18:51

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

18:26

" “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

17:35

Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

16:58

“Bundan sonra bura Zəfər meydanıdır”

16:40

Prezident xalqı təbrik etdi

16:09

Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

15:29

Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

14:36

Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

13:56

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

13:03

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

12:36

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

11:50

"Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

10:57

Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

10:14

"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

23:23

Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

17:02

Azərbaycan təhsilində kitab vəsaiti PROBLEMİ: - "Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini..."

16:03

Təhməzovun “OVQAT”I NİYƏ KORLANMIR? - İLGİNC İDDİALAR...

12:00

Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

11:30

Azərbaycanda insanlar daha çox taksi, avtobus, yoxsa metrodan istifadə edirlər? - VİDEO

11:00

Bakıda yeni hava limanı tikilir - Video

10:40

Kurskda PUA hücumu təhlükəsi elan edildi

10:20

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

10:00

Əhalinin DİQQƏTİNƏ! Təhlükəli mesajlar göndərilir

23:54

Ramazanın altıncı günü: İftar və imsak vaxtları

23:32

"Qarabağ"a qollar vurdu, həftənin ən yaxşısı oldu

18:56

Sabunçuda SİRLİ-SEHİRLİ inşaat işləri... - Hamı görür, amma kimsənin xəbəri yoxdur...

18:31

Qalmaqallı professor baş həkim oldu - Rektor olmaq üçün 250 min rüşvət vermişdi

16:47

Pensiyaçılara ildə iki dəfə əlavə müavinətin verilsin! - Komitə sədri

16:29

“Makron kimi siyasi liderlər Azərbaycanın uğurlarını həzm edə bilmir və...”- Siyasi şərhçi

15:58

Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu

15:16

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender keçirmədən 2,1 milyon manatı bu şirkətə verdi

14:58

Xəzərin icra başçısı qanun-manun HƏRLƏMİR?.. - ÖZBAŞINALIQ!

14:58

Xəzərin icra başçısı qanun-manun HƏRLƏMİR?.. - ÖZBAŞINALIQ!