Mühacirlərə pul verən keçmiş nazir kimdir? - Böyük ittiham

14:00 7.09.2019 454

Mühacirlərə pul verən keçmiş nazir kimdir? - Böyük ittiham
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və artıq “sabiqlər kateqoriyası”na aid şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.
YAP-çı deputat onları mövqesizlik nümayiş etdirməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif məsələlərdə ittiham edib.

“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!

Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!""

Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz.

Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam!”,- deyə Siyavuş Novruzov bildirib.

Bəs konkret ad çəkməyən Siyavuş Novruzov kimləri nəzərdə tutur? Yenisabah.az xəbər verir ki, 10 ilə qədər və ondan yuxarı müddətdə nazir işləmiş sabiqləri təqdim edir:

Keçmiş müdafiə naziri Səfər Əbiyev: 18 il (1995-2013)

Keçmiş vergilər naziri Fazil Məmmədov -17 il (2000-2017)

Keçmiş ekologiya naziri Hüseynqulu Bağırov 17 il (2001-2018)

Keçmiş təhsil naziri Misir Mərdanov – 15 il (1998-2013)

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov -15 il (2002-2017)

Keçmiş milli təhlüksəzilik naziri Eldar Mahmudov -11 il (2004-2015)

Keçmiş rabitə naziri Əli Abbasov – 10 il (2004-2014)

Keçmiş sosial müdafiə naziri Əli Nağıyev - 10 il (1996-2006)

Siyahıda olan sabiq nazirlərdən Misir Mərdanovla Əli Abbasov YAP Siyasi Şurasının üzvüdür. Eyni zamanda hər iki keçmiş nazir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) vəzifə tutur.

Siyavuş Novruzovun ittiham etdiyi sabiqlərdən bəzilərinin YAP-ın rəhbər strukturlarında təmsil olunduğunu dediyinə görə ehtimal etmək olar ki, onun hədəfə aldığı keçmiş nazirlər arasında Misir Mərdanovla Əli Abbasov da yer alır. Görünür, Misir Mərdanovla Əli Abbasov vəzifədən kənarlaşdırılıdıqdan sonra YAP-a o qədər maraq göstərmirlər.

Əli Nağıyev də vaxtilə YAP-ın rərhbərliyində təmsil olunub. Lakin 2013-cü ildə hakim partiyanın sıralarından çıxarılıb.

Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov və Hüseynqulu Bağırov nazir olduqları dönəmdə mediada ən çox tənqid məruz qalan məmurlar olub.

Ziya Məmmədovla, Fazil Məmmədovun korrupsiya və maliyyə maxinasiyaları barədə faktlara söykənən yazılar, Eldar Mahmudovun isə şərti olaraq “MTN işi” adı altında cəmlənən qanunsuz əməlləri hakimiyyəti çətin vəziyyətdə qoyub. Maraqlıdır ki, Siyavuş Novruzov keçmiş nazirlərdən bəzilərinin qanunsuz əməllərinə görə hakimiyyətin hədəfə gəldiyini də xüsusi qeyd edib.

Lakin xaricdəki mühacirlərin maliyyələşdirilməsi ilə bağlı ittihamın hansı sabiqlərə ünvanladığını söyləmək çətindir. Bu kifayət qədər ciddi ittihamdır və burada hansısa sabiq nazirin adını hətta ehtimalla çəkmək belə rezonansa səbəb ola bilər. Yaxşısı budur ki, bu məsələyə Siyavuş Novruzovun özü aydınlıq gətirsin.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?