Impera
XƏBƏR LENTİ
12:06SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:51“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:49Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:33Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:21Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:10Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:39Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:17Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:08Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:51Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:23300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:14Prezident bu şəxsləri təltif etdi16:01"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:48“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:31Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:18Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:07Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:57Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:46Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:50Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:40Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:30"Beşiktaş"da yeni prezident12:17Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:06R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...11:27"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:05Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:42“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:28Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:16Atəşkəs 22 dəfə pozulub11:33Binəqədi DSMF-dən ciddi narazılıq11:28Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:24Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:19Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:13Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:31Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:07Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:52Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:33Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:21UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi12:59BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:31Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:09Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:55Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:33Vilayət Eyvazovdan növbəti — TƏYİNAT20:33"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:16Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:05Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:50"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:32Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA15:53Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:38Prezident Rövşən Rzayevi qəbul edib15:20“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:01Türkiyədə dollar ucuzlaşdı14:45Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:26Ağsuda nə baş verir? - İTTİHAM14:13İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:50Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:31Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:12Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:48UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb11:21“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:08Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:46Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:25"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:12Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:50Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!18:28Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1018 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:56Taleh Qaraşov həm qazanır, həm də qazandırır... - İDDİA17:33Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:10Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:58Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:47Mayk Pens ANKARADA14:28Hava buludlu olacaq14:11Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:53Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:37“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:22Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:18"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət10:52Delfi yarışları yeni formatda keçiriləcək10:34Prezidentin iqtisadi müşavirədə misal gətirdiyi hesabatlar - Onlarda nələr əks olunub?10:14Dünya birjalarında neftin SON QİYMƏTİ09:58ABŞ səsdən iti raketlər istehsal edəcək18:04Prezident Mayıl Əhmədovu təltif etdi17:38“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:23Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:06İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:52DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:27Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:10Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:48"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:30Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:16Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto
BÜTÜN XƏBƏRLƏR

Şəmsəddin Xanbabayevin Xaçmazı "dad deyir"... - Köhnə Xaçmazın köhnə dərdləri...

01 Mrt 2019, 13:24   
Şəmsəddin Xanbabayevin Xaçmazı "dad deyir"... - Köhnə Xaçmazın köhnə dərdləri...
Xaçmazın ilk məskunlaşma yeri belə adlanır - “Köhnə Xaçmaz”. Təxminən 4500 nəfər əhalisi var. Yaşayış məntəqəsinə gedən yolda “Köhnə Xaçmaz” yazılan heç bir lövhəyə rast gəlməyəcəksiniz, yolunuz düşərsə, gərək soruşub tapasınız. Şəhərin mərkəzindən uzaq deyil, Xaçmaza bitişikdir.

Bura daxil olanda sizi dağılmış, çala-çuxur yollar, palçıqlı küçələr, izolyasiya olunmamış, ölüm saçan elektrik telləri, qəzalı, təhlükəli işıq dirəkləri, uçub-dağılmaq üzrə olan, məktəblilərin hər gün gedib-gəldiyi “ölüm körpüsü”, qazı kəsilmiş şəhidlər abidəsi və s. problemlər qarşılayacaq.

Bir sözlə, “Köhnə Xaçmaz” köhnə problemlər girdabında boğulur, camaatın hər gün məşəqqət çəkdiyi bu məsələlər həll edilmir. İnsanların yazmadığı orqan, instansiya qalmayıb, heç bir nəticə olmayıb.

Ona görə sosial problemlərinin işıqlandırılmasını istəyən sakinlər bizimlə söhbətində məmurların laqeydliyindən gileyləndilər. Onlar birinci növbədə elektrik dirəklərinin ötən əsrin 50-ci illərindən qaldığını bildirdilər. Dirəklər taxtadandır, çürüyüb, naqillər izolyasiya olunmayıb, bu da ölüm təhlükəsi saçır. Elə evlər var ki, elektrik naqilləri darvazaya yapışıq olduğuna görə yağışlı havada insanlar evindən çıxmağa ehtiyat edir.

“Köhnə Xaçmaz”lı Həqiqət Mirzəcanova dedi ki, küləkli havada qəsəbədə işıq olmur: “Dəfələrlə şikayət eləmişik. Kimdir şikayətə baxan? İşıq idarəsinə ərizə vermişik. Amma nəticə yoxdur. Bir az borcun olan kimi, ödənişi gecikdirəndə işığı kəsirlər. Bu işıq xətləri gördüyünüz payaların üzərində dayanıb. Neçə dəfə uşaqlar ölümdən, xəta-bəladan xilas olublar. Çox dəhşətli vəziyyətdir. Öz cibimizdən pul yığıb çəkdirmişik. Külək, yağış olan kimi işıqlar kəsilib. Allahın ümidinə qalmışıq. İşıq idarəsi deyir ki, ərizə yaz, nə qədər yazmaq olar? Bu işıq aşağıdan keçir, həyətimdən sallanır. Kim gəlir, deyirəm ki, xətadır. Deyirlər ki, yerüstü çəkəcəyik. Amma o vaxta kim ölə, kim qala..."

Sakinlərin dediyinə görə, əsas yoldan qəsəbənin mərkəzinə 1400 metr məsafə var. Amma bu məsafə sanki 1400 kilometrdir. Çünki yolları kələ-kötür vəziyyətdədir, insanlar əziyyət çəkirlər, nəqliyyat vasitələri tez-tez xarab olur.

“Köhnə Xaçmazda 30 ildir yaşayırıq. Hələ yadımıza gəlmir ki, bura asfalt çəkilsin. Sovetdən bu yana bizim küçələrə bir maşın asfalt tökməyiblər. Yağışlı-qarlı havada yollarımız lap bərbad hala düşür, uşaqlar dizə qədər palçıqlı yollardan keçib məktəbə gedirlər”, - deyə sakinlər şikayətlənirlər.

Onlar vətən üçün şəhidlər vermiş “Köhnə Xaçmaz”ın yollarının heç olmasa, şəhidlər abidəsinə qədər düzəldilməsini gözləyirlər. Amma sən saydığını say, gör səlahiyyətli şəxslər nə sayırlar. Belə ki, nəinki şəhidlər abidəsinə qədər yollar təmir olunmayıb, heç vətən uğrunda canından keçənlərin abidəsinə baxan yoxdur. Şəhidlərin barelyefləri çat verib, dağılıb-tökülür.

Sakinlər bunu şəhidlərə hörmətsizlik kimi qiymətləndirirlər. Onlar deyirlər ki, abidənin baxımsız qalması azmış kimi, şəhidliyin qarşısındakı əbədi məşəlin qazı 5-6 il qabaq söndürülüb. Öyrənirik ki, buna səbəb yerli qaz idarəsinin qaz xəttini kəsib atmasıdır. Bunun səbəbini heç nə ilə izah etmirlər.

“Buranın qazını kəsəndən sonra biz də həvəsdən düşdük. Hər il abidəni təmizləyirdik, səliqəli saxlayırdıq. Kəsiblər də, artıq ”rosxod"dur. Biz ildə bir dəfə buranı yandırırdıq. Deyirlər ki, olmaz, şəhidlər üçün niyə ayrıca qaz olmalıdır? Bunların fikirləşdiyinə bax. Əbədi məşəl abidəsinin qazını kəsirlər, vətən üçün şəhid olanlara onu da qıymırlar", - deyə köhnə xaçmazlılardan biri ümumi narazılığı belə ifadə edir.

Amma Köhnə Xaçmazın bundan da böyük dərdi var. Adı “ölüm körpüsü”dür. Hər gün qəsəbə əhli həmin körpüdən keçir. Bu körpü 2 il 6 ay əvvəl tikilsə də, onu sel aparıb. Sakinlər bildirirlər ki, bəndlər düzgün vurulmayıb, necə gəldi tikinti aparılıb, çayın axını bu səbəbdən düzgün tənzimlənmir. Körpünün dirəklərini su yuyur, körpüətrafı bəndləri sıradan çıxarır. Yerli bələdiyyə illər əvvəl sakinlərin dəstəyi ilə körpünün ətrafındakı bəndləri bərkidib, ərazidəki böyük zibilliyi ləğv edibmiş.

Amma sel-su bələdiyyənin və camaatın birgə zəhməti hesabına qurulan bəndləri də yuyub aparıb. Hazırda ərazi fəlakətli vəziyyətdədir. Körpü hər an uça bilər. Camaat şükür edir ki, bu il yağıntı çox olmadı, Qudyalçayda sululuq artmadı. Yoxsa böyük faciələr yaşana bilərdi. Çünki bu körpüdən keçməmiş məktəbə getmək mümkün deyil. Sakinlər isə həyəcan təbili çalırlar ki, övladlarının təhlükəsizliyi üçün məktəb yolunun üstündə olan bu körpü təcili surətdə müasir və möhkəm dirəklər üzərində qurulmalıdır.

“Nəyi gözləyirlər? Gözləyirlər ki, birinin balasının başına bir iş gəlsin, ya körpü çöksün, ”Köhnə Xaçmaz"da yas düşsün, sonra hərəkətə keçsinlər? Bələdiyyə və camaat birtəhər pul düzəldib körpünü qurmuşdu. Amma bələdiyyənin və bizim nə günahımız var? Bura aidiyyəti qurumlar müdaxilə etməlidir, əsaslı işlər görülməlidir. Biz Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevi bura dəvət edirik, gəlsin görsün, bu körpüdən özü keçsin, baxsın. Görəsən, özü, yaxınları, nəvələri bu körpüdən keçib gedər? Əlbəttə, yox. Ona görə rayonun rəhbəri kimi təcili tədbir görməsini xahiş edirik. Eyni zamanda digər cavabdeh və icraedici orqanlar əraziyə gəlsin, araşdırma aparsın".
“Yeni Müsavat”

Şəmsəddin Xanbabayevin Xaçmazı "dad deyir"... - Köhnə Xaçmazın köhnə dərdləri...
Şəmsəddin Xanbabayevin Xaçmazı "dad deyir"... - Köhnə Xaçmazın köhnə dərdləri...
OXŞAR MÖVZULAR