Birinci sinfə qəbul üzrə 44880 sorğu yerləşdirilib. Bu, 95 faizinə yaxın göstərici deməkdir.
Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, avqustun 28-i (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44880 sorğu yerləşdirilib.
Onlardan 42306-sı ümumi təhsil məktəblərini, 2574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.
Zamantv.az