[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gələn ilin büdcəsi sosialyönümlü olacaq: - Hansı sahələr üzrə maaşlar artacaq?


2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 24 milyard 359 milyon 107 min dollar təşkil edib.

O cümlədən, 13 milyard 724 milyon 349 min dollarlıq xam neft, 10 milyard 317 milyon 686 min dollarlıq təbii qaz ixrac edilib.

Qeyd edək ki, 2021-ci ilin 8 ayı ərzində isə Azərbaycandan 11 milyard 350 milyon 870 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 498 milyon 811 min dollarlıq xam neft, 2 milyard 350 milyon 392 min dollarlıq təbii qaz ixrac edilmişdi.

Beləliklə, bu ilin 8 ayında xam neft ixracından gəlir 61,5%, qaz ixracından gəlir isə 4,4 dəfə artıb. Həmçinin, 2022-ci ilin 8 ayı ərzində Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 1 milyard 885 milyon 466 min dollar təşkil edib (ötən ilin eyni dövründə 1 milyard 584 milyon 468 min dollar təşkil etmişdi). Gəlirlərin artmasının səbəbi dünya birjalarında neft və qazın bahalaşmasıdır.

Qeyd edək ki, ölkədə ötən dövrdə bir sıra sosial layihələr reallaşıb.

Həm neft-qaz, həm də bu sektora daxil olmayan mallarla bağlı gəlirlərin artması qarşıdakı dövrdə də sosial layihələrin də icrasına imkan verəcəkmi və bu, yeni ilin dövlət büdcəsində öz əksini tapacaqmı? Millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayır:

“Dünyada baş verən proseslər bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. O cümlədən, pandemiyada iqtisadiyyatların mənfiyə doğru enməsini şərtləndirib.

Ancaq Azərbaycan pandemiyanın təsirlərini tez aradan qaldırdı və iqtisadi inkişafın yeni bir mərhələsinə qədəm qoydu. Cari ilin 6 ayının göstəriciləri bunu deməyə imkan verir. Artıq 7 faiz iqtisadi göstəricinin əldə olunması böyük göstəricidir. Neft-qaz sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişaf edir. Qeyri-neft sektoruna investisiyalar yatırılır, bu sahədə sahibkarlıq mühiti üçün optimal şərait formalaşıb. Bu da təbii ki, qeyri-neft ixracının artımında özünü göstərir. Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatında önəmli yer tutur və iqtisadi sabitliyin qorunub saxlanmasında əsas amilə çevrilib. Qeyri-neft sektorunun artması iş yerlərinin artması deməkdir”.

Millət vəkilinin sözlərinə görə, neft-qaz sektoru ilə bağlı gəlirlərin artması sosial layihələrin həyata keçirilməsini şərtləndirir:

“Əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. O ərazilərdə aparılan sosial infrastruktur layihələr gözümüzün önündədir və həmin ərazilərin yenidən qurulması prosesi sürətlə davam etdirilir. Paralel olaraq Azərbaycanın bütün regionlarında sosial infrastruktur layihələr davam edir. Dövlətimizin iqtisadi gücü artdıqca insanların sosial rifahının yaxşılaşmasına xidmət edəcək sosial proqramların da əhatə dairəsi genişlənir”.

Deputat onu da bildirdi ki, qarşıdakı ilin dövlət büdcəsi də sosialyönümlü olacaq:

“Əsas xərclər sosialyönümlü layihələrin, sosial proqramların icrasına yönəldilir. Ölkə daxilində sosialyönümlü xərclərin maddələrində artımlar nəzərdə tutulub. Bu da təbii ki, iqtisadiyyatın inkişafı ilə birbaşa bağlıdır. Əgər bizim iqtisadi gücümüz olmasaydı biz heç vaxt sosial layihələrə diqqətimizi artıra bilmərik. Hazırda bu istiqamətdə atdığımız addımları ölkəmizin göstəricisi kimi qeyd etmək olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəristiliktəchizat”dan sakinlərə müraciət: Nəzarət edin!


“Azəristiliktəchizat” ASC sakinlərə müraciət edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, “Azəristiliktəchizat” ASC 2022/2023-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar yaşayış binaları və sosial obyektlərin istilik sistemlərini yoxlamaq məqsədilə su ilə doldurur:

"Bununla əlaqadar baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədilə mənzildaxili istilik sistemlərininə nəzarət olunmasını tövsiyə edirik. Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət göstərən İSİS-ə və ya binaya xidmət göstərən MKİS-ə məlumat verməyinizi sizdən xahiş edirik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmininin qətli: Tehranda tələbələr ayağa qalxdı


22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən vəhşicəsinə döyülüb, qətlə yetirilməsindən sonra Tehranda tələbələr etiraz aksiyalarına başlayıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

“Tehranın Əmir Kəbir və Şəhid Beheşti Texnologiya Universiteti kimi bir sıra böyük ali təhsil müəssisələrində tələbə Məhsa Əmininin ölümündən sonra etiraz aksiyalarına başlayıblar”, - məlumatda qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“The Sun” Ermənistan Prezidentinin mədəniyyətsizliyindən yazdı


Lüzumsuz canfəşanlıq edərək gülünc vəziyyətə düşən adamlar haqqında məşhur bir ifadə var. Rus dilindən hərfi tərcüməsi belədir: “Axmağa desən ki, Allaha dua et, əyilib-qalxanda alnını yaralayacaq”.

Bu dəfə həmin ifadə hansısa kloun tərəfindən icra edilmiş bir sirk nömrəsinə deyil, dünən Böyük Britaniya Kraliçası II Elizabet ilə vidalaşma mərasimində Ermənistan Prezidenti Vahan Xaçatryanın etdiyi hərəkətə aiddir. Bu hadisə daha koloritli “utanım sənin yerinə” frazası ilə ifadə edilən “ispan xəcaləti” hissi doğurur.

Bəli, kim bilir hansı yollarla Ermənistan prezidenti kreslosuna gəlib çıxmış bu küçə adamının Vestminster abbatlığında mərhum Kraliçanın matəm mərasimində fotosessiya təşkil etməsi barədə xəbəri oxuyanda hər bir abırlı adam “ispan xəcaləti” hisslərini yaşayır.

Britaniyanın “The Sun” qəzetində dərc edilmiş xəbərdə elementar protokol qaydaları ilə tanış olmayan Ermənistan Prezidentinin mədəniyyətsizliyindən bəhs edilir. Klassiklərdən birinin yazdığı kimi, heç birimiz dünyaya gələndə artıq formalaşmış dahi olmamışıq, hamımız az-az, nəyisə, necəsə öyrənmişik. Nəyisə bilməmək olar. Axı Ermənistanın rəsmi isto...mifologiyasına inansaq, paytaxtı “Romadan qədim”, xristianlığı “birinci olaraq” qəbul etmiş titul xalqının yaşı isə hava proqnozundan asılı olaraq gah 9.000 il, gah da 18.000 il olan bir ölkənin Prezidentinin ofisində protokol xidməti mövcuddur. Absurdluğu ilə adamın qarnını ağrıdan bu mantra hər küncdən, hər bucaqdan eşidiləndə istər-istəməz güman edir və ümid bəsləyirsən ki, dünyaya “fen”, “bankomat”, “rəngli televizor”, “avtomatik sürət ötürmə qutusu”, “MRI” və daha neçə-neçə ixtiralar vermiş bu “istedadlı” adamlar (bunlar zarafat deyil, erməni saytlarına inansaq bu əşyaların ixtiraçıları məhz ermənilər olub) az qala çar II Tiqranın dövründən, bəlkə də neandertallıların bütün rəhbərlərinin dövründən bütün diplomatik protokolların müəllifləridir. Protokollar nədir ki! Burada söhbət elementar etiket qaydalarından gedir.

Bir də ki, əgər bir uğursuz hərəkət baş veribsə (axı hər şey ola bilər) və yaxınlıqda müşavir yoxdursa, ehtiyatlı ev sahibləri həmişə bu qaydaları xatırladır, dress-kod və başqa hərəkətlər barədə məlumatları qonaqlara qabaqcadan göndərirlər. Xatırlatmağa ehtiyac varmı ki, Ülyahəzrət ilə vida mərasimi kiminsə özünü göstərməsi, piar etməsi, instraqram sessiyaları təşkil etməsi yeri deyil. Hətta bu halda da mərasimə gələnlərin özü ilə fotokamera gətirməsinin yolverilməz olması yaddaş kitabçasına daxil edilmişdi. Hər kəs bu kitabçanı almışdı və üstəlik, mərasim keçirilən məkana girişdə bu barədə ayrıca xatırladılmışdı.

Ermənistan Prezidentinin və onun əshabələrinin ingilis dilini nə dərəcədə bildiyini deyə bilmərik. Hərçənd, dünən ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda keçirdiyi mətbuat konfransında tərcüməçi ilə bağlı biabırçı vəziyyət bizim şübhələrimizi artırır. Görünür, Ermənistan nümayəndə heyəti belə güman edirmiş ki, həmin tərcüməçi hər şeyi bilir, axı Misir çarı Nefertitinin damarlarında “erməni qanı” axırmış (bu da zarafat deyil, erməni “tarixçilər” özləri bu barədə ciddi danışırlar). Genlər də istedad kimidir, onları itirə bilməzsən. Amma dünənki hadisə göstərdi ki, Ermənistan həqiqətən feyld-steytə (uğursuz dövlətə) çevrilib.

Dünən Londonda baş vermiş qalmaqalın nəticələri bu ölkənin imici üçün fəlakətli olub. Yuxarıda qeyd etdiyimiz kimi, “The Sun” qəzeti bu hadisəni çox kəskin ifadələrlə işıqlandırıb. Xəbərdə bildirilir ki, 1000 illik tarixi olan bu binanın içərisində qonaqlar tərəfindən hər hansı kameralardan istifadə olunmasını istisna edən çox ciddi qayda var, bu barədə mərasimə gələnlərin hamısına qabaqcadan bildirilib. Qəzet yazır ki, sözügedən insident saray əməkdaşları arasında anlaşılmazlıq doğurub. Vida mərasimi translyasiya edilərkən bu səhnəni öz televizorunun ekranında görmüş xanım Teylor hiddətləndiyini bu sözlərlə bildirib: “Bu, tamamilə hörmətsizlik idi. Mənim təsəvvürümdə bu, tamamilə bağışlanılmaz hərəkətdir. O, xəcalət çəkməlidir”.

Digər britaniyalı - 52 yaşlı Endrü Kersleyk hiddətini bu sözlərlə ifadə edib: “Bu, dəhşətli idi. O, ara vermədən çərənləyir, gülür və hörmətsizliyini nümayiş etdirirdi. Bla-bla-bla. Həmin zalda yüzlərlə insan vardı, ondan başqa heç kəs danışmırdı. Birmənalı olaraq görünürdü ki, o, fotoşəkil çəkdirməyi əvvəlcədən planlaşdırıbmış. Bütün qalan adamlar tabutun yanında dayanmadan keçdiyi halda o və onun qrupu ləngidi, bu, hiddətləndirici idi. Ümumiyyətlə, bu insanlar öz davranışları ilə başqalarına nümunə göstərməlidirlər. O, qaydaları bilir, ən azı bu barədə ona zala girməzdən əvvəl deyiblər”.

Qəzetdə adı çəkilməyən başqa bir mənbə isə deyib: “Qaydalar son dərəcə dəqiqdir. Biz insanlardan yalnız bunu xahiş edirik ki, bu qaydalara hörmət etsinlər və fotoşəkil çəkməsinlər. Bu qaydaya hamı son hərfinə qədər riayət etdi, təkcə bu fərddən başqa”.

Bəli, bizim regionda belə bir qonşumuz var. Bu qonşumuz hamıya yuxarıdan aşağı baxır, amma anlamır ki, özü beynəlxalq birliyin nəzərində ən aşağı səviyyədədir. Nüfuzlu Britaniya qəzetinin baş vermiş hadisəni xarakterizə etmək üçün seçdiyi adekvat ton, bizim fikrimizcə, təkcə Britaniya cəmiyyətinin deyil, bütün dünyanın əhval-ruhiyyəsini güzgü kimi əks etdirir.

Vüqar Seyidov, “AzərTAc”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənab nazir Lerikdən ƏLİNİ ÜZÜB? - BU NƏDİ BELƏ?


DİA.AZ bildirir ki, Azerinfo.media saytına Lerik rayonundan verilən məlumata görə, hazırda Lerik meşələrində ağaclar kütləvi olaraq kəsilərək Masallıdakı mebel sexlərinə daşınır.

Mənbə qeyd edir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları hər çür fırıldağa əl atırlar.

"Belə ki, kəsilmiş ağaclara damğa vurub, amma akrlaşdırmırlar və belə yerlər çoxdur",- deyə mənbə qeyd edir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Həmin fotoları təqdim edirik:
Cənab nazir Lerikdən ƏLİNİ ÜZÜB? - BU NƏDİ BELƏ?
Cənab nazir Lerikdən ƏLİNİ ÜZÜB? - BU NƏDİ BELƏ?
Cənab nazir Lerikdən ƏLİNİ ÜZÜB? - BU NƏDİ BELƏ?
Cənab nazir Lerikdən ƏLİNİ ÜZÜB? - BU NƏDİ BELƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovun nüfuzu SARSILIB? - İDDİA


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, polkovnik Zaur Mirzəyevin intim videolarının yayılması ölkədə şok effekti yaratdı. Zaur Mirzəyev videoların üzə çıxmasının ardınca əvvəl vəzifəsini, sonra isə azadlığını itirdi.

DİA.AZ yenisabah.az-a istinadla xatırladır ki, hakimiyyətdaxili kompromat savaşının açıq təzahürü kimi qiymətləndirilən bu hadisə uzun müddət ölkə gündəmini zəbt etdi. Məlum videolarla bağlı qalmaqal ən müxtəlif kontekstlərdə müzakirə olunaraq bəzən bir-birinə daban-dabana zidd olan versiyaların ortaya çıxmasına səbəb oldu. Video qalmaqalının FHN-də bir neçə yüksək vəzifəli zabitin başını “yeyəcəyi” ilə bağlı iddialar irəli sürülsə də, Zaur Mirzəyevdən başqa iş yerini itirən olmadı. Onun isə karyerası ilə bir müddət əvvəl vidalaşdığı deyilərək, məsələni unutdurmaq siyasəti həyata keçirildi.

Qeyd edək ki, ilk baxışda “ssenari müəlliflərinin” öz məqsədlərinə çatdığını söyləmək olar. Belə ki, ölkədə çoxdan gündəm dəyişib və Zaur Mirzəyevin adına indi ancaq axtarış saytlarıda rast gəlmək mümkündür.

Dia.az-ın məlumatına görə, FHN-nin yüksək vəzifəli zabitlərindən biri “Yeni Sabah”a deyib ki, kənardan işlər yolunda görünsə də, əslində, daxildə gərginlik səngimək bilmir. Mənbənin sözlərinə görə intim videoların üzə çıxmasından sonra təqsirkarlar barədə ciddi ölçü götürülməməsi Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nüfuzuna sarsıdıcı zərbə vurub. Bu hadisədən əvvəl qətiyyətli nazir kimi xarakterizə olunan Heydərov indi tabeliyində çalışan şəxslər üzərində nəzarət imkanlarını itirən rəhbər kimi tanınır.

Məlumatlı şəxsin dediyinə görə, bu qalmaqaldan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun cəzalandırılacağı gözlənsə də, bu günə kimi onun barəsində heç bir ölçü götürülməyib. FHN-nin dəhlizlərində Kəmaləddin Heydərovun arxalı generallardan sayılan Füzuli Əsədova “bata” bilməməsi ilə bağlı mülahizələr dolaşır. Əməkdaşlar öz aralarında K.Heydərovun gücünün ancaq istintaq prosesində zərərçəkən qismində tanınan bir neçə qadını cəzalandırmağa çatdığını danışırlar.

Mənbə deyib ki, intim videoların üzə çıxması bütövlükdə FHN-nin nüfuzuna ciddi zərər vurub. Onun sözlərinə görə, bu hadisədən əvvəl bütün dövlət qurumları, ələlxüsus da güc strukturları həmrəylik nümayiş etdirərək FHN-nin şəxsi heyətinə qarşı xüsusi diqqət göstərirdilər: “Bir-iki ay əvvələ kimi yol polisi FHN aid maşınları heç vaxt saxlamırdı. Hətta qırmızı işıqdan keçəndə cərimə yazılmırdı. İndi isə tez-tez belə hallarla qarşılaşırıq, bizimlə sıravi vətəndaş kimi davranırlar.

Nazirlikdə hesab edirlər ki, bütün bunlar Kəmaləddin Heydərovun nüfuzdan düşməsinin nəticəsidir. FHN-çilər hakimiyyət komandasında yüksək nüfuza malik olan yeni nazirlə işləməyi arzulayırlar”- deyə mənbə fikrini tamamlayıb.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb - Daha bir direktorun SƏS YAZISI yayıldı


N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında redaksiyamıza şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.

Gundem.media yenicag.az-a istinadla xəbər verir ki, redaksiyamıza edilən şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Direktorun səs yazısını təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Diplomatiya Mərkəzi adlı BAZAR... - GİLEY


"Salam, mən sizdən Azərbaycan Diplomatiya mərkəzi ilə bağlı şikayətləri işıqlandırmağınızı istəyirəm. Bu mərkəz insanları aldadır, qeyri-qanuni şəkildə pul tələb edir. Mən bu mərkəzin təşkil etdiyi HR(insan resursları) təlimlərinə qatılan və həm ödədiyi pulu batan, həm də xeyli əsəb, stress keçirən iştirakçıdan biriyəm."
Bunu mərkəzin təlimlərinə qatılan və aldadıldığını bildirən vətəndaş Sevinc Abbasova redaksiyamızın poçtuna göndırdiyi məktubunda yazır.
Daha sonra Sevinc xanım yazır:
"Təlimə kampaniya adı altında insanları cəlb edib daha sonra müqavilədə də olmayan əlavə ödənişlər tələb edirlər. İlkin olaraq 100 azn ödəniş etdim, qeydiyyat zamanı bundan sonra heç bir əlavə ödəniş olmayacağını və sonda hər bir iştirakçının müvafiq qaydada sertifikatla təmin olunacağını bildirdilər. Lakin təlim davam edən müddətdə bizə "Əlavə 165 manat ödəniş etməsəniz sizə heç bir sertifikat verilməyəcək" deyildi. Təlimi sonlandırmaq istəyənə isə ödədiyi yüz manatı belə qaytarmayacaqlarını bildirdilər. Beləliklə, minbir əmək verib yayın o istisində bir ay yarım gəlib getdiyimiz təlim bitdikdən sonra indi iştirakçı sertifikatımızı ala bilmirik.
Sizdən bu dələduzluğu, bu saxtakarlığı işıqlandırmağınızı xahiş edirik. Belə şəxslər, qurumlar insanları aldadaraq qanunsuz şəkildə qısa yoldan qazanc əldə etmək niyyətindədir.
Əlavə olaraq qeyd etməliyəm ki, təlim özü də vəd olunduğu şəkildə effektiv olmayıb sistemsiz və yarım keçildi. Hətta təlimin ən sonuncu iki dərsini- HR sahəsinin mühüm hissəsi olan "əmək haqqlarının hesablanması" dərslərini şərt qarşılığında keçəcəklərini bildirir, əgər pul verib sertifikat almağa razı olmasaq o dərsləri də keçməyəcəklərini deyirlər.
Bütün bunlar vicdansızlıqdır, insanları açıq şəkildə istismar etməkdir. Mən bir vətəndaş kimi, bu cür saxtakarların insanları aldadıb pulunu mənimsəmələri ilə razılaşa bilmirəm. Ümid edirəm ki, məktubum sizdə bu qurumla bağlı həqiqətləri əks etdirən yazı yazmanız üçün maraq yarada bilər. //TEREF.AZ//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BDU-dan 700 minlik şübhəli tender – Müqavilə imzalanan şirkətin qanuni təmsilçisinin adı narkotik cinayətində keçir


Bakı Dövlət Universiteti (BDU) cari ilin iyul ayında “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC ilə satınalma müqaviləsi imzalayıb. Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 717 332.9 AZN təşkil edən müqavilədə BDU üçün bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlutlarında göstərilir ki, “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC-nin 18 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.

“Təmir-Tikinti-Bərpa-Təchizat” QSC şübhəli tenderlərdə istifadə olunan şirkətlərdən hesab edilir. Mediada bu şirkətin qalib olduğu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə iddialara rast gəlinir. Bu iddialar qarşı tərəfdən təkzib olunmayıb.

“Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçir. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir.

Bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onları təltif etdi - SİYAHI


Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Məmmədov Tapdıq Səməd oğlu

“Tərəqqi” medalı ilə

Abdullayeva Dilarə Ağalar qızı

Ağayev Elçin İbarət oğlu

Aydınov Zaur Asif oğlu

Azakov Siyavuş İsfəndiyar oğlu

Bunyadov Elşən Akif oğlu

Dadaşlı İsa Rəhim oğlu

Əbilova Arzu Kərim qızı

Əliməmmədov Mehman Məmməd oğlu

Əliyev Nüsrət Şıxalı oğlu

Forrester Skott

Henderson Nayl Köri

Heydərov Elxan Vahab oğlu

İlter Mustafa Mesut

İsmayılov İlham Əmirxan oğlu

İsmayılova Şəfəq İsrafil qızı

Məhərrəmov Samir Fazil oğlu

Məmmədov Əbdülhüseyn Asaf oğlu

Mirzaliyev Elman Zərqulu oğlu

Moylayeva Səbinə Dəmir qızı

Mustafayev Nəcəf Lətif oğlu

Orucov Rövşən Həsən oğlu

Şexmametyev Rəşid İbrahimoviç

Şəfiyev Vüsal Məmmədəli oğlu.

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR