[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Britaniyadakı soydaşlarımız Ermənistan səfirliyinin qarşısında piket keçirdilər - Fotolar


Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında razılaşdırılmış piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piketdə “Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!”, “Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, “Azərbaycan ədalət tələb edir!”, “Ermənistan, minalanmanı dayandır!”, “Minalar mülki insanları öldürür!”, “Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması və bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.

Britaniyadakı soydaşlarımız Ermənistan səfirliyinin qarşısında piket keçirdilər - Fotolar

Britaniyadakı soydaşlarımız Ermənistan səfirliyinin qarşısında piket keçirdilər - Fotolar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan ABŞ-a yola düşdü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a yola düşüb.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, səfərdə Prezident Ərdoğan ilə birlikdə xanımı Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli müdafiə naziri Hulusi Akar, Prezidentin sözçüsü İbrahim Kalın və bir sıra səlahiyyətli şəxslər də iştirak edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhidin qardaşını videoya çəkən araşdırılır, bəs yayan kimdir?


Xəbər verdiyimiz kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun yayılan videosu ilə bağlı dövlət qurumları hərəkətə keçib. Artıq Baş Prokurorluğun hadisə ilə bağlı açıqlamasında videonun araşdırılacağı və təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb ediləcəyi bildirilib.

Videonun Müdafiə Nazirliyində lentə alındığı deyilsə də, nazirlik məsələ ilə bağlı açıqlamasında sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin onlarla heç bir əlaqəsi olmadığını qeyd edib.

Görüntülərin sosial şəbəkələrdə necə yayılması ilə bağlı müzakirələr səngimir. Videonu feysbukda ictimailəşdirən tanınmış bloqer Həbib Müntəzir məsələyə aydınlıq gətirib. O bildirib ki, görüntünü "Kyrill_Tnews" teleqram kanalından götürüb. Lakin daha sonra kanal bağlanıb.

“Video Telegram kanallarında yayılmışdı və mən də ordan götürmüşəm, qınamışam. Telegramdakı kanalın adı "Kyrill_Tnews". Söz-söhbət yayılan kimi, kanalı “private” etdilər”, - deyə Həbib Müntəzir qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Putinlə GÖRÜŞDÜ - YENİLƏNİB

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:-

Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə çox şadam.

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.

Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.

Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sağ olun, Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam.

Bundan əvvəlki görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə də biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin ikitərəfli münasibətlərin çox müsbət dinamikasını görürük.

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq.

Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.

Prezident Vladimir Putin: Çox sağ olun.

xxx

19:26

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin: “300 min ton gübrəni pulsuz verməyə hazırıq”


“Avropa limanlarında saxlanılan 300 min ton Rusiya gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz verməyə hazırıq”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, son vaxtlar dünya siyasətində və iqtisadiyyatında əsaslı dəyişikliklər baş verib və bunlar geriyə yolu olmayan dəyişikliklərdir.

Putin qeyd edib ki, ŞƏT bu gün dünyanın ən böyük regional təşkilatıdır və onun beynəlxalq və regional problemlərin həllində rolu günü-gündən artır.

“ŞƏT ölkələrinin siyasət və iqtisadiyyat sahəsində əməkdaşlığı eqoizmdən uzaq yanaşmalara əsaslanır”, - deyə o bildirib.

Rusiya prezidenti çıxışında Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyini “Avropa Komissiyasını Rusiya gübrələrinin inkişaf etməkdə olan ölkələrə çata bilməsi üçün məhdudiyyətləri qaldırmağa inandırmağa” çağırıb.

Mənbə: TRT Haber

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı milyarderin 150 milyonluq şirkətini məhkəməyə verdilər - TƏFƏRRÜAT


Rusiyada yaşayan tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Teymur Əhmədov adına “Aznar” QSC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, “Aznar” QSC-yə qarşı məhkəmə iddiası “Xəzər İnşaat Şirkəti” MMC tərəfindən qaldırılıb.
Məhkəmə iddiası bu gün 16.09.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmə iddiası öhdəliklər üzrə mübahisələrlə bağlı qaldırılıb.

Məlumat üçün bildirək ki, “Xəzər İnşaat Şirkəti” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Azərbaycanın yük qaldırıcı və anbar avadanlıqlarının satışı, icarəsi və servisi sahəsində xidmət göstərən ən iri və aparıcı şirkətlərindəndir.

Xəbəri rus dilində oxuyun: На 150-миллионную компанию азербайджанского миллиардера подали в суд
Teymur Əhmədov adına “Aznar” QSC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 mlyon 987 min 312 manat olan QSC-nin qanuni təmsilçisi isə Teymur Fərəc oğlu Əhmədovdur.
Onu da bildirək ki, “Forbes” nəşrinə görə hazırda 1,7 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BATIRIQ: Məktəb ləvazimatları, iş dəftərləri və bir çox başqa kiçik şeylər... - AKTUAL


Yeni tədris ilində valideynlərin məktəbə hazırlıq xərcləri artıb. Ancaq burada təəccüblənəcək bir şey yoxdur, çünki hər şeyin qiyməti artır. Amma ailələrin böyük əksəriyyətinin real gəlirləri aşağı düşür və müntəzəm xərclər bəzən dözülməz yükə çevrilir.

Bəzi məlumatlara görə, azərbaycanlıların məktəb ödənişlərinə orta hesabla xərcləmələri builki yaşayış minimumunu üstələyib - 210 manat (hər uşağa 193 manat) müəyyən edilib.

Birinci sinif şagirdinin anası deyir: “Məktəbə çəkilən xərclər 250 manatdır. Aşağı büdcəli bazarlıq etsək də, ailəmizin gəliri xərclər standartlarına görə az deyil. Gödəkçə, ayaqqabı, məktəbli forması, bel çantası, müxtəlif dəftərxana ləvazimatları - pozandan tutmuş dəftərlərə qədər. Bunlar xırda kimi görünür, amma sonda iri bir məbləğ çıxır”.

Xərclər bununla bitmir - hələ də məktəb ləvazimatları, iş dəftərləri və bir çox başqa kiçik şeylər almalısınız.

Kiçik şagirdlərdən fərqli olaraq, yuxarı sinif uşaqları çox vaxt keçənilki məktəbli forması geyinir və portfel istifadə edirlər. Buna görə də onların xərcləri daha azdır. Ancaq, bu, bir tərəfdən baxanda belə görünür.

Səkkizinci sinif şagirdinin nənəsi deyir: “Biz bu il nəvəmizə forma almamışıq. Keçən ildən kifayət qədər ağ köynək və bel çantası var, amma məktəb şalvarı və iki cüt ayaqqabı, həmçinin dəftərxana ləvazimatları almalı idim. Silgi, xətkeşlər, qələm qutusu, albom və dəftərlər bir-birindən fərqlidir... İlk baxışdan bütün bunlar bahalı olmasa da, yalnız müxtəlif dəftərxana ləvazimatlarına əlli manat xərclənib. Hər şeyə bir yerdə 190 manat lazımdır.vAncaq məsələ bununla məhdudlaşmayacaq - hələ də bir payız gödəkçəsi götürməliyik”.

Valideynlər arasında səthi sorğular belə, göstərir ki, uşağı məktəbə hazırlamaq indiki qiymətlərlə 200-300 manata başa gəlir. Amma bunlar təxmini hesablamalardır, çünki paltar və mallar qiymət və keyfiyyət baxımından çox dəyişir, ailələr isə maddi imkanlarına görə fərqlənirlər. DİA.AZ-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun AYNA-ya dediyinə görə, uşağı məktəbə hazırlamaq üçün minimum xərc 120 manatdır. Qiymətlərin geniş diapazonunu nəzərə alaraq xərclərin yuxarı həddini müəyyən etmək çətindir. AİB hesablayıb ki, ötən illə müqayisədə məktəb ləvazimatları 10-15% bahalaşıb.

Yeni dərs ili köhnə problemlərdən də xali keçmir və hüquq müdafiə təşkilatının telefonuna zənglər dayanmır: “Alıcılar mənə hər gün zəng edirlər. Onların müraciətləri daha çox məktəb malları ilə bağlıdır - söhbət dəftərxana ləvazimatlarının keyfiyyəti və qiymətindən gedir”.

“Ənənəvi olaraq ən çox tənqid və şikayətlər məktəbli forması ilə bağlı olur. Bu il Elm və Təhsil Nazirliyinin səhvi, daha doğrusu, yeni məktəbli geyimlərinin istehsalı və tətbiqi ilə bağlı qurumun dəqiq planının olmaması səbəbindən vəziyyət bir qədər gərginləşib. Tikiş müəssisələri ilə bağlı heç bir aydınlıq yox idi. Amma ölkədə sovet dövründən qalan ixtisaslaşmış fabriklər var”, - deyə Hüseynov bildirib.

“Birincisi, bunlar Bakı Tekstil Fabriki və daha məşhur Bakı Tikiş Evidir (BTE). Düşünürəm ki, birincisi məktəbli geyimlərinin və uşaq ayaqqabılarının istehsalında uzun və zəngin təcrübəyə malik olduğundan məktəbli formalarının kütləvi tikilməsi üçün daha uyğundur. Şirkətin yaxşı bazası var. Lakin bizə məlumat daxil olur ki, Təhsil Nazirliyi BTE-yə lobbiçilik edir və onlar da, görünür, bu işin öhdəsindən gəlmir. Bu, yolverilməzdir, çünki bu, məktəbli geyimlərinin qıtlığına və onların qiymətlərinin artmasına gətirib çıxarır”, - deyə AİB rəhbəri vurğulayıb.

Hüquq müdafiəçisinin fikrincə, bu məsələ yeni tədris ilinin başlanmasına 6 ay qalmış valideyn komitələrinin, Elm və Təhsil Nazirliyi yanında ictimai təşkilatların və mətbuatın iştirakı ilə həll edilməli idi: “Lakin bunu etmədilər, ona görə də məktəbə getməzdən əvvəl biz xaos vəziyyətində olduq. Məktəbli formamız təkcə yerli deyil, xaricdən gətirilir, idxal isə heç də həmişə qəbul olunmuş tələblərə cavab vermir. Başqa problemlər də var. Məktəbli geyimlərinin istehsalında ölkənin regionlarının iqlim xüsusiyyətləri nəzərə alınmalıdır. Respublikanın soyuq bölgələrində yaşayan uşaqlar üçün isti paltar, isti olan yerdə isə daha yüngül geyim lazımdır. Yeri gəlmişkən, nazirliyin əvvəlki qərarı ilə məktəb direktorları tabeliyində olan təhsil müəssisələri üçün forma seçmək səlahiyyəti almışdılar. Bu yanaşmanın nəticə verməməsi, şübhəsiz ki, yaxşı haldır. Əks halda, məktəb rəhbərliyi tekstil sənayemizin korrupsioner elementlərinin təsiri altına düşə bilər”.

“Ayrı bir mövzu məktəb çantalarının keyfiyyəti və qiymətidir. Qiymətlərin diapazonu heyranedicidir - onların qiyməti 15 manatdan 200 manata qədərdir. Bel çantalarının və məktəb ləvazimatlarının keyfiyyəti ilə bağlı çoxlu şikayətlər daxil olur. Məsələn, müştərilər karandaşların həddindən artıq kövrəkliyindən narazıdırlar. Bütün bunlar Standartlaşdırma İnstitutunun fəaliyyətsizliyindən xəbər verir. Malların keyfiyyət standartlarına uyğunluğu yoxlanılmır. Bundan əlavə, tipoqrafik tipli istehsalda qurğuşun da daxil olmaqla metalların bir ərintisindən istifadə edildiyi məlumdur. Buna görə də standartlara uyğunluq həyati əhəmiyyət kəsb edir. Amma məlumatlar var ki, məktəblər üçün digər çap məhsulları keyfiyyətsizdir, yazılar silinir. Bu, aşağı keyfiyyətli çap məhsulunun sübutudur”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda milyonluq dələduzluq: `Mgaks` şirkəti... - NARAZILIQ VAR!


Azərbaycanda “Mgaks şirketi hər kəsə qazandirir” adı ilə yüz minlərlə vətəndaşın etibarından sui-istifadə etmək yolu ilə külli miqdar pul vəsaitini mənimsəməklə “dələduzluq” cinayətinə imza atıb.

DİA.AZ xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına çoxlu sayda şikayətlər daxil olmaqda davam edir.

Belə ki, şikayətçilər qeyd edərək bildirilər ki, 2-3 ay olar ki, biz “Mgaks şirkəti “ tərəfindən aldadılaraq bu şirkətə xeyli miqdar vəsaitlər köçürmüşük. Bu vəsaitlər müxtəlif bank hesablarından ödənildiyi də qeyd edilir..Bir neçə şikayətçi isə qeyd edir ki, Unibank-ın 5243754441421169 nömrəli hesabına 400-500 hətta 4000-5000 manat pul ödəmişik.Əvəzində isə gün ərzində 10-20 hətta 30-40 tapşırıqlar verilirdi ki, müştərilərdə verilən tapşırığı həll edərək cavabları “skrinşot” edərək şirkətə göndərirmişlər.Bu cavablamdan sonra nüxtəlif kart hesablarından da vətəndaşlara ödənişlər edilirmiş.

Hazırda “Mgaks şirkəti” vətəndaşlardan toplamış olduğu vəsaitləri yığaraq aradan çıxıb.Şikayətçilər şirkətlə əlaqə saxlaya bilmirlər.

Məlumat üçün onu da qeyd edək ki, sözügedən şirkət Azərbaycan vətəndaşlarına bildiriblər ki, bu şirkət İngiltərədən idarə olunur.Amma müştərilərə şirkət tərəfindən edilmiş olan ödəmələr ölkə daxilində olan vətəndaşlarımızın kart hesablarından köçürülürmüş.

Sonda redaksiya olaraq inaırıq ki, ölkə vətəndaşlarına qarşı külli miqdar “dələduzluq” etmiş “Mgaks şirkəti” haqqında Dövlət Təhlükəsizlik Xidməti qanunamüvafiq formada arşdırma aprıb bu çetenin yaramaz hərəkətlərini ifşa edəcəkdir.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
General Səfər Mehdiyevin tələbə yoldaşını işdən çıxardı - ƏMR


Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun dünən verdiyi müvafiq əmrlə idarənin rəisi, gömrük xidməti polkovniki Fərhad Fərrux oğlu Babayev öz xahişi ilə vəzifəsindən azad olunub.

Dövlət Gömrük Xidmətinin mətbuat xidməti xəbəri təsdiqləyib.

Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Qaynarinfo

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...