[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir” - Şarl Mişel


“Əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra yaydığı bəyanatda deyib.

“Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”, - deyə Şarl Mişel bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimində iştirak etdi


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimi keçirilib.
Mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
General-polkovnik Z.Həsənov Türkiyədə səfərdə olan digər dövlətlərin nümayəndələri ilə birgə hərbi məktəblərin məzunlarının buraxılış mərasimində iştirak edib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdə yanğın başlayıb


Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Delimitasiya üzrə komissiyanın növbəti iclası noyabrda Brüsseldə KEÇİRİLƏCƏK


Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamları nəzərdən keçirdik.

Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı bəyanatında bildirilib: "Razılığa gəldik ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası noyabrda Brüsseldə keçirilsin".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sülh müqaviləsi üzrə əsaslı işi gücləndirməyə razılaşdıq" - Şarl Mişel


"Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq".

Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin görüşlə bağlı bəyanatında bildirilib: “Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu formatda yenidən görüşməyə razılaşdıq” - Mişel


“Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqların əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”.

Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin görüşlə bağlı bəyanatında bildirilib.

“İctimai mesajlaş bu baxımdan bu, vacibdir - belə həssas bir vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəf tərəfindən dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərhum deputatın qardaşının məsuliyyətdən yayındırılması cəhdləri davam edir - İLGİNC İDDİALAR...


Baş Prokurorluğun yaydığı məlumata görə, 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Yenicag.az xəbər verir ki, ötən həftələr ərzində Elşən Cəbrayılovun hüquqi məsuliyyətdən yayındırılması cəhdlərilə bağlı silsilə şikayətlər işıqlandırılmış, mərhum deputatın qardaşının qanunsuz əməllərinin ört-basdır edilməsi iddiaları səsləndirilmişdi.

Belə ki, Yenicag.az-a açıqlamasında Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin Elşən Cəbrayılova himayədarlıq etdiyini bildirmiş, bütün sənədlərdə Elşən Cəbrayılovun imza və möhürü olmasına baxmayaraq, nədənsə, oxların mərhum deputata yönəldildiyini qeyd etmişdi.

Aidə Cəbrayılova və daha bir neçə şəxs Ceyhun Rzayevin tərtib etdiyi sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması və yenidən ibditadi istintaqa qaytarılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, keçirilən iki iclasda da zərərçəkmişlərin vəsatətləri təmin edilməyib.

Zərərçəkənlərin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun, o cümlədən onun sələfi Sədrəddin Hacıyevin oğullarının müvafiq olaraq Baş KQMBİ-də işləmələri sayəsində Baş Prokurorluqla Binəqədi Rayon Məhkəməsi arasında Elşən Cəbrayılovu hüquqi məsuliyyətdən yayındırmaqla bağlı “saziş” bağlanıb və buna görə də işə obyektiv baxılmır, Elşən Cəbrayılovun “ağlanması” üçün hər cür yola əl atılır.

Zərərçəkənlərin bu sözlərinin fonunda Elşən Cəbrayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilməsi bu iddiaların gerçəkliyinə şübhə yeri qoymur.

Əsas zərəçəkənlər isə hələ də öz hüquqlarının bərpası üçün çalışır.

www.yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qiymətlər yenidən artacaq: Növbəti bahalaşma dalğası gəlir - NƏ ETMƏLİ?


Hazırda dünyada qlobal bahalaşma, xüsusilə ərzaq təhlükəsizliyi ilə bağlı problemlər davam edir.

Məhz bahalaşma yalnız ərzaq deyil, bütün sahələrdə müşahidə olunur. Demək olar ki, hər gün qiymət artımının şahidi oluruq.

Yeni mövsümün gəlişi ilə qiymətlərin daha da artacağı gözlənilir.

Dia.az-ın məlumatın agörə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, hazırda dünyada gedən siyasi proseslər beynəlxalq münasibətlərə və hətta iqtisadiyyata da təsir edir:

“Xüsusilə, Rusiya və Ukrayna arasındakı müharibə qlobal ərzaq tədarükünə və digər sahələrə mənfi təsir göstərir. Belə ki, enerji resurslarının qiymət artımı sənaye istehsalı olan məhsulların da qiymət artımına mənfi təsir göstərir.

Ölkəmizə idxal olunan məhsullarda bu qiymət artımını görürük. Həmçinin, ərzaq məhsullarının da davamlı olaraq qiyməti artır. Ümumiyyətlə, dünyada gedən proseslər göstərir ki, payız aylarında da bahalaşma davam edəcək. Həm kənd təsərrüfatı, həm texnoloji, həm digər ərzaq məhsullarında qiymət yenidən bahalaşacaq.

Hesab edirəm ki, inflyasiya da aratacaq. Çünki biz idxaldan asılı olan ölkəyik. Bunda dünyada gedən proseslərin də öz təsiri var. Ona görə də bahalaşma gözləniləndir"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL-ın bu millətə etdiyi ZÜLM... - Dövlətimiz isə həvəslə susur...


Türkiyəli bloqer İbrahim Hayta özünün “Hayta yollarda” yutub kanalı üçün İrəvandan süjet hazırlayıb. Ermənistanın paytaxtına Antalyadan gəldiyini qeyd edən aparıcı təyyarə biletinə cəmi 50 dollar ödəniş etdiyini qeyd edib.

O bildirib ki, Antalyadan İrəvana təyyarə biletinin qiyməti adətən 60-70 dollar civarında dəyişir. Bir neçə həftə əvvəl alınsa, biletə cəmi 50 dollar ödəniş də kifayət edir.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, türkiyəli bloqerin bilet qiyməti ilə bağlı söylədikləri məlum mövzunu yenidən gündəmə gətirib. Sosial şəbəkənin Azərbaycan seqmentində qeyd olunur ki, qardaş ölkə vətəndaşlarının Türkiyəyə, münasibətləri heç də xoş olmayan Ermənistan vətəndaşları ilə müqayisədə dəfələrlə baha getməsi sual doğurur.

Nəzərə alsaq ki, ölkənin quru sərhədləri bağlıdır, artıq sentyabrdan ölkə xaricində təhsil almağa gedəcək tələbələrin vəziyyəti daha acınacaqlı olacaq. Aviabiletlərin qiymətləri az qala tələbələrin xaricdə təhsil haqlarını da üstələyir. Bəs təxminən eyni məsafəyə Azərbaycandan uçuşların bu qədər yüksək olması necə izah oluna bilər?

Müqayisə üçün AZAL-ın saytında sentyabr ayına olan Antalya-Bakı bilet qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, sözügedən şəhərdən Bakıya AZAL-la ən yaxın uçuş tarixi sentyabrın 11-nədir və qiyməti də 274 dollardır. Bakıdan Antalyaya isə sentyabrın 1-i tarixinə olan ən ucuz təyyarə biletinin qiyməti 457.28 manatdır. Növbəti günlər üçün də təxminən buna yaxın məbləğ təşkil edir.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə isə artıq AZAL-ın bilet qiymətləri heç kimi təəccübləndirmir: “Bu məsələ uzun müddətdir həll olunmur. Həm hava nəqliyyatı sisteminin infrastrukturunu bu qurum idarə edir, həm də hava nəqliyyatı xidmətini təşkil edir, monopoliya formalaşdırıb. Ölkənin hava nəqliyyatı ilə sərnişindaşıma siyasətini, turizm siyasətini məhv edib, ölkənin əlçatanlığını aşağı salıb, dövlət vəsaitlərini qeyri-səmərəli idarə edir. Təəssüf ki, bu günə qədər problemin həlli ilə bağlı təklif edilən beynəlxalq təcrübə, müasir yanaşmalar da nəzərə alınmaqla həllərin heç biri hökumət tərəfindən qəbul olunmur. Artıq insanlar da bundan yorulublar. Çox anlaşılmaz, izaholunmaz, niyə sualının cavabı olmayan vəziyyətdir”.

Ekspertin sözlərinə görə, AZAL-ın bilet qiymətlərinin insanların gəlirləri ilə eyni səviyyəyə düşməsi üçün milli brendi ləğv etmək lazımdır: “Həmişə sadəcə bir fikirlə çıxış edirlər ki, bu, milli brenddir. Məşğul əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə bizə bu qədər bahalı – bəzən 15 dəfəyə, bəzən 48 dəfəyə qədər yüksəyə qalxan milli brend olan şirkət lazımdırmı? İnsanlara xidmət lazımdır, yoxsa brend lazımdır? Hökumət bunu aydınlaşdırmalıdır və buna son verilməlidir. Ən geridəqalmış Orta Asiya ölkələri belə bu yanaşmadan, bu idarətmə modelindən imtina ediblər. Azərbaycan da bundan imtina etməli, bu günə qədər bu sahədə yaradılmış vəziyyətə görə cavabdeh olan hər kəs cəzalanmalıdır. Xaricdə təhsil alanlardan tutmuş, xaricdə səhiyyə xidmətlərindən istifadə edənlərə qədər hər kəs bundan zərər çəkib. İnsanı sağlamlığı ilə, təhsili ilə, sınağa çəkməzlər, amma biz AZAL-ın timsalında bunu görmüşük”.

Qeyd edək ki, bundan əvvəl də İrəvandan İstanbula uçuş qiymətlərinin fonunda Azərbaycan Hava Yollarının qiymət siyasəti kəskin tənqidə səbəb olmuşdu. Lakin dəfələrlə tənqidlərə tuş gələn milli aviadaşıyıcı bununla bağlı verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib.

Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: “Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir”.
AZAL-ın bu millətə etdiyi ZÜLM... - Dövlətimiz isə həvəslə susur...
AZAL-ın bu millətə etdiyi ZÜLM... - Dövlətimiz isə həvəslə susur...

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ