[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər


İndoneziya G20 sammitində Putin və Zelenski arasında görüş keçirməyə hazır olduğunu açıqlayıb.

İndoneziya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında G20 sammiti çərçivəsində görüş keçirməkdə maraqlıdır. Bu barədə respublikanın Moskvadakı səfiri Xose Tavares məlumat verib.

" İndoneziya lideri Coko Vidodo Rusiya Federasiyası və Ukrayna başçılarına çoxdan dəvət göndərib. Əgər onlar Balidə keçiriləcək G20 sammitində iştirak etsələr, o zaman, əlbəttə ki, görüş təşkil etmək imkanı olacaq. İndoneziya artıq hazırdır. Putin və Zelenski gəlsə , biz bunu istərdik”, - o,bildirib.

G20 sammiti noyabrın 15 və 16-da baş tutacaq. İyulun 6-da Rusiya Xarici İşlər Nazirliyi İndoneziyaya Vladimir Putinin G20-də iştirak etmək niyyətində olduğu barədə ilkin məlumat verib. İyulun 9-da Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Zelenskinin G20 sammitində iştirak edə biləcəyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiya-Ukrayna münaqişəsi uzansa gərginlik Balkanlara çata bilər" - Borut Pahor


Rusiya-Ukrayna münaqişəsi gözlənildiyindən daha uzun sürərsə, gərginlik Qərbi Balkanlara da çata bilər.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Sloveniya Prezidenti Borut Pahor türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib, Sloveniya Türkiyənin Rusiya və Ukrayna arasında oynadığı vasitəçilik rolunu təqdir edir. Onun sözlərinə görə, region sülh, sabitlik və əməkdaşlığa layiqdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”


“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov üçün təhlükə yaradıb.
Reportyor.info xatırladır ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin açar fiqurlarından biri hesab edilir. Onun uzun illərdir ki, medianın gündəmindən düşmür. Şirkət rəhbəri haqqında mətbuatda vaxtaşırı materiallar dərc edilib. Həmin materiallarda DGK-dakı fəaliyyətindən tutmuş, şəxsi biznesinə qədər çoxsaylı faktlar yer alıb. Bu faktlardan biri də Əbülfəz Məlikovun ölkəyə palma yağları gətirməsi haqqındadır.
Həmin məlumatarda iddia edilir ki, ölkəyə idxal olunan palma yağları Əbülfəz Məlikovun inhisarındadır. Həmin yağlar vətəndaşlar kərə yağı adı altında satılır. Halbuki bu yağların ümumi adı beynəlxalq bazarlarda “spred” kimi təqdim edilir. Bu çox ucuz və insan orqanizminə zərərli qatqı hesab edilir. Bir neçə il əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata verdiyi açıqlamasında qeyd edib ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: “Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar. Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, “naturalnaya maslo” yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək”.
Bütün bunlara baxmayaraq ölkəyə tonlarla palma yağı gətirilir və maraqlıdır Qida Təhlükəsizliyi Agentliyi bu barədə susur. Bu isə Qoşqar Təhməzovla Əbülfəz Məlikovun arasında hansısa işbirliyinin olmasına şübhələr yaradır. Əbülfəz Məlikovun həbsi ilə bu məsələdəki qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Qoşqar Təhməzov üçün də əsas təhlükə də Əbülfəz Məlikovun palma yağlarının ölkəyə gətirilməsi, satışının təşkil edilməsi və bu zərərli məhsulun Qida Təhlükəsizliyi Agentliyinin hansı səbəbdən diqqətdən kənarda qalması barədə deyəcəkləridir.
Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəfər Rəisoğlunun “beynəlxalq standart”ları və ya Şeyx Nəsrullahın MİSLİ CADUSU...


Xeyli müddətdir vətəndaş təəssübkeşliyindən doğan dərin narahatlıqla bu mövzuya toxunmaq istəyirdim. Təəssüf ki, “Azərlotereya”nın ölkədə yaratdığı labirinti və xalqa kələk gəlməyin “metodologiyası”nı araşdırmaq üçün bu mövzuya indi baş vurmağı məqsədəuyğun hesab etdik. Təbii, bir yazı ilə “Azrlotereya”nın xalqın necə tələyə salmasını şərh etmək çətindir, ona görə də davamlı araşdırmaqlarımızın şahidi olacaqsınız.

Bəli, söhbət “Azərlotereya”nın Azərbaycanda yaratdığı antimilli qumar bazarından gedir.

Əvvəlcə ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti araşdırmağa çalışdım. Maraqlı nüanslar ortaya çıxdı.

Bütün ölkələrdə qanuniləşdirilmiş qumar bazarı mövcuddur. Amma heç bir ölkədə qumar bazarı xalqın genefondunun dağıdılmasına hesablanmayıb, ölkədə sosial partlayışların ilkin “mina”ları kimi təkmilləşdirilməyib. Amma… Azərbaycan istisna! Ölkəmizdə “Azərlotereya”nın bütün fəaliyyət istiqamətləri ailələrdə sosial problemlərin pik həddə çatmasına, xalqın sürətli şəkildə yoxsullaşdırılmasına və gənclərin narkotikdən sonra ikinci bir böyük bir bəla ilə – lotereya” ilə məhv edilməsinə yönəlib. Qumar biznesi milli dəyərləri tapdalayırsa, onun qanuni fəaliyyətinə heç bir halda bəraət qazandırmaq olmaz.

Mənim burada Amerika kəşf etmək fikrim yoxdur.

Zəfər Rəisoğlunun qumar biznesinin uyuşdurucu həbləri…

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlunun ölkə mətbuatına verdiyi müsahibəni oxudum.

Hörmətli Rəisoğlu deyir:

“Hər iki ölkədə (Yəni, Azərbaycan və Türkiyədə) mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük”.

Çox humanist yanaşmadır. Elə deyilmi? Sən demə Hatayda yaşayan bir ərəblə, Trabzondakı bir lazla mənim mentalitetim eyni imiş… Siz öz fikirinizdə qalın, cənab Reisoğlu! Maraqlıdır, niyə Türkiyədən gələn qumarbaz belə məsələlərə milli aspektdən yanaşır, pul qazanmaq ehtirasında belə pafosdan istifadə edir. Amma öz aramızdır, yaxşı ki, “Bir millət, iki dövlət” şüarını səsləndirməyib.

Keçdik digər suala, yəni Rəisoğlunun suala cavabına.

“Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?”

Həmkarımın ona verdiyi pafoslu sualdan ehtirasa gələn cənab Rəisoğlu deyir:

“Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb”.

Azərbaycan öz müstəqilliyini yeni qazananda ən çox eşitdiyimiz söz birləşmələrindən biri də “beynəlxalq standartlar” idi. İnanın, içi mən qarışıq milyonlarla azərbaycanlı həyat tərzimizin bütün istiqamətlərinin “beynəlxalq standartlar”lara uyğunlaşdırılmasını o qədər istəyirdi ki… Demək alındı. Yoxsa, Rəisoğlu Azərbaycan xalqının cibinə girməyin yollarını beynəlxalq standarlara əsasən həyata keçirməzdi. O hansı beynəlxalq standartdır ki, sadə vətəndaşın ailəsinə aparacağı qəpik-quruşu əlindən almağın yollarını öyrədir!? Hətta şans adı ilə insanlarda azar yaradır, asılılıq və nəticədə onsuz da gündəlik dolanışıq üçün çalışan sadə azərbaycanlını daha da bədbaxt günə qoyur. Gəlişi gözəl sözlərlə insanları aldatmaq texnologiyasını mənimsəmiş bu şəxs və ya şəxslər törətdikləri bəlaların həcmini görməməzlikdən gəlirlər. Əvəzində mentalitet bağlarından, insanları şirnikləndirən rəqəmlərdən, uduş məbləğindən istifadə edərək, zamandan yaxşıca yararlanırlar.

Dediklərim bir daha cənab Rəisoğlunun növbəti cavabında öz təsdiqini tapır. Diqqət yetirin:

“Böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir”.

Bəli, doğrudur. İnam hissi artır. Çünki siz “sosial-psixoloji” vəziyyəti yaxşı olmayan minlərlə vətəndaşı dediyiniz beynəlxalq standartlarla – texnologiya ilə torunuza salırsınız. Dediyiniz kimi insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblərdən yararlanırsınız. Yaratdığınız “Poz qazan”, “40.000.000 Pul Yağışı”, “Brilliant -3”, “Uğurlu 7” və sairə oyunlarla maddi vəziyyətinizi zənginləşdirir, əhvalınızı yüksəldirsiniz. Əvəzində isə sadə vətəndaşlar itirdikləri pulların, düşdükləri vəziyyətin əzabını çəkir. Bunun səbəbkarı siz və sizin kimi “beynəlxalq standart”ları vətəndaşa sırıyanlarsınız!

Hesab edirəm ki, hələlik bəsdir. İnsanlıq və heç bir ədalət prinsipinə sığmayan bu “beynəlxalq standart”ların üzərindən oyun quran, qumar olmadığına özünü və vətəndaşları inandıran hər kəs haqq-hesab tərəzisini unutmamalıdır. Dünyanın fırılandığını və atdığınız bumeranqların bir gün özünüzə qayıdacağını da düşünün! “Mentalitet” sözündən isə bir də heç vaxt istifadə etməyin. Bunun sizin “oyun”larınıza aidiyyatı yoxdur.

Sonda isə cənab Zəfər Rəisoğluna və “oyundaşlarına” bir sualım var:

Yaxınlarınızın, sizə əziz olan şəxslərin yaratdığınız bu “beynəlxalq standart”lardan istifadə etməsinə razı olardınızmı?

Ramil Məmmədli
Hərbi-siyasi analitik //pravda.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin əmisi oğlunun əmlaklarını kimlər ələ keçirib?


Akademik Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyev məhkəməyə müraciət edib. O, babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Tərəflər arasındakı mülki çəkişmə bir neçə məhkəmə instansiyasında davam edir.

Son olaraq Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev bildirib ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsi ilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.

Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.

Məhkəmə prosesi hakim Günel Əkbərlinin sədrliyi ilə baş tutub.

Məhkəmə başlayan zaman iddiaçı tərəfin (Riyad Əliyevin) vəkili və nümayəndəsi Gülşən Salmanova məhkəmə prosesinin qapalı keçirilməsini, jurnalistlərin iştirak etməməsini istəyib. Hakim Günel Əkbərli məhkəmə iclasının açıq olduğunu, media nümayəndələrinin isə iştirak edə biləcəyini deyib. Nümayəndə Gülşən Salmanova işdəki kommersiya sirlərini, məhkəmə iclasında səsləndiriləcək ailə və şəxsi həyatla bağlı məsələlərin nəzərə alınaraq prosesin qapalı keçirilməsini məhkəmədən xahiş edib.

Cavabdeh tərəfin vəkilləri isə məhkəmə iclasında media nümayəndələrinin iştirakına etiraz etrmədiklərini deyiblər. Bildiriblər ki, əgər bu işdə kommersiya sirri olduğu qeyd edilirsə, işə kommersiya məhkəməsində baxılmalı idi. Cavabdeh tərəfin vəkilləri əlavə edib ki, iddia etibarnamələrin ləğv edilməsinə etiraz olduğu üçün burada ailə sirrindən və şəxsi məlumatlardan söhbət gedə bilməz.

İddiaçı tərəfin vəkili Gülşən Salmanova məhkəmənin qapalı keçirilməsi istəyi ilə bağlı yazılı vəsatəti məhkəməyə təqdim etmək üçün hakimdən vaxt istəyib. Bu səbəbdən hakim məhkəmə iclasını təxirə salıb.

Qeyd edək ki, prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.

İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə “Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi.

İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb.

Qeyd edək ki, Şahbaz Şahbazov barəsində cinayət işi açılıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tibbi Sığorta Sistemi Naxçıvanda İŞLƏMİR - NARAZILIQ VAR!


Naxçıvanda tibbi sığortadan yararlanmaq istəyənlərə müxtəlif maneələr yaradılır. Məsələn, Kəngərli Rayon Xəstəxanasında həftənin yalnız bir günü sığortadan yararlanmaq mümkündür. Həmin gün isə sığorta üçün cəmi 2 həkim xidmət göstərdiyindən, xəstəxanada uzun növbələr yaranır.
Rayon sakini S. Mahmudov deyir ki, üç həftə ard-arda xəstəxanaya getsə də ona növbə çatmayıb:
"Xroniki xəstəlikdən əziyyət çəkirəm. Ayda ən az iki dəfə müayinədən keçməliyəm. Naxçıvanda xəstəxanaları pullu ediblər, həm də od bahasına. Tibbi sığortadan istifadə etməyə imkan vermirlər ki, xəstəxanalara pul ödəyək. Bizim rayonda həftənin cəmi bir günü sığorta ilə qəbul edirlər. İki həkim Şərur rayonundan gətirirlər, sığorta ilə ancaq onlar baxır. Onlar da 3-4 saat işləyib, çıxıb gedirlər. Uzun növbələr yaranır. Ağır xəstələr məcbur qalıb, ayaq üstə gözləyirlər. 3 həftədir gedirəm, növbə çatmır. Indi məcburam ki, pullu müayinə olunam. Bunun da bir dəfəsi 50-60 manata başa gəlir. 15 manat təkcə xəstəxanaya girişdir. Bir sözlə, Naxçıvanda tibbi sığortanın adı vardır, özü yox".
Culfa xəstəxanası isə, rayon qeydiyyatında olmayan xəstələrə sığortalı xidmət göstərməkdən imtina edirlər. Ordubad rayon sakini B. Abbasov deyir ki, bu yaxınlarda həyat yoldaşını təcili doğuş üçün Culfa Rayon Xəstəxanasına aparıb. Tibbi sığortalar olmasına baxmayaraq, doğuş üçün ondan 350 manat pul alıblar:
"Ordubad rayonunun Culfaya yaxın kəndlərinin birində yaşayırıq. Həyat yoldaşımın doğuş sancısı tutdu, təcili xəstəxanaya çatdırmaq lazım idi. Rayon mərkəzi bizdən çox uzaqdır. Ona görə də, bizə yaxın olan Culfa xəstəxanasına apardıq. Orada dedilər ki, Ordubadın sığortası bizdə keçmir, gərək Culfa qeydiyyatında olasız. Məcbur olub, 350 manatı verdik. Bu necə tibbi sığortadı ki, qonşu rayonda belə, onu qəbul etmirlər. Hər addımda milləti soyurlar". //gundelik naxçıvan//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kontakt Home”da FİLM kimi OLAY – Alıcı başqasının məhsuluna görə pul ÖDƏYİR və CƏRİMƏLƏNİR

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlərin sayı bitib-tükənmək bilmir. Aldıqları məhsula görə müxtəlif problemlərlə üzləşən müştərilər mağaza filiallarının əlində girinc vəziyyətdə qalıblar. Nə keyfiyyətli məhsul sahibi ola bilirlər, nə də onlara sırınan yararsız məhsulu geri qaytara bilirlər. Üstəlik onlara aid olmayan məhsula görə haqsız yerə pul da ödəyirlər.

Bu dəfə “Kontakt Home” mağazalar şəbəkəsindən Nizami rayon sakini Aygün Ələsgərova şikayətçidir.

İstehlakçının sözlərinə görə sözügedən şirkət başına olmazın müsibətlər gətirib. Haqlı səsini isə heç bir aidiyyəti qurum eşitmək istəmir.

Aygün Ələsgərovanın sözlərinə görə 10.01.2020 ci il tarixdə “Kontakt Home” dükanlar şəbəkəsinin “Xalqlar dostluğu” metrosu yaxınlığında yerləşən Q.Qarayev prospekti 125B filalından kreditə dəyəri 1576 AZN-ə olan soyuducu alıb. Aylıq ödənişi 87 manat 60 qəpik olmaqla kredit müqaviləsi bağlanıb. Bir həftə sonra soyuducunu evə gətirsələr də qüsurlu və yararsız olduğu üçün heç 7 gün belə işlədə bilməyib.

Bu azmış kimi 2 ildən sonra şirkət tərəfindən məhkəməyə verilib. Həm ona aid olmayan soyuducunun tam pulu tələb olunub, həm də guya məhsula ziyan verdiyi üçün 700 AZN cərimələnib:

“Soyuducunu evə gətirəndə tapşırdılar ki, şəbəkəyə qoşmaq olmaz. Mən də 4 gün sonra qoşdum. Qoşan kimi soyducudan yüksək səs gəldi. Təzə olduğunu fikirləşərək 3 gün gözlədim, səs kəsmədi. Soyducunu şəbəkədən ayırdım və problem barədə dükana bildirərək, geri qaytarmaq istədiyimi dedim. Çoxsaylı zəng və tələblərimdən sonra 27.01.2020-ci il tarixdə “Kontakt Home”dan usta göndərildi. Soyuducunu şəbəkəyə qoşub səsə qulaq asdılar. Təzə çıxan “Samsung” soyuducular belədir. Biz bir şey edə bilmərik”, deyib getdilər. Soyuducu yüksək səslə işləməyə davam edirdi. Səsdən bezib, şəbəkədən ayırdım və üstünü örtdüm”.

Şikayətçi qeyd edib ki, 11.02.2020-ci il tarixdə “Kontakt Home”nin əməkdaşları malı diqqətlə yoxlayıb salamat geri götürdükləri barədə 5427 sayli “Təhvil-Təslim” aktı veriblər:

“Ustalardan soruşdum ki, indi mən nə etməliyəm. “Dükana gedin və müqaviləni akt əsasında ləğv etdir”. Səhəri gün 12.02.2020-ci il tarıxdə dükana gedib satıcıya aktı göstərdim. Satıcı kompüterə baxıb onlara bu barədə məlumat gəlmədiyini, gözləməli olduğumu və mənə zəng gələcəyini bildirdi. Başqa krediti ödəmək üçün hər dəfə dükana gedəndə, “bəs soyuducunun kreditini ödəmirsiz?” Mən isə “akti rəhbərinizə göstərin, müqaviləni ləğv etsin” deyə tələb edirdim. “Baş üstə” deyib, məni yola verirdilər. Ağlıma da gəlməzdi ki, olmayan mal ücün mənə borc yazırlar.

Nəhayət 23.08.2021-ci ildə poçtdan mənə rəsmi məktub gəldi ki, “Kontakt Home” məni 700 AZN cərimə edib. Dərhal dükana gedib səbəbi ilə maraqlandım. “Sistemdə görünür, bizlik bir şey yoxdu”, deyə bildirdilər və “Kontakt Home”un hüquq şöbəsinə yönəldildim. Akta baxıldı və mənə bildirildi ki, guya şirkət soyuducunu geri götürəndə cızıq aşkar edib. “O zaman məndən təhvil alınanda aktda niyə cızıq olunduğu qeyd edilməyib” deyə soruşdum. Anladım ki, haqsız yerə məndən pul qoparmaq ücün atılmış böhtandır.

Soyuducunun göstərilməsini tələb etdim. Satıldığı bildirildi və tələb olundu ki, 700 AZN borcu ödəməliyəm. Hətta yan otaqda əyləşən bir şəxs öz kartının şəklini göndərib, “bura ödə” dedi. 100 AZN ödədim (qəbz saxlanılır), amma bu pulun hara getdiyini bilmədim. Anlamıram ki, mənim olmayan, qaytarılan və satılan soyuducunun pulunu niyə ödəyirəm?”

İstehlakçı vurğulayıb ki, 3 aylıq başqa ölkəyə getməli olub. 30.09.2021-ci il tarixdə “Kontakt Home”nin hüquqşünası növbəti dəfə ona zəng edərək borcunu ödəməsini tələb edib. Vəziyyəti hüquqşünasa dəfələrlə izah etsə də heç nə dəyişməyib.

Aygün Ələsgərova problemi ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Xidmət rəisi Məmməd Abbasbəylinin imzasıyla ona 05.01.2022-ci il tarıxli cavab məktubu gəlib.

Hansı ki, dövlət qurumu “Kontakt Home”nin tələbini təsdiqləyib. İstehlakçı bu qərarın haqsız olduğunu iddia edir:

“Dövlət qurumu bu böhtanı necə təsdiqləyə bilir? Axı hər şeyi sübut edəcək sənədlər və faktlar təqdim etmişəm. Deyirlər, bu şəbəkənin sahibi deputat Elnur Allahverdiyevdir. Baxın, Milli Məclisin üzvü xalqa belə xidmət edir!”, deyə şikayətçi əlavə edib.

Qeyd edək ki, çarəsi kəsilən şikayətçi həm də hüquqlarının bərpası üçün Azad İstehlakçılar Birliyinə müraciət edib.

Məsələ ilə bağlı “Kontakt Home”a müraciət etsək də, zənglərimizə cavab verən olmayıb. Şirkətin mövqeyini də dərc etməyə hazırıq.
Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR


Redaksiyaya daxil olan məlumatlara görə, Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri də, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.Söhbət müəssisənin yerləşdiyi binanın damından içəri yağış sularının axıb-axmamağından getmir.Sadəcə olaraq, məsələ bundadır ki, təxminən bir il bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi vəzifəsindən azad olunandan sonra, oraya təyin olunan baş həkim tərəfindən “yeni qanunların tətbiqi”nə narazılıqların səngiməməsidir. DİA.AZ-ın məlumatına görə, orada həkimlər əmin idilər ki,yeni təyin olunacaq baş həkim ideal olmasa belə,yəqin keçmiş baş həkim qədər olar.O cümlədən heç kimin ağlına gəlməzdi ki,Respublika Dəri-Zöhrəvi Mərkəzinə heç kim yox,TƏBİB tərəfindən məhz Müşfiq Zeynalov baş həkim təyin olunar.

Qaldı, Müşfiq həkimə o, isə ən qısa zamanda hər kəsə sübut etdi ki,sakit abu-havanı,yaxşı münasibətləri,pisə dəyişmək olar. Yəni yarıtmaz idarəçilik nəticəsində həkimlər Prezident Adminstrasiyasına,TƏBİB rəhbərliyinə şikayət edə bilərlər.Elə də oldu,bu şikayətlər səbəbindən TƏBİB orada iki dəfə yoxlama apardı.

Oradan şikayətlərə gəlincə ona görə edildi ki, tibb müəssisəsində həkimlərə aylıq pul yığımları tətbiq edildi.Bunu qəbul etməyənlər şikayət etməyə başladı.Narazılıqlar o həddə qədər yüksəldi ki,zamanla Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım da Muşviq Zeynalovdan şikayət etdi.Həmin arada Müşfiq Zeynalov isə orada qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi,65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb,peşəkar həkimləri oradan uzaqlaşdırırdı.

RESPUBİLKA DƏRİ-ZÖHRƏVİ MƏRKƏZİNDƏ VƏZİYYƏT İNDİ NECƏDİR?

Təsadüfi deyil ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki,mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir,gəlmək belə istəmir.Çünkü TƏBİB-də olan himayədarlarına güvənərək bildiyi qanun pozintilarına davamlı yer verir. Daxil olan məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Daha fikirləşən yoxdur ki,zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir ki, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir.Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olurlar.

Ən son məlumatda bildirilir ki,çoxsaylı şikayətlər baş həkim Müşfiq Zeynalovun aqressiv fəaliyyətini bir qədər səngidib. Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev,Baş həkimin müavini Sevil Yusifova,onlardan da ötsə kadrlar şöbəsinin müdiri Nuridə Almazova icra edirlər. Həm də necə icra edirlər...

Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovun “əməllərinə” gəlincə hələ ki,TƏBİB rəhbərliyi hansısa səbəbdən göz yummaq məcburiyyətindədir.Əks təqdirdə baş həkim 65 yaşlı peşəkar həkimləri “çölə atıb” nədən 73 yaşlı təqaüdçü Kamil Mustafayevlə işləyər ki?(Ortada dəhliz boyu gəzişən, Kamil doktorla guya müqavilə əsasında işlənilir. Onun vəzifəsi də konsultatdır.)Bəs,orada Fuad Əfəndiyev kimi savadlı həkim niyə incidilir? Uşağı xəstə olan,bu çətin dövürdə ailə saxlayan Fuad doktora Müşfiq Zeynalov nə verib ki,ala bilmir?!TƏBİB rəhbərliyi nə vaxta kimi bu tip intiriqa “yuvalarını” himayə edəcək?

Dəri-Zöhrəvi Mərkəzinə TƏBİB-in xətti ilə dərman verilir.Dərman verilirsə,Müşfiq Zeynalovun marağı nədir ki,müqavilə bağlayıb dərman almaq üçün firma axtarır və ya seçir?!

Yəni bu kimi halların nə səbəbdən qaynaqlandığını oradakı həkimlər,ictimaiyyət bilirsə- həqiqətənmi TƏBİB rəhbərliyi bilmir? Hərçənd hamı bilir axı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə dava-dərman TƏBİB tərəfindən verilir və bu dərmanlar xəstəxananın aptek müdiri tərəfindən qəbul edilir.Orada vəziyyət necədir,aptek müdiri işindən narazı deyil ki,bu tip suallara təbii TƏBİB rəhbərliyi tərəfindən aydınlıq gətirilməsi başqa mövzudur.

Ümumiyyətlə verilən bahalı dərmanlarla xəstələr təmin edilirmi? Respublika Dəri-Zöhrəvi Mərkəzində hər ayın axırında bir sıra həkimlər “sıxma-boğmaya “ salınarkən, nə səbəbə ər-arvad,bacı-qardaş,ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir,kimi ümdə suallara aydınlıq gətirilməyən xəstəxanadır Respublika Dəri-Zöhrəvi Mərkəzi hələ ki.Yəni,daxili nizamnamə yol verirmi ,bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!

O cümlədən,meyyar nədir ki, qeydiyyat şöbəsi imkanlı xəstələri Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalova yönləndirir,o da ya özü müalicə edir, ya da xəstələri istədiyi həkimə yönləndirir? NƏDƏN ???

Həqiqətənmi,TƏBİB rəhbərliyi düşünür ki,bu kimi hallar xəstəxanada narazılıqlarla müşayyət olunmur? Və ya hər ay 300-500 manat pul verib əlahəzrətin “qılıncının” altından keçənlərin məqbul,verməyib “qeyri-məqbul” qiymət alanlardan TƏBİB rəhbərliyinin xəbəri yoxdur? Bu tip suallar qutarası deyil,o vaxta kimi ki,TƏBİB rəhbərliyi tərəf tutmayıb,tərəfsiz qalacaq...

Belə görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə hansısa bir irəliləyişə nail olmaq hələ bir müddət də mümkün olmayacaq. Bu səbəbdən də ölkədə dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər, yaxşısı budur ki, bir müddət türkəçarə mütəxəsisslərinə müraciət etsinlər.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ