[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Londondakı səfirliyimiz radikalların hücumuna məruz qaldı - Video


Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Polis əməliyyat keçirir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başladı


Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak etmək üçün qeydiyyat avqustun 11-dək davam edəcək.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL vətəndaşlara xəbərdarlıq etdi


“Azərbaycan Hava Yolları” QSC qurumun adından saxta məlumatların yayılması ilə bağlı vətəndaşlara müraciət edib.

“Qafqazinfo” AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin məlumatlar vətəndaşlara poçt vasitəsilə ötürülür: “Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır. Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür. AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır. AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.

Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur. AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur”.

Qurumun açıqlamasında qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

AZAL vətəndaşlara xəbərdarlıq etdi

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Toplantıya çağırılan erməni hərbçi ÖLDÜ


Ermənistan Müdafiə Qüvvələrinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının iştirakçısı Atom Razmiki Harutyunyan (1978-ci il təvəllüdlü) avqustun 3-dən 4-nə keçən gecə yuxuda qəflətən dünyasını dəyişib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçinin ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI


Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin yaxın qohumları işdən çıxarılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə "Azərterminalkompleks" İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yerləşən özəl məktəblərdə TƏHSİL HAQQI nə qədərdir? - ARAŞDIRMA


Azərbaycanda dövlət məktəbləri ilə yanaşı kifayət sayda özəl təhsil ocaqları da fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuzdur. Ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə isə illik təhsil haqqı müəssisənin reytinqinə görə dəyişir.

Amma bu məktəblərə müraciət edənlər də az deyil.

Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500-16 min manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5000 -16 min manat arasındadır. Əlbəttə ki, bu məktəblərdə təhsil hər kəs üçün əlçatan və əlverişli deyil.

Təhsil haqqına məktəbli forması, nəqliyyat xidməti, naharı da əlavə etsək, bir uşağın xərcinin nə qədər yüksək məbləğə başa gələcəyini təsəvvür etmək çətindir. Bəzi məktəblər isə qiymətindən asılı olaraq şagirdlərin qıdalanmasını və məşğuliyyət saatlarını özləri təmin edir. Bununla bərabər faktiki olaraq özəl məktəblərdə 11 illik təhsili bitirmək üçün valideyn təxminən 50000 - 100 000 min manata başa gəlir ki, bu pula mənzil sahibi olmaq olar.

Məsələ burasındadır ki, özəl məktəblərdə təhsil haqqının baha olmasının bir səbəbi də məktəb binalarının illik icarə haqlarının 500 min manatdan yuxarı olmasıdır.

Bizim.Media özəl məktəblərdəki qiymətlərlə bağlı araşdırma aparıb:

Ən bahalı məktəb Bakının Yasamal rayonunda yerləşən “Azərbaycan Beynəlxalq Məktəbi” (TİSA)-dir. İllik təhsil haqqı və qeydiyyat 31 690$+500$ (56 100 manat)-dır. Tədris yalniz ingilis dilində aparılır.

Dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Qiymətə yalnız dərnəklər daxildir. Digər xərclər və qidalanma əlavə ödənişlidir.

“Müasir İnnovasiyalar Liseyi”ndə illik təhsil haqqı 6 000-7 000 manatdır. Lisey Xətai rayonunda yerləşir. Tədris 3 dildə aparılır. Şagirdlər 09:00-dan 17:00-a kimi liseyin daxilində olurlar. Qiymətə gündə 1 dəfə qidalanma və dərnəklər daxildir.

Nərimanov rayonunda yerləşən “Erudit” liseyində təhsil haqqı 9 ay üçün 5 000 manatdır. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Uşaqlar səhər 09:00-dan axşam 18:00-a kimi liseydə olurlar. Şagirdlər gündə 2 dəfə qida ilə təmin olunurlar. Dərnəklər, qidalanma və dərsliklər qiymətə daxildir.

“Qərb Universitetinin Məktəbi” – İllik təhsil haqqı 4 300 manatdır. Məktəb şagirdləri nəqliyyat xidmətindən istifadə edərlərsə, illik 5 100 manat ödəməlidirlər.

“Evrika” liseyində təhsil 8 000-9 000 manatdır. Əlavə olaraq 500 manat dərsliklər üçün və 100 manat ekskursiya pulu tələb olunur. Tədris 3 dildə aparılır. Şagirdlərə gündə 2 dəfə (səhər və günorta) yemək verilir. Dərnəklər və dərsliklər qiymətə daxildir.

“Bakı Oksford Məktəbi”ndə məktəbəqədər hazırlıq mərhələsinin illik təhsil haqqı 7 500 AZN, ibtidai məktəbdə 15 500 AZN, tam-orta məktəbdə də ( 6-11/12-ci sinif) 15 500 AZN-dir. Tədris yalnız ingilis dilində aparılır. Şagirdlərin dərs saatı səhər 09:00-dan 14:45-ə kimidir. Qiymətə gündə 2 dəfə qidalanma, dərnəklər və məktəb forması daxildir.

“Müasir Təhsil Kompleksi”ndə tədris 3 dildə aparılır. Təhsil haqqı 16 000 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, dərsliklər və 3 dərnək daxildir. Dərslər 08:30-dan 15:00 kimidir.

“Bakı Fransız Liseyi” Bakının Xətai rayonunda yerləşir. Tədris yalnız fransız dilində aparılır. Şagirdlərin dərs saatı 08:30-dan 15:00-a kimidir. Təhsil haqqı 15 000 – 19 000 manatdır.

Kompleksdə illik təhsil haqqı Azərbaycan vətəndaşları üçün bağça 8 000 AZN, ibtidai məktəb 15 000 AZN, Kollec və Lisey 16 100 AZN, 1-12-ci siniflər 19 000 AZN-dir. Xarici vətəndaşlar üçün bağça 4 550 avro, ibtidai məktəb 8 500 avro, kollec və lisey 9 150 avro, 11-12-ci siniflər 9 950 avrodur. İlkin qeydiyyat haqqı 600 AZN-dir. Yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir.

Təkrar qeydiyyat haqqı (ötən ilin şagirdləri üçün) 200 AZN-dir və bu ödənişlər geri qaytarılmır. Həmçinin, kitab və dərs ləvazimatlarının xərci də təhsil haqqına daxil deyil. Qiymətlərə yalnız 1 dəfə qidalanma daxildir.

“SABIS® SUN International School” Hövsanda yerləşir. İbtidai təhsil üzrə illik təhsil haqqı 11 500 AZN, orta təhsil üzrə isə 11 900 AZN təşkil edir. Əlavə 1 000 manat transfer pulu götürülür.

Qiymətə gündə 2 dəfə qidalanma daxildir. Məktəb forması və dərnəklər üçün əlavə ödəniş olunmalıdır. Şagirdlərin dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Bu məktəbdə təhsil ingilis dilində aparılır.

“Landau School”da tədris 3 dildə aparılır. İllik təhsil haqqı 5 600-8 000 manat arası dəyişir. Şagirdlər 08:40-dan 14:00-a kimi liseydə olurlar. Qida və dərnəklər qiymətə daxil deyil.

“Kaspi” liseyində təhsil haqqı 6 400-8 400 manat arası dəyişir. Qiymətə gündə 1 dəfə qidalanma, məktəb forması və 2 dərnək daxildir. Dərs saatı 08:30-dan 16:00-a kimidir. “Kaspi” liseyi – qiymətlərin dəyişməsi müəssisənin yerləşdiyi filialdan, bölmədən, sinifdən asılıdır.

Belə ki, Bakıxanov filialında Azərbaycan bölməsi I-IV siniflər 6 400 AZN, V-IX 6 900 AZN, X-XI 5 500 AZN, Ağ şəhər filialında isə Azərbaycan bölməsi I-IV siniflər 6 900 AZN, V-IX siniflər 7 400 AZN, X-XI siniflər 6 000 AZN, rus bölməsi I-IV siniflər 7 900 AZN, V-IX siniflər isə 8 400 AZN-dir.

Xəzər Universitetinin “Dünya məktəbi” – Burada qiymətlər Azərbaycan, rus və ingilis bölməsindən, siniflərdən asılı olaraq dəyişir. Belə ki, Azərbaycan və rus bölmələri üçün 1-8-ci siniflər üzrə 8 000 AZN, 9-11-ci siniflər üzrə 8 500 AZN, ingilis dili bölməsi üçün 1-4-cü siniflər üzrə 9 500 AZN, 5-9-cu siniflər üzrə 11 000 AZN müəyyən edilib.

İB Diplom Proqramı X-XI siniflər dünya məktəbinin şagirdləri üçün 12 000 AZN, digər məktəbin şagirdləri üçün isə 14 000 AZN-dir. Bundan əlavə məktəbdə alman və çin dilləri də öyrədilir.

“İdrak” liseyində təhsil 3 dildə aparılır. İllik təhsil haqqı 8 000 manatdan başlayır. Qiymətə 2 dəfə qidalanma, 3 dərnək daxildir. Dərs saatı 08:30-dan 16:00-a kimidir.

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”dir. İllik təhsil haqqı 8 000-13 000 manat arasında dəyişir. Azərbaycan bölməsi 8 000 AZN, rus bölməsi 10 000 AZN, ingilis bölməsi 12 000 AZN. Qiymətə 3 dildə tədris, 3 dəfə qidalanma, 1 dəst məktəbli forması, dərsliklər, dərnəklər və ekskursiyalar daxildir. Dərs vaxtı 08:30-dan 16:00-a qədərdir.

“Avropa Azərbaycan Məktəbi” Bakının Yasamal rayonunda yerləşir. Burada tədris yalnız ingilis dilində aparılır və əlavə olaraq şagirdlərə 5 dil keçirilir. İllik təhsil haqqı 9 550 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, məktəbli forması və dərnəklər daxildir. Dərs saat 08:30-dan 16:00-a kimidir.

“Hədəf” liseyində təhsil haqqı 6 300 – 7 200 manat təşkil edir. Qiymətə gündə 2 dəfə qidalanma, 1 dəfə meyvə saatı və 2 dərnək daxildir. Şagirdlər 8:30-dan 16:00-a kimi liseyin daxilində olurlar.

“Bakı Britaniya Məktəbi”ndə illik təhsil haqqı 12 000-14 000 manat təşkil edir. Qiymətə qidalanma, forma və dərnəklər daxildir. Dərslər səhər saat 08:30-dan 15:00-a kimi aparılır. Azərbaycan Britaniya Kolleci (ABC – Azərbaijan British College) – Burada qiymətlər təhsil səviyyəsindən asılı olaraq dəyişir: “Primary” – 15 400 AZN, “Secondary” – 16 400 AZN, “A-level” – 16 500 AZN-dir.

“Oxbridge Academy” məktəbində təhsil 6 500$ (11 050 manat)-dır. Qiymətə yalnız təhsil daxildir. Məktəbin daxilində gündə 1 dəfə nahar saatı olur və bunun üçün əlavə ödəniş tələb olunur. Forma və əlavə olan bütün xərclər qiymətə daxil deyil.

Dərs zamanı səhər 09:00-dan 15:00-a qədərdir. Onu da bildirək ki, sözügedən təhsil ocağında 1-6 siniflərdə təhsil haqqı 6 500, 7-9 siniflərdə 7 800, 10-11 siniflərdə, 9100, 12-13-cü siniflərdə isə 11 700 dollardır.

“Bakı Modern Təhsil Kompleksi”ndə illik təhsil haqqı 12 000 manatdan başlayır. Burada gündə 3 dəfə qidalanma, dərnəklər, dərsliklər qiymətə daxildir. Təhsil səhər saat 09:00-dan 17:15-ə kimi aparılır. Ev tapşırıqlarının hər biri məktəbdə həll olunur. Əlavə olaraq aylıq 100 manat transfer xidmətidir.

Azərbaycanda fəaliyyət göstərən türk liseyləri:

“Türkiyə Dəyanət Vəqfi” liseyi odənişsizdir. Dərs saatları 09:00-dan 15:00-a kimidir.

“Bakı Türk Anatoliya” məktəbi yalnız türk vətəndaşlarını qəbul edir.

“Bakı Atatürk liseyi”ndə təhsil haqqı 3 500 manatdır. Tədris Azərbaycan və türk dilində aparılır. Dərs saatı günorta 13:40-dan axşam 17:30-a qədərdir. Qiymətə qida və digər xərclər daxil deyil.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərin təhsil haqqı xərcləri dünyanın ödənişli təhsil ocaqları ilə müqayisədə qat-qat çoxdur.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`MURAD` otel işlədən RƏHİMOV DA GEDİR... - MURADINA ÇATACAQ NƏHAYƏTDƏ...


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun vəzifəsi ilə vidalaşacağı xəbəri indilərdə redaksiyamıza daxil olub.

DİA.AZ bildirir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, xidmətdə aparılan son yoxlamaların nəticəsi olaraq, Arzu Rəhimovun fəaliyyətində arzuolunmaz hallar və vəzifə səhlənkarlığı aşkarlanıb. Rayon şöbələrində müharibə vaxtı çoxlu ordudan yayınma hallarına yol verilib. Səbail, Nərimanov, Binəqədi, Gədəbəy, Zəngilan, Nəsimi, Xətai rayonlarında ciddi nöqsanların aşkarlandığı söylənilir.

Hətta, Arzu Rəhimov yaşadığı binada qonşu olduğu şəxsləri rayonlara hərbi komissar vəzifəsinə təyin edib.

Xatırladaq ki, mətbuatda Arzu Rəhimov Ramiz Mehdiyevin bağ qonşusu, Ramiz Mehdiyevin kadrı kimi, Qaradağda yerləşən və oğlu Muradın adını daşıyan "Murad" otellə məşhurlaşıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ədalət Həsənovun ədalətsizliyi... - NARAZILIQ VAR!


Şikayətçimiz Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanovdur. Şikayəti isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənovun ədalətsizliyindən və onun əməkdaşlarının məqsədyönlü şəkildə etinasız münasibətindəndir.

Hadisənin tarixçəsi...

Zeyqəm Süleymanovun sözlərinə görə 12 avqust 2020-ci il axşam saat 8-9 radələrində gözləmədikləri halda yaşadıqları evə gəlininin anası, dayısı, dayısı arvadı və anasının dayısı oğlu basqın edərcəsinə gəliblər.

Oğlan uşağına 7-8 aylıq hamilə olan gəlinini və 1 yaş 3 aylıq qız nəvəsini heç bir əsas olmadan, müxtəlif böhtan (qızları daha bu evdə yaşaya bilməzmiş, biz onu ailəlikcə incidirmişik, əri onu döyürmüş, atasını söyürmüş) və digər bəhanələrlə yaşadıqları evdən aparıblar.

Gedərkən gəlin bütün əşya-geyim və sənədləri götürərək həm ərinin, həm də onun ailə üzvlərinin telefonlarını bloklayıb.

Avqustun 12-dən 13-nə keçən gecə gəlində dölyanı suyun axması baş verib və o yalnız gündüz saat 10-12 radələrində Respublika Kliniki Xəstəxanasının doğum və “Şüa-Diaqnostika” şöbələrinə müraciət edib.

Həkimlər tərəfindən özü və bətnindəki uşaq müayinə olunub. Müayinə protokolunda, ana bətnindəki uşağın inkişafının hamiləliyin müddətinə uyğun olaraq görünüb və uşağın həyati təhlükəsi olmayıb.

Ultrasəs müayinəsində uşağın ürək döyüntüləri, beyni, inkişafı, təxmini çəkisinin normal olduğu, yalnız dölyanı suyun azaldığı müşahidə edilib. Amma su şəffaf olub, yəni o dövrdə infeksiyalaşma hələ baş verməyib.

Bununla belə, dölyanı su açıldığına görə anaya yataq şəraitində müalicə olunması tövsiyyə olunub (bunu gəlin müstəntiqə verdiyi izahatında da qeyd edib), stasionar müalicədən imtina edən gəlinə müvafiq müalicə yazılıb.

Müalicə nəticəsində dölyanı suyun axması kəsilməsə də, gəlin bu barədə həkimə məlumat verməyib və suyun axması davam edə-edə dayısı evində həkim nəzarəti olmadan qalıb.

Avqustun 19-da gecə saat 8-9 radələrində gəlində uşaqlıq qanaması baş verib və o səhlənkarlıq edərək yalnız saat 23:37-də müalicəni təyin etmiş həkimə zəng vurub, qanaması olduğunu bildirib (araşdırma sənədləri arasında bunların sübutu var).

Beləliklə avqustun 20-də saat 00:55-də 32 həftəlik oğlan uşağı cərrahi müdaxilə ilə doğulub və doğularkən koma vəziyyətində olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Avqustun 21-də icra olunmuş neyrosonoqrafiya müayinəsi zamanı “Uşaqda beyin şırımı və beyin qırışları aydın görünmür, periventrikulyar ödem və qansızma I dərəcə izlənir. Abdominal müayinə zamanı hər iki böyrəklər normaldır, öd kisəsi möhtəviyyatı qatılaşmış izləndi”- diaqnozu verilib.

Baş verən bütün bu hadisələr uşağın atasından və onun həkimlərdən ibarət olan ailədən 34 saat ərzində gizlədilib. Reanimasiya şöbələrinin həkimlərinin bütün səylərinə baxmayaraq uşaq 9 gün sonra xəstəxanada ölüb.

Acınacaqlı fakt və tərəflər...

Ortada acınacaqlı bir fakt var...Bu məsum bir körpənin ölüm faktıdır. Tərəflər də var. Birinci tərəf hər cür qayğı ilə əhatə olunmuş və bətnində sağlam uşaq daşıyan, lakin mənasız bir kaprizə görə ər evindən getmək istəyən ana, ikinci tərəf hamilə qadını israr və təkidlə ər evindən aparanlar, üçüncü tərəf isə məsum uşağın həyatı uğrunda mübarizə aparan həkimlərdir.

Zeyqəm Süleymanovun iddiasına görə bu acınacaqlı faktın, yəni məsum uşağın ölümünə bilərəkdən və ya bilməyərək səbəbiyyət verənlər bu tərəflərdən biridir:

“Çünki uşaq ata evində ikən sağlam olub. Bunu ertəsi gün həyata keçirilən müayinələr sübut edir. Deməli məsum körpənin ölümünün səbəbkarını qarşı tərəflər arasında axtarmaq lazımdır, burada başqa bir ehtimal yoxdur”.

Səbəbkar axtarışı və müraciət olunmuş qurum...

Zeyqəm Süleymanov nəvəsinin ölümünün səbəbkarı kimdir sualına cavab tapmaq üçün Yasamal Rayon Prokurorluğuna müraciət edib. İlk müraciət 2020-ci ilin sentyabr ayının 3-də, uşaq ölümündən cəmi bir neçə gün sonra olunub. İlk müraciət heç bir nəticə verməyib.

Şikayətçiyə uzun-uzadı izah olunub ki, ölkəmizdə komatoz vəziyyətdə doğulan və sonra ölən uşaq üçün ananı məsuliyyətə cəlb etmək praktikası və uyğun qanun maddəsi yoxdur.

Yasamal Rayon Prokurorluğuna 2021-ci ilin noyabr ayında ikinci müraciət olunub. Bundan sonra hadisə daha ciddi şəkildə araşdırılmağa başlanılıb və iş materialları rəy üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Cavab olaraq 28.03.2022-ci il tarixli KEŞ 130 nömrəli ekspert rəyində göstərilib ki, həkimlər tərəfindən qoyulmuş “Erkən doğulmuş uşaq, Tənəffüs pozulması sindromu, Periventrikulyar ödem, Qansızma və Bətndaxili infeksiya” diaqnozları düzgün qoyulub və yenidoğulmuş uşağa göstərilən tibbi yardımlar onun vəziyyətinə uyğun olub.

Verilmiş bu rəyə əsaslanan müstəntiq 31 mart 2022-ci il tarixli qərarı ilə 36-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlamasını rədd edib.

Bu sualın cavabı niyə gizlədilir?

Şikayətçi israrla cavab almaq istədiyi sualın cavabının ortada olmadığını vurğulayıb:

“İlk baxışda hər şey məntiqi görünür, lakin gözdən qaçıbmı, əhəmiyyətmi verilməyib, yoxsa bilərəkdənmi toxunulmayıb o suala? Necə olub ki, avqustun 13-də normal vəziyyətdə olan və həyati təhlükəsi olmayan 31 həftəlik döl bir həftə ərzində ana bətnində komatoz vəziyyətə düşüb? Həkim günahı yoxdursa, kimdir günahkar sualının cavabı niyə yoxdur? Həm də bu sualın cavabını tanınmış alim-həkim tələb edirsə, niyə görməzlikdən gəlinir? Bu bir təsadüfdürmü?”

Prokurorluq qarşısında qoyduğu sualların cavabını ala bilməyən Zeyqəm Süleymanov ekspertlərə məsuliyyət daşıdıqlarını yazılı şəkildə xatırladaraq çətinliklə də olsa işin təkrar ekspertizaya göndərilməsinə nail olub və bu dəfə ekspertlər qarşısında qoyulan sualları müstəntiq daha peşəkarcasına 5 qrup şəklində tərtib edib.

“Məhkəmə icraçılarına təsir edən əl var...”

Şikayətçi qeyd edib ki, ekspertlər Cavid Cahangirli, Minurə Kazımova və Aynur Fərzəliyevanın imzası ilə ona 2022-ci il iyulun 4-də gəlinmiş 5 bənddən ibarət nəticə təqdim edilib:

“Bütün məsələlərə aydınlıq gətirilib. Yalnız 13.08.2020-ci il tarixindən sonra dölyanı suyun axmağa davam etməsinə baxmayaraq həkimə getməmək və ona hətta xəbər verməmək, (hüquqi dildə - hərəkətsizlik) həmçinin 19.08.2020-ci il tarixində saat 21 radələrində başlayan qanama ilə həkimə gec müraciət etməklə (23:37) uşağın komatoz vəziyyətdə doğulması arasında səbəbli əlaqə vardırmı?” sualı yenə cavabsız qalıb.

Bu yenə də təsdüfdürmü? Xeyr! Hadisənin davamı göstərir ki, ortada ekspertlərə, Lənkəran Qəyyumluq və himayəçilik komissiyasına, məhkəmələrə (Lənkəran Rayon və Şirvan Apellyasiya), həmçinin Lənkəran Rayon Məhkəmə icraçılarına təsir edən bir əl var, sahibi görünmür, amma bu əlin fəaliyyəti aktiv şəkildə hiss edilir.

“Burada mən, Bağdadda kor xəlifə...”

Həkim Zeyqəm Süleymanov deyir ki, hamiləliyin son dövrlərində ortaya çıxan erkən doğuş əlamətləri bilavasitə Patoloji doğum şöbəsində stasionar müalicəsi üçün bilavasitə göstərişdir.

Bu qaydaya əməl olunmadığı və dölyanı suyun kəsilmədiyi səbəbindən uşaq ananın bətnində köməksiz vəziyyətdə qalıb:

“Uşağın tibbi müalicəyə və tibbi yardıma ehtiyacı olsa da, nə həkimə gediblər, nə də suyun dayanmadığını həkimə xəbər verməyiblər. Bir sözlə uşağı ölümə tərk ediblər. Maddi sıxıntıdanmı, yoxsa acıqlamı etdilər – bilmirəm, ancaq görünən odur ki, ya bilərəkdən, ya da bilməyərəkdən ölümə səbəbiyyət veriblər.

Bu isə cinayətdir. Azərbaycan Respublikasının da tərəfdar olduğu Beynəlxalq konvensiyaya görə “uşaq fiziki və əqli cəhətdən yetkin olmadığına görə istər doğulmamışdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi qayğı tələb edən bir varlıqdır”. Yəni ana qarnındakı uşağa istədiyi kimi davrana bilməz. Əgər istədiyi kimi yanaşıb, onu kamatoz vəziyyətə salırsa, burada ananın məsuliyyəti var və ana onu dərk etməlidir.

Ekspertiza onu gizlədirsə, o qadın “burada mən, Bağdadda kor xəlifə deyib” istədiyini edəcək. Heç kim onun önünü kəsə bilməz. Nə yazıq ki, belə də oldu...”

“40 illik həkimlə bu cür rəftar edirlərsə, sıravi vətəndaşlar nə gündə olar?”

Heç kimə sirr deyil ki, “Prokurorluqda qəbul edilmiş qərarın ləğv olunmasına nail olmaq və yeni ekspertiza təyin etdirmək heç də asan proses deyil. Bununla belə təkrar ekspertizada ekspertlərin qoyulan sualdan təkrarən yayına bilməsi də asan məsələ deyil və həm də qarşılarında 40 illik təcrübəli və bilikli həkim varsa”, - deyə dosent əlavə edib.

Məsələ ilə bağlı Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Ədalət Həsənovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Məlumat üçün bildirək ki, Zeyqəm Süleymanov tanınmış alim-həkim olmaqla yanaşı həm də Azərbaycanın ağır günlərində aktiv siyasi fəaliyyətlə məşğul olmuş şəxsdir.

Ermənilərin Şuşanın, paralel olaraq Sədərək körpüsünün işğalı ərəfəsində Naxçıvana erməniləri caydırıcı qurğuların gətirilməsində və Sədərək körpüsünün işğalı planının pozulmasında Zeyqəm Süleymanovun da əməyi var. Zeyqəm Süleymanov 2000-ci illərdə AMİP-in qeyri-konstruktiv siyasi xəttinə etiraz olaraq partiyanı və onun Siyasi Şurasını tərk edib.

2003-cü il Prezident seçkiləri, 2005-ci il parlament seçkiləri zamanı ölkəmizi xaosa çəkmək istəyənlərin qarşısında cəsarətlə dayanıb.

Bundan əlavə “Lider” televiziyası ilə əməkdaşlıq edib, həm də ciddi siyasi-analitik məzmunlu məqalələrlə mətbuat səhifələrində sözünü deyib. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlətçiliyi üçün nə qədər vacib olduğunu dəfələrlə kəskin məntiqi ilə siyasi oponentlərinə isbat edib.

Qeyd edək ki, problem yalnız bundan ibarət deyil, ortada daha dəhşətli faktlar var və mövzunu diqqətdə saxlayacağıq...
Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İntihar etdiyi deyilən İlkini düşmən snayperi vurub? - Anası danışdı


Xəbər verdiyimiz kimi, 22 mart 2021-ci ildə Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu Kəlbəcərdə hərbi xidmətdə olan zaman vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İ. Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, avqustun 2-də Tərtər rayon hərbi məhkəməsində İlqar Quliyevin sədrliyi ilə intihar həddinə çatdırılma ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

İ. Zöhrabovun anası Səriyyə Zöhrabovanın sözlərinə görə, prosesdə 3 əsgər 1 hərbi polis dindirilib:

“4 şahid gəlmişdi, onlardan hərbi polis olan və bir əsgər hər şeyi açıqladı. Dedilər ki, orada 3 düşmən postu olub. Postlardan biri qardan dağılıb, ikisi qalıb. İlkinin də vurulduğu yer birbaşa o posta baxır. Əsgərlər dedi ki, onlar bizi snayperlə izləyirdilər. Kəşfiyyatları həmişə bizi izləyirdilər. Komandirlər də bizə də həmişə tapşırırdılar ki, ehtiyatlı olun. İlkinin meyitini ordan tapıblar, iki çadırın arasındakı hündür yerdən.
Əsgər dedi ki, 1 sanitarımız da sülh dövründə, İlkindən 2 ay sonra vurulub. Ondan başqa da bir əsgər vurulub, bir də İlkin. Dedi ki, İlkinin düşmən kəşfiyyatçı-snayperi tərəfindən vurulma ehtimalı çox yüksəkdir.
Amma digər 2 nəfər öyrədilmişdi. Onlar Yavərin (Yavər Abdurrəmanov, İlkinin əsgər yoldaşı, əvvəlki məhkəmə proseslərində dindirilib - red.) dediyini deyirdilər. Yavərin adından ifadə verirlər. Hamısı deyir, Yavər dedi. Heç bir əsgər özü demir ki, gözümüzlə görmüşük”.

S. Zöhrabova bildirib ki, Y. Abdurrəhmanovun anası və özü müstəntiqlərlə əlbirdir:

“Anası, elə bil, mənim uşağımın yanında olub. Müstəntiqlə danışıblar, uşaqlar da məhkəmədə hər şeyi Yavərin adından deyirlər. Bu müstəntiqlərdən biri Elşən Mürsəlovdur, biri də Tural Həsənlidir. Yavərin anası sırf T. Həsənli ilə əlbirdir. Yavərin anası ilə özü bunlara işləyir. Hərbi prokurorluqla əlbirdirlər. Hərbi Prokurorluğun burada marağı odur ki, Xanlar Vəliyev bütün ölən uşaqların ölümlərini ört-basdır edir. Görün, X. Vəliyev nə qədər əsgərin qanını batırıb. Məhkəmədə iki ittihamçı prokuror hərbi prokurorluğu müdafiə edir. Çünki bu iş açılsa, bunların başı gedəcək. Bunlar bilir ki, burda 20-30 nəfərin başı gedəcək. İlkini oraya qaldıran, pul alıb kiminsə əvəzinə göndərən, müayinə etmədən ora göndərənlər - İlkin döyüşdən sonra pnevmaniya keçirib, onu müayinə etməyib o vəziyyətdə göndəriblər”.

S. Zöhrabova əlavə edib ki, növbəti məhkəmə prosesi sentybar ayının 5-ə təyin olunub. Növbəti prosesdə yeni 4 şahid dindiriləcək.

Qeyd edək ki, İlkin evin tək övladı olub. Ürək xəstəsi olan atası hadisəsindən sonra travma alıb.

“Mən də travma almışdım. Amma mən balama söz vermişəm: haqq-ədaləti üzə çıxaracam. İlkinin qəbri üstünə belə gedə, gözlərinin içinə baxa bilmirəm. Mənim balam yuxuda da mənə deyir. Dedi ki, ana məni vurdular, silahı da yanıma qoydular”, - S. Zöhrabova deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Regionlarımız üçün niyə bank kreditləri əlçatmaz olaraq qalır? - AKTUAL


Məlumdur ki, yerli banklar onsuz da iqtisadiyyatı kreditləşdirməkdən çəkinir, amma, əgər söhbət ölkənin regionlarına kredit verilməsindən gedirsə, onda ümumiyyətlə, danışmağa dəyməz. Artıq formalaşmış ənənəyə görə, maliyyələşmənin əsas payı paytaxtın payına düşür, regionlar isə bu reytinqin ən son pilləsində qalır.

Bununla belə, bank sektorunda vəziyyət heç də pis deyil. Mərkəzi Bankın məlumatına görə, bu il iyunun 30-na bank sisteminin cəmi aktivləri yeni rekord səviyyəyə - 41 milyard 920,2 milyon manata çatıb. Kredit portfeli də ötən ilin sonu ilə müqayisədə 10 faiz artaraq 18 milyard 320 milyon manat təşkil edib.

Eyni zamanda, ənənəyə görə, paytaxt kreditləşmədə liderlər sırasındadır. Ümumi maliyyələşmənin 77 faizi (14 milyard 201 milyon manat) Bakının payına düşür.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, kreditlərin 705 milyon manatı təkcə Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb. Obrazlı desək, adıçəkilən iqtisadi rayonda hər 100 manatın 81 manatı Bakı və Abşeronun payına düşür. Ölkənin regionlarına gəlincə, onlar hər 100 manat kreditdən cəmi 19-nu bizim banklar vasitəsilə alır.

“Əlbəttə, özəl banklar müxtəlif amilləri, ən əsası isə riskləri nəzərə alaraq kredit verməklə bağlı qərarları özləri verir. Çünki sonradan istənilən nəticəni əldə etmək üçün bəzi inzibati tədbirlər tətbiq etmək düzgün olmazdı. Amma burada vəziyyət ümidsiz deyil, çünki bu cür problemlərin həlli üçün dünya praktikası mövcuddur. Məsələn, bir sıra inkişaf etmiş ölkələrdə onlar regionlarda biznesin maliyyələşdirilməsi üçün bankların stimullaşdırılması və həvəsləndirilməsi siyasətinə riayət edirlər. Nəticədə belə regionlar kredit və maliyyə sektorunu maliyyə inyeksiyaları üçün stimullaşdırır”, - deyə deputat bildirib.

Bayramov monitorinqlərin nəticələrinə istinadən qeyd edib ki, bankların regionlara daha az kredit verməsinin əsas səbəblərindən biri sahibkarlar üçün girov mexanizminin sərt şərtləridir: “Bir qayda olaraq, əksər hallarda banklar girov tələb edir və bir çox müştərilər onu təmin etməkdə çətinlik çəkirlər. Bu baxımdan regionlarda fəaliyyət göstərən sahibkarlar üçün girov mexanizmlərinin təkmilləşdirilməsi, güzəştli kreditlərin həcminin artırılması vacibdir. Regionlarda sahibkarlıq subyektlərinin ucuz kreditlərə çıxış imkanlarının genişləndirilməsi inklüziv və balanslaşdırılmış iqtisadi inkişafın gücləndirilməsinin vacib şərtlərindən biridir. Axı, son illərdə aparılan islahatların məqsədi regionlarda investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır və ona görə də buraya maliyyə cəlb edilməsi məqsədləri xüsusilə kəskindir”.

Analitiklərin fikrincə, fermerlərə kredit verilməsinin sırf sənaye xüsusiyyətləri ilə qüvvətləndirilən yüksək riskləri sığorta institutunun zəif inkişafında, yerli fermerlər üçün bahalı girov daşınmaz əmlakının, habelə maliyyə təşkilatlarına imkan verən hesabatların və müvafiq sənədlərin olmaması ilə ifadə olunur. Belə bir şəraitdə həm fermerlər, həm də ümumilikdə aqrar-sənaye kompleksinin infrastrukturu üçün ən mühüm dəstək sahəsi olaraq sənayenin dövlətin güzəştli maliyyələşdirilməsi qalır.

Problemin spesifikliyinə gəlincə, bank-maliyyəçi eksperti Əkrəm Həsənov AYNA-ya deyib ki, kənd təsərrüfatı kreditləri çox yüksək risklərlə doludur, çünki bu sənayedə çalışan insanların biznes fəaliyyətini təsdiq edən, kredit risklərinin qiymətləndirilməsi üçün zəruri olan maliyyə hesabatları barədə hər hansı rəsmi sənədi yoxdur: “Bank işçiləri kredit üçün gələn fermerlərin sözlərinə inanmağa məcbur olurlar və bu, təbii ki, ən böyük problemdir. Banklar özlərini qorumaq üçün girov kimi daşınmaz əmlak istəyirlər”.

“Lakin ölkənin regionlarında daşınmaz əmlakın qiymətləri aşağıdır. Üstəlik, əksər kənd sakinlərinin ona sahib olmaq hüququ yoxdur”, - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, regionlarda biznes əsasən kənd təsərrüfatı ilə məşğuldur və bildiyiniz kimi, risklərlə xarakterizə olunur - kənd təsərrüfatı sənayesi məhsuldarlıq, hava şəraiti, ölkənin iqtisadi vəziyyəti və əhalinin alıcılıq qabiliyyəti kimi xarici amillərdən çox asılıdır. //AYNA//

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR