[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış ekspert həmvətənlərini Qarabağda istirahətə çağırdı – FOTO


Rusiyalı hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko öz “Facebook” səhifəsində rusiyalı turistlərə müraciət edib. O, Azərbaycan ordusunun işğaldan azad etdiyi Qarabağla bağlı paylaşım edərək, həmvətənlərini bölgəyə istirahətə dəvət edib.

İqor Korotçenko paylaşımında yazıb:

“Rusiyalı turistlər Finlandiya və İsveçin əvəzinə Qarabağa istirahətə yollansınlar - Azərbaycanın bu bölgəsi xüsusilə gözəldir və özünəməxsus təbiəti və gözəlliyi ilə məşhurdur! Hələ buranın havasını demirəm!“
Tanınmış ekspert həmvətənlərini Qarabağda istirahətə çağırdı – FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
​Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışı qadağan edildi


Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub.

O, dövlətə olan vergi borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.
Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub.

Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.

AMİA. AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubada milyonçu ailəsi dövlətdən pensiya alır :Bunların saxta pensiyaları niyə ləğv edilmir görəsən?Foto


Sahil Babayev ƏƏSMN-nə nazir təyin edildikdən indiyə qədər minlərlə vətəndaşın müavinət və pensiyası müxtəlif səbəblərdən ləğv edilib.Bu iş hazırda da həmin qayda ilə davam etdirilir.Amma maraqlıdır,pensiya və müavinəti ləğv edilən vətəndaşların əksəriyyəti sosial təminatı zəif olan kasıb insanlardır.Bu vaxta qədər saxta pensiya alan insanların hamısı təkcə bu təbəqədən deyil.Onların aralarında onlarla evi,mülki və böyük biznes imperiyası olan aliqarx məmurlarda mövcuddur.Maraqlıdır,bəs niyə onlarında pensiyaları ləğv edilmiyib?

7Times.az olaraq bundan sonra hər həftə bu tip insanlar barəsində mütamadi olaraq bəhs edəcəyik.Araşdırıb aşkar etdiyimiz ilk pensiya alan aliqarx ailə isə Quba rayonundadır.Quba rayon sakinləri Vəliyev Nəsrulla Əhməd oğlu və onun xanımı 1965-ci il təvəllüdlü Vəliyeva Validə Ələkbər qızıdır.Öncədən onu qeyd edimki,Nəsrulla Vəliyev uzun illər Quba RİH başçısının müavini,həmçinin icra başçısının Quba şəhər İƏD –üzrə nümayəndəsi vəzifələrində çalışıb.O və xanımı Validə Vəliyeva uzun illərdir dövlətdən pensiya alan insanlardandır.Saysız hesabsız evləri və mülkləri,həmçinin iaşə obyektləri olan Valiyevlər ailəsinin hansı yollarla pensiya hüququna yiyələnməsi barəsində isə hələlik bəhs etmirik.Amma yaxın günlərdə bu məsələ barəsində geniş araşdırma təqdim edəcəyik.

Buyur cənab nazir,Sahil Babayev.Bir komissiya tərtib edib qeyd etdiyimiz hər iki şəxsin əlillik dərəcəsi barədə şəffav bir araşdırma aparılıb nəticəsi barəsində ictimaətə məlumat verin.

Ardı var.

7Times.az
Qubada milyonçu ailəsi dövlətdən pensiya alır :Bunların saxta pensiyaları niyə ləğv edilmir görəsən?Foto


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin açılışını etdiyi məktəb çirkab suları içində - VİDEO


May ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən açılışı edilən 304 nömrəli məktəb çirkab sularına qərq olub.

Belə ki, məktəbin həyətini qrunt suları basıb.

Sakinlər bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən bildirilib ki, məlum vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda "Azərsu” ASC bu məsələ ilə məşğuldur.

"Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı Sabunçu rayon su-kanal idarə rəhbərliyi ilə danışdığını, onların ərazidən məlumatsız olduğunu deyib.

"Təssüflər olsun ki, həmin ərazidə heç bir mərkəzləşdirilmiş kanalizasiya infrastrukturumuz mövcud deyil. Biz tərəfdən heç bir xidmət göstərilmir”, – deyə o, qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda körpə ikinci mərtəbədən yıxılaraq ÖLDÜ


Sumqayıtda bədbəxt hadisə baş verib.

Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Y. Şükürlü ağır xəsarət alıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını işdən çıxardı


Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Qrihoriy Qalaganı vəzifəsindən azad edib.

Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

“Qriqori Anatolyeviç Qalaqan Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, – sənədin mətnində deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Serbiya imzalanan sazişi təsdiqlədi


“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynadan taxıl ixracının vaxtı məlum oldu


Taxıl ixracının başlanması bu həftə başlayacaq.

Bunu Ukraynanın İnfrastruktur Nazirinin müavini Yuri Vaskov Kiyevdə keçirdiyi brifinq zamanı bildirib.

“İnanırıq ki, yaxın 24 saat ərzində limanlarımızdan kənd təsərrüfatı məhsullarının ixracının bərpası üzərində işləməyə hazır olacağıq. Söhbət "Çernomorsk" limanından gedir - bu, birinci olacaq. Daha sonra “Odessa” limanı və “Pivdennıy” limanından taxıl ixrac ediləcə". - Yuri Vaskov Kiyevdə deyib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum dünya təşkilatının kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir. Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSX-nin 7 hərbçisi həbs olundu - RƏSMİ


Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Keçirilmiş çoxsaylı istintaq hərəkləri ilə müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.

Cinayətkar niyyətin həyata keçirilməsi üçün qrupun İİR-nın ərazisində olan üzvləri dövriyyəsi qadağan edilən həmin vasitələri əldə edərək 2022-ci ilin iyul ayında Cəbrayıl rayonunun Mehdili kəndi ərazisindən respublikamızın dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlədiblər.

Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılmışlar.

Onlardan 94, 3 kq narkotik vasitələr (87, 7 kq marixuana, 7, 6 kq heroin, “metadon-40” 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150” 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb.

Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aparılmış istintaq hərəkətləri ilə qabaqcadan əlbir olmuş həmin cinayətkar qrupun digər üzvü - mülki şəxs Bəşir Quliyevin cinayət əməlləri ifşa edilməklə o, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilib.

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İslahatdan gizlənən Penitensiar sistem... - İmpulsiv rəisin həssas dönəmi


İyul ayının 22-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki (6 aylıq) fəaliyyətin yekunlarına dair videokonfrans formatında müşavirə keçirilib. Bəs, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni niyə onlayn formatda təşkil edib? Şübhəsiz ki, müşavirənin bu şəkildə keçirilməsi Penitensiar sistemdəki ciddi nöqsanların və qanunsuzluqların üzə çıxmasının qarşısını almaq məqsədini daşıyır. Eləcə də, son günlər koronavirus xəstəliyi ilə bağlı müşahidə olunan artım Penitensiar Xidmətin rəhbərliyinə bu məsələdə “yardımçı” olub.

Müşavirədə çıxış edənlər - C.Həsənov və onun müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş “nailiyyətlər”dən danışaraq, nitqlərini ənənəvi tərif və primitiv notlar üzərində qurublar. Uzun illərdir Penitensiar sistemdə “daşlaşan” korrupsiya hallarından, orada baş verən qanunsuzluqlardan danışan olmayıb. Hətta Penitensiar Xidmətin rəhbərliyi İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) aşkarladığı nöqsanlar barədə də yalanlar danışmağa məcbur olub. Bu haqda daha sonra…

Ötən illə müqayisədə bu il Penitensiar sistemdəki mənfi hallar statistik göstərəcisini artırıb, orada baş verən qanunsuzluqların əhatə dairəsi daha da genişlənib və korrupsiya halları inanılmaz həddə çatıb.

Məsələn, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində ötən illə müqayisədə bu il məhkumların sayın kifayət qədər çoxalıb.

Ötən il cəzaçəkmə müəssisələrində 69 nəfər vəfat etmişdisə, bu il vəfat edənlərin sayı 76 nəfərdir. Ötən illə müqayisədə bu il intihara cəhd hallarında da ciddi artım müşahidə olunur.

Penitensiar sistemdə niyə köklü dəyişikliklər həyata keçirilməlidir?

Penitensiar sistemdə fəlakət həddinə çatan problemlərlə bağlı Azsiyaset.com saytında mütəmadi olaraq ciddi məqalələr dərc olunub. Bu məqalədən sonra da orada hər hansı dəyişikliyin baş verəcəyini düşünmək ciddi suallar doğurur. Amma son günlər Azərbaycanda baş verən əhəmiyyətli və strateji hadisələr Penitensiar sistemdəki özbaşınalıqların yenidən gündəmə gətirilməsini zərurətə çevirir. Azərbaycanın yeni inkişaf relsinə qədəm qoyması bütün sahələrdə təmizləmə tədbirlərinin həyata keçirilməsini sürətləndirib.

Zəngilanın Ağalı kəndidə onlarla ailənin köçürülməsi, Gömrük Komitəsində həyata keçirilən həbslər, Ursula fon der Leyenin səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında tarixi enerji sazişinin imzalanması, idman sahəsində əldə olunan ciddi nailiyyətlər ölkəmiz üçün yeni üfüqlər açır. Bu baxımdan, islahatlardan kənarda qalan bütün sahələrdə, xüsusilə, dövlətin yeni mərhələdə inkişafına mane olan, korrupsiya bumuna çevrilən Penitensiar sistemdə ciddi tədbirlərin həyata keçirilməsi qaçılmazdır.

Penitensiar Xidmətin qapalı müəssisə olması oradakı korrupsiya hallarının, inanılması mümkünsüz olan, amma real və dəhşətli qanunsuzluqların üzə çıxmasına mane olur. C.Həsənovun yaratdığı dəhşətli mənzərədən cəmiyyətin xəbərsiz olması məhz Penitensiar Xidmətin qapalı müəssisə olması ilə bağlıdır. Azərbaycanın müsbətə doğru dəyişən siyasi dinamikası fonunda bu qurumun aparılan islahatlardan kənarda qalması dövltəçilik üçün ciddi təhülkə yaratmaqdadır.

Ramiz Mehdiyev ənənələri Penitensiar sistemdə yaşamaqdadır…

Penitensiar Xidmətin inzibati idarəçilik mexanizmləri, orada baş verən hadisələr qalib Azərbaycan dövlətinin müasir və çevik idarəçilik prinsiplərinin tələblərinə heç bir halda cavab vermir. Xidmətin mövcud spesifikası Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dönəmindəki dağıdıcı idarəçilik prinsiplərinə xasdır. Azərbaycanda R.Mehdiyev ənənənələrinin xüsusi nəfəsliklə qorunub saxlanıldığı əsas məkan məhz Penitensiar Xidmətdir. Bu prizmadan C.Həsənovu R.Mehdiyevin “idarəçilik varisi” – xələfi hesab etmək olar.

Hazırda C.Həsənovun mövcud “personası” iki rels üzrə özünü göstərməkdədir:

- Əldə olunmuş külli miqdarda vəsaitlər hesabına böyük şəxsi biznes şəbəkəsinin yaradılması (“Salyanaqro” MMC, dövlət qoruqlarında şəxsi təsərrüfatın yaradılması, əmlaklar və s. - Bu haqda daha sonrakı məqalədə faktları, fotoları təqdim edəcəyik).

- Yuxarı instansiyalara verilən yalan vədlərlə R.Mehdiyevə xas şəkildə özü haqqında toxunulmazlıq, əlçatmazlıq obrazı yaratmaq… Təcrübə göstərir ki, bu amil məmurlar üçün ən təhlükəli və onların gələcəyini ciddi sual altına salan əsas bürökratik tabludur.

Kriminallaşan cəmiyyət, həbsdən qorxmayanlar ordusunun yaradılması…

Hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyadan olan insanlar cəza çəkir – kriminal qruplaşmaların üzvləri, narkotik maddələrin satışı ilə məşğul olanlar, müxtəlif cinayət törədənlər, dindarlar və s. Amma bütün bu məhbusların hamısı vahid “üsul”la – pulla saxlanılır, heç bir islah prosesi aparılmır. Cəzaçəkmə müəssisələrinin mövcud mənzərəsi belədir: pulun varsa, həbsxanada normal şəkildə yaşayacaqsan, pulun yoxdursa, məhv olub gedəcəksən. Təsadüf deyil ki, bu şəxslər həbsdən azad ediləndən sonra yenidən köhnə “peşə”lərinə qayıtmış olurlar - narkotik satanlar yenidən və daha geniş şəkidə cəmiyyəti zəhərləməyə çalışırlar, müxtəlif cinayət törədənlər bu dəfə daha təhlükəli cinayətkar kimi cəmiyyətə buraxılırlar, dindarlar daha da aqressivləşirlər. Artıq bu şəxsləri həbslə qorxutmaq heç bir effekt vermir.

Penitensiar sistemdə islahatlar aparılmasa, cəmiyyətimizin böyük bir qismi kriminal ünsürlərdən ibarət olacaq və sabah bunun qarşısını almaq mümkünsüz hala çevriləcək. Məhbuslara baxış, cəzaçəkmə müəssisələrinin mahiyyətinə yanaşma dəiyişməlidir. Amma dəyişmir! Çünki Penitensiar Xidmətin rəhbərliyi dövlətin resurslarını şəxsi maraqlarının əsas təminatçısına çevirib. Məhbusların islahlı prosesi ilə bağlı ilə bu qurumdan hökumətə heç bir təklif daxil olmur. Məntiqlə baxanda, hökumətə təkliflər paketi məhz Penitensiar Xidmətin özündən çıxmalıdır.

Samir Feyruzov //pravda.az//

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...