[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə 50 yaşlı qadın intihar etdi
Gəncədə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “AQTA 6” adlanan yaşayış massivində qeydə alınıb.

Sözügedən ərazidə yaşayan 1972-ci il təvəllüdlü A.Məhərrəmova yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.

Məlumata görə, 50 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlərin 3-cü binası ətrafında MÜƏMMA - ARAŞDIRMA
Zamantv.az Dövlət tərəfindən jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələrinə və müharibə əlillərinə paylanması ümün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirildiyi barədə xəbərlər yayılıb.

Müxtəlif mənbələrdən qaynaqlanan informasiyalarda qeyd olunur ki, 255 mənzilli binanın aidiyyatı dövlət qurumu tərəfindən müvafiq bölgü əsasında imtiyazlı vətəndaşlara paylanması ilə bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, iki gün əvvəl sözügedən binanın həyətində Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən iməclik aparılıb, torpaq sahəsi bellənib, yeni ağaclar əkilib. Bu da mənzillərin jurnalistlərə verilməyəcəyi barədə xəbərlərin doğru olması barədə informasiyalara inamı daha da gücləndirib.

Məsələyə aydınlıq gətirmək üçün Media Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Oradan bildirilidi ki, bu barədə hər hansı informasiyaya malik deyillər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı isə "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirdi ki, bu barədə xəbərlər doğru deyil. "Bu barədə daha əvvəl də bizdən soruşublar, amma nazirliyin həmin yaşayış binasını balansına götürməsi həqiqətə uyğun deyil",- o vurğulayıb.

Xatırladaq ki, ötən il bir qrup media nümayəndəsinin imzası ilə sözügedən mənzillərin şəhid ailələlərinə və müharibə əlillərinə verilməsi ilə bağlı dövlət qurumlarına müraciət ünvanlamışdı.

Redaksiyamıza daxil olan məlumata görə, qarşıdan gələn 22 iyul Mətbuat Günü ərəfəsində binadakı mənzillərin bir hissəsinin jurnalistlərə paylanacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Neft Şirkətinin Yanğından Mühafizə İdarəsində KORRUPSİYA - Valid və Çingiz Quliyevlərin QAZANC YERİ..
Zamantv.az: - Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovniki Valid Quliyev və o İdarənin Dəniz Şöbəsinin rəisi, daxili xidmət polkovniki Çingiz Quliyev “Covid-19” tətbiq olunan vaxtlar, şəxsi heyətin 30 %-in iş yerlərində olmaqla, qalanlarını isə, xidmət yerlərindən pul müqabilində evə buraxaraq, şəxsi mənfəət əldə edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən iş yerlərində işçilərin 30 %-i iş rejimi təşkil olmaqla şəxsi heyətin koranvirus testindən (yaxma) verməklə, FHN-in poliklinikasından keçirərək, pozitiv və ya neqativ olduqlarını biləndən sonra xidmət yerlərində bu koronavirus “Covid-19” tələblərini əldə rəhbər tutaraq iş yerində 30 % şəxsi heyət saxlayaraq, gəmilərdə, özləri istədikləri kimi, şəxsi heyəti S-300 adı ilə, yəni 300 AZN müqabilində, 15 gün-sutka xidmətdə, 30 gün-sutka evdə olmaqla işçiləri evə buraxırlar. Hər gəmidə növbə zamanı ştat üzrə 30 nəfər şəxsi heyət olmaq əvəzinə, növbədə 30 % heyət qalırdı (10-12 nəfər), qalanları isə (S-300) gediblər. Bu haqda gəmi rəhbərliyi, şöbə və idarə rəhbərliyi məlumatlı idi.

Xidmətə - növbəyə gələn şəxsi heyəti, Döyüş Nizamnaməsinə əsasən, xidməti yerlərdə xidmət jurnalında qeyd olunurdular ki, icazəlidirlər, növbə başa çatdıqdan sonar isə, yəni 15 gün-sutka qurtardıqdan sonar, xidmət jurnalında yenidən dəyişiklik edilərək, hansı ki, “Covid-300” adı ilə xidmətdə olmayanlar, döyüş hesabında qeyd olunurdular. Bütün bu proseslərdə gəmi komandirləri, şöbə rəisi, İdarə rəisi məlumatlı idilər. Bütün bu proses necə təşkil olunurdu: S-300 olan şəxs öz iş kartından – maaş kartından 300 AZN + 2 AZN pul köçürürdü. 300 AZN pul köçürülürdü gəmi komandirinə və ya onun müavinlərinə, 2 AZN isə bankın köçürmə xidmət haqqıdır.
Gəmi komandiri və ya onların müavinləri köçürülən pulları İdarə rəisi Valid Quliyevə və şöbə rəisi Çingiz Quliyevə, onları kart hesabına (ola bilsin şəxsi kartlarına) köçürürdülər.

Bu S-300 açıqlaması necə baş verdi: “Vixr-3” Yanğınsöndürmə gəmisinin, üzmə vaxt qurtarması ilə əlaqədar və döyüş hesabından çıxarılıb “Klass” əsaslı təmirə dayanamsı haqqında Dövlət Dəniz Administrasiyasına, Dövlət neft Şirkətinin “SOCAR” rəhbərliyinə və İdarə rəisi Valid Quliyevə bir neçə dəfə radioqramma göndərilib. Dövlət Neft Şirkəti “SOCAR” və Dövlət Dəniz Administrasiyası tərəfindən gəminin əsaslı təmirə dayanmasına və bakıya gəlmələrinə icazə verilib. Lakin İdarə rəisi Valid Quliyev xarab olmuş gəminin obyektdə qalmasını məcbur edib. Bu barədə gəmi rəhbərliyi Texnik-şöbə rəisinə Çingiz Quliyevə müraciət edib, o isə imtina edəərk deyib ki, bu mənlik deyil, İdarə rəisi nə deyirsə onu da yerinə yetirin. Gəmi heyəti öz növbə axtından artıq, 8 gün-sutka ac, təminatsız, dava-dərmansız, heyət arasında xəstə olub, dənizdə qalıblar.

Gəmiyə və şəxsi heyətə idraə rəhbərliyi tərəfindən heç bir köməklik – təminat göstərilməyib.
Burda sual yaranır ki, gəminin sahibi kimdir: Valid Quliyev tərəfindən gəmilərin möhürləri yığılaraq İdarədə saxlanılır, gəmiyə “Xəzər-Dəniz Donanması” QSC tərəfindən, təchizat və mal-materialların, onların anbarından alınıb, gəmiyə gətirmək üçün hər dəfə sənədləri möhürləmək üçün İdarə rəisi Valid Quliyevin yanına getmək və sənədləri möhürləmək, gəmi komandirləri və onların müavinlərindən tələb olunur.

Burda belə sual yaranır, gəmi möhürü harada olmalıdır: QSC tərəfindən gəmi möhürləri kimə verilib? Valid Quliyevə, yoxsa gəmi kapitanlarına? Bəs onda Dəniz şöbəsi rəisi Çingiz Quliyev orada nə işinə baxır? Deməli buradan belə nəticəyə gəlmək olar ki, idarə rəisi öz bağ evlərinə, boya və su şlanqları və s. malalrı gəmidən asanlıqla çıxartmaq üçün gəmi möhürlərindən asanlıqla istifadə edir. QSC tərəfindən verilən sertifikat və işçi diplomları, gəmidə işləyən gəmi heyətinin mütəxəssisləri – peşəkarlığı aşağı səviyyədədir. Çünki, əməkdaşların işçi diplomları yoxdur. Dəniz Administrasiyasının təşkil etdiyi kursları keçmiş, gəmi əməkdaşları tam kursu keçmiş, gəmi əməkdaşları tam kursu bitirmək haqqında tam işçi diplomunun verilməməsidir. Məsələn, şturmanamatros, mexaiklərə - motorçu, elektro-mexaniklərə - elektrik sertifikatı verilir.
ardı var...
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! //teref.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Polşa Ukrayna ilə birləşmək istəyir – Rusiya ciddi kəşfiyyat məlumatlarına sahib olduğunu iddia edir
"ABŞ və Polşa Ukraynadakı "tarixi ərazilər" üzərində hərbi-siyasi nəzarəti bərqərar etmək planları üzərində işləyir”.

Zamantv.az sfera.az-a istinadən xəbər verir ki, bu haqda açıqlamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin verib.

O qeyd edib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Polşa qoşunları "Rusiya təcavüzündən müdafiə" şüarı ilə ölkənin qərb bölgələrinə daxil olacaq. Onun sözlərinə görə, bu, "yenidən birləşmənin” ilk mərhələsini təşkil edəcək. Ukraynaya göndəriləcək silahlı birləşmələr isə sülhmərəamlı formasında olacaq.

Narışkin deyib ki, təklif edilən variant Co Bayden administrasiyası ilə müzakirə olunur:

"İlkin razılaşmalara görə, bu, NATO mandatı olmadan, lakin "istəkli dövlətlərin” iştirakı ilə baş tutacaq. Amma rəsmi Varşava hələ də "həmfikirlərin koalisiyasının” potensial iştirakçıları ilə razılaşa bilməyib. Polşa administrasiyasının hesablamalarına görə, Ukraynanın qərbində profilaktik konsolidasiya daha çox olacaq. Bu, çox güman ki, ölkədə parçalanmaya gətirib çıxaracaq və Polşa faktiki olaraq "Polşa sülhməramlılarının” daxil olduğu ərazini nəzarət altına alacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ üçün təhlükəli “presedent” və Putinlə Blinkenin fərqi - NƏ BAŞ VERİR?
Bizim beyni donuz salası qatı ilə örtülmüş “rusbaşlar” nə qədər inkar etsələr də, Putin hər növbəti addımı, bəyanatı, açıqlaması ilə sübut edir ki, şəxsən o və onun hələ ki, rəhbərlik etdiyi ölkə dünyada separatizmin bir nömrəli dayağıdır və Ukraynada hər hansı uğur qazanacağı təqdirdə onun növbəti hədəfi postsovet ölkələrindəki digər “qaynar nöqtələr” olacaq. Həmin nöqtələrin sırasında isə təəssüf ki, Qarabağ hələ də var...

Putin BMT-nin Baş katibi Antonio Quterreşlə son görüşündə deyib ki, Luqansk və Donetskdəki separatçıların öz müqəddəratını təyin etmək hüququ var. Çünki Kosovo 2008-ci ildə öz müstəqilliyini elan edəndə bu məsələ Beynəlxalq Ədalət Məhkəməsində müzakirə olunub və həmin məhkəmə xalqların suverenliklərini elan edərkən mərkəzdən icazə almağa məcbur olmadıqları barədə qərar çıxarıb. Putin hesab edir ki, eyni hüquqdan Donbas əhalisi də istifadə edə bilər. Hansı ki, BMT Kosovonun müstəqilliyini tanımayıb və Quterreş də bunu Putinə xatırladıb. Lakin bu cavab Putinin “beyninə batmayıb”, çünki ona sərf etmir. Ən pisi isə odur ki, Putinin bu arqumenti, daha doğrusu, işğal bəhanəsi ərazisində separatçı qüvvələr olan digər ölkələr, o cümlədən Azərbaycan üçün də olduqca təhlükəlidir. Kim təminat verə bilər ki, Putin günlərin birində eyni arqumenti Qarabağdakı erməni separatçıları barədə də səsləndirməyəcək?

Ruslar Ukraynaya qarşı işğalı davam etdirməklə yanaşı, bir neçə gün əvvəl gözlənilmədən Moldovadakı separatçı Dnestryanıya qədər irəliləməyin əsas hədəf olduğunu elan etdilər. Deməli, belə çıxır ki, Donbasdakı Luqansk və Donetsk qondarma respublikalarının tanınmasından və “azad olunmasından” sonrakı hədəf Dnestryanıdır. Bunu Rusiya ordusunun rəsmi nümayəndəsi, Mərkəz Hərbi Dairəsinin komandanı, general Rustam Minekayev rəsmən bəyan edib. Məqsəd işğal altındakı Xerson istiqamətindən Odessaya doğru hücum edərək, separatçıların hakim olduğu əraziyə quru yol açmaq və “Dnestryanının hüququ tapdanan rusdilli əhaisini millətçi mərkəzi hakimiyyətdən azad etmək”dir. Bu isə Kişinyovun və bütünlükdə Moldovanın işğalı deməkdir. Axı, orada da Ukraynadakı kimi “millətçi Prezident” hakimiyyət başındadır. Hansı ki, işğalın ilkin mərhələsində Dnestryanı məsələsi ümumiyyətlə gündəmdə deyildi və bu barədə hər hansı niyyət, fikir səsləndirilmirdi.

Yada salaq ki, Rusiya öz silahlı qüvvələrini hələ 2012-ci ildə Dnestryanıdan çıxarmağı vəd etmişdi. Ancaq vədinə xələf çıxdı. Moldova Konstitusiya Məhkəməsi 2014-cü ildə rus qoşununun ölkə ərazisində yerləşməsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb. Hətta 2018-ci ildə BMT Baş Assambleyası rus qoşunlarının Moldovadan çıxarılmasını tələb edən qətnamə qəbul edib. Son olaraq isə Moldova Prezidenti Maya Sandu rəsmən rus qoşunlarının ölkədən çıxmasını tələb edib. Ancaq Rusiya bunların heç birinə məhəl qoymur. Əksinə, Moldova Prezidentinin ünvanına Rusiya XİN rəhbəri də daxil olmaqla, müxtəlif səviyyələrdə təhdid və təhqirlər səsləndirilir. Belə nümunələri saydıqca saymaq olar. Açıq işğalçılıqla məşğul olan belə bir dövlətin başçısının beynəlxalq hüquqla, ədalətlə bağlı nəsə danışması, kimlərisə bunları pozmaqda günahlandırması bir nonsensdir...

Putin Quterreşlə görüşündə Kosovo məsələsini misal çəkməklə, əlbəttə ki, heç də beynəlxalq hüquqa, BMT nizamnamə və prinsiplərinə guya “canı yandığını” göstərmir. Kosovodan əvvəl həmin nizamnamə və prinsipləri keçmiş SSRİ və sonrakı Rusiyanın timsalında Moskvanın özü dəfələrlə kobudcasına pozub. Kosovo xatırlatması isə sadəcə, hazırkı Ukraynaya qarşı işğalda istifadə olunan miskin bəhanələrdən biridir...

İndi bütün bunlardan sonra kim təminat verə bilər ki, “şeytanın barmağı” növbəti mərhələdə Qarabağı qurdalamağa başlamayacaq? “Barmaq” zatən Qarabağdadır və Kremlə lazım olanda hərəkətə gətirilə bilər. Bu gün Ermənistanda ruspərəst müxalifətin fəallaşması, nə qədər gizlətməyə çalışsa da, bir gözü Qərbdə olan və Azərbaycanla, Türkiyə ilə razılığa meyl göstərən Paşinyan hakimiyyətini devirmək cəhdi, bundan əvvəl isə Qarabağdakı ermənilərin Rusiyaya birləşmək barədə çağırışlarının artması, görəsən, nədən xəbər verir və kimin əməllərinin nəticəsidir?...
Ətraflı

Ancaq bir şey də həqiqətdir ki, ABŞ və kollektiv Qərbin özü zaman-zaman dünya təhlükəsizlik arxitekturasını pozan addımlara əl atıb və indi də bunun “bəhrələri”ni bütün sivil dünya Ukraynada və digər bölgələrdə görməkdədir. Lakin bu acı təcrübəyə rəğmən, ABŞ başda olmaqla, Qərb dövlətləri yenə də ikili standartlardan əl çəkmir. İki gün öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Qarabağdakı vəziyyətlə bağlı dedikləri bunun bariz nümunəsidir: “Biz vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli addımlara, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırıq".

Soruşan lazımdır ki, harda, kimə və niyə mane olmağa çalışırsınız? Qarabağ, sizin də rəsmən tanıdığınız Azərbaycanın suveren ərazisidir. Ermənilər 1990-cı illərin əvvəllərində bütün Qarabağı və az qala Azərbaycanın yarısını işğal etmək üzrə olanda, onu “birtərəfli addımlar”dan çəkindirən və “mane olan” yox idi. Sadəcə, tərəflər sülhə çağırılırdı, vəssalam. İndi isə Azərbaycan öz suveren ərazisində bölmələrini bir təpədən digər təpəyə keçirəndə bu, “vəziyyəti gərginləşdirə biləcək birtərəfli addım” sayılır və Rusiya ilə bərabər ABŞ, Fransa və digər erməni təəssübkeşləri eyni simdən vurmağa başlayır. Niyə? Bəs, hanı sizin beynəlxalq hüququnuz, ədalət prinsipləriniz, separatçılığa, işğala qarşı mövqeyiniz?

Əslində, Ukraynada da Qərbin hazırkı dəstəyinin səmimiyyətinə inanan azdır. Ukraynanı xilas edən onun döyüşkən, əzmkar xalqı və qorxmayan, qaçmayan rəhbərliyidir. Hazırda da bu ölkə Qərbdən nə alırsa, dişi-dırnağı ilə qopararaq, az qala zorla alır. Əgər vaxtında Rusiyanın qarşısında əzilib-büzülən Qərb dövlətləri tərəfindən lazımi dəstək verilsəydi, bu başıbəlalı ölkə indiki qədər itkilər verməz, şəhərləri dağıdılmaz, insanları tələf omazdı...

Rusiya Donbasda, Dnestryanıda necə işğalçıdırsa, Qarabağda da Ermənistan o cür işğalçıdır və onun əsas himayədarı bu gün dünyanın başına bəlalar gətirməkdə olan Rusiyadır. Necə olur ki, Rusiya Ukraynada işğalçıdır, Ermənistan isə Qarabağda işğalçı deyil? Niyə hər şeyi adı ilə çağımaq əvəzinə əksinə, hələ “Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırıq” deyilir. Azərbaycanın ölkə başçısının “”Bayraktar”a Qarabağda “ölüm silahı” deyirdilər, Ukraynada isə “mələk” adlandırırlar”deməsi də təsadüfi deyil. Elə bu ikili standartlar deyilmi dünyanın bugünkü halının əsas səbəbi? Məhz elə bu ikili, ikiüzlü, saxta yanaşma təkcə Rusiya deyil, istənilən təcavüzkarın, işğalçının əlinə bəhanə vermirmi?

Onu da unutmayaq ki, 44 günlük müharibədəki məğlubiyyət təkcə Ermənistanın məğlubiyyəti deyildi. Bizim ruspərəst politoloqlarımız etiraf etməsələr də, bu, həm də Rusiyanın imperiya siyasətinin, Rusiya xofunun, Rusiya silahının, separatizmə Rusiya dəstəyinin məğlubiyyətinin başlanğıc nöqtəsi idi ki, bunun da davamı hazırda Ukraynada yaşanır. Əslində, buna görə də Qərb ilk növbədə Azərbaycana minnətdar olmalıdır...

İndiki reallıq ondan ibarətdir ki, Rusiya sülhməramlı adıyla soxulduğu Qarabağın kiçik hissəsindən çıxmağa məhkumdur və dünyada baş verənlər bunun biz gözlədiyimizdən və istədiyimizdən də tez baş verəcəyini istisna etmir. Bunun üçün dövlət, xalq, cəmiyyət, iqtisadiyyat, ordu və s. olaraq, güclü, iradəli olmalıyıq. Həlledici olan da budur, Blinkenin, Lavrovun, Makronun və digərlərinin dedikləri yox!
“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rəfael Cəbrayılovun mənə borcu var, onun qardaşından isə...” - YENİ FAKTLAR
Milli Məclisin sabiq deputatı, həbsxanada olduğu dövrdə vəfat etmiş Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Zamantv.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Təranə Fətəliyeva ifadə verib.

O bildirib ki, mərhum deputat Rafael Cəbrayılovla qohum olduqları üçün ona borc verib: “Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən yaxşı olar. Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min manat borcu qalıb”.

Vəkilin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev alıb.

Bununla bağlı vəkillərin əlavə sualları yaranıb. Vəkillər Təranə Fətəliyevanı növbəti prosesə yenidən dəvət olunmasını, onun daha dəqiqləşdirici suallar veriləcəyini deyiblər.

Hakim bunun nəzərə alınacağını bildirib.

Proses mayın 12-də davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rafael Cəbrayılov bu ilin sentyabrında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılıb. Həmin iş üzrə onun qardaşı Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Araşdırmaların yekunu olaraq Elşən Cəbrayılov həbs edilib. Onun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş Prokurorluq "facebook"dakı məlumatı araşdırdı - Cinayət işi açıldı
“Facebook” sosial şəbəkəsində Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxlərinin Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.
Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün Qəbələ rayon prokurorluğuna göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır - Nazirliyin hər il 10-20 milyonluq oyunu
Milli Məclisin ötən iclaslarının birində millət vəkili Qənirə Paşayeva abidələrin bərpasına ayrılan 600 min manat vəsaitin boşa getdiyini və bunun ciddi araşdırılmalı olduğunu vurğulayıb.
Bildirib ki, 2020-2021-ci illərdə bu işə 40 milyon manat səviyyəsində ayrılan vəsaitin 77.3%-i yalnız bir abidəni əhatə edib. Ona görə də bu xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var.
Bəs abidələrin bərpası işində bu qədər boşluqlar niyə var? Aidiyyəti qurumlar bu işə niyə ciddi yanaşmır? Zamantv.az xəbər verir i, məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Aqil Abbas açıqlama verib.
Qeyd edib ki, abidələrin bərpasında ayrılan pulların mənəmsənilməsinə görə bir çox adamlar həbs edilib:

“Abidələrin bərpasına ayrılan vəsaiti mənimsədiyinə və qeyri-işlərə xərclədiyinə görə bir çox insanlar artıq həbs olunub. Təbii ki, abidələr tam bərpa olunmur. Buna ayrılan vəsait təyinatı üzrə xərclənmir. Hətta o cür insanlar həbs olunaraq 8 ilə yaxın iş də veriblər. Abidələrə ayrılan pullar onların özünə xərclənmir. Tarixi abidlərimiz diqqətdən kənarda qalıb. Adi bir daş da tarixi abidə ola bilər. Vaxtı ilə Sadıq Murtuzayev Ağdamda qəbirüstü abidələri gətirib, açıq muzey yaratmışdı. Bizim təmirə ehtiyacı olan qədim qalalarımız var ki, ot basıb, uçub dağılır. Mədəniyyət Nazirliyi bu işdə daha ciddi məşğul olmalıdır”.
AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, mədəni abidələrin tədqiqi üzrə ekspert Faiq İsmayıl bildirib ki, il ərzində bir abidənin bərpasında 10-20 milyon pul silinməsi sadəcə korrupsiyadır:
“Azərbaycanda abidələrin mühafizəsi və bərpası işləri olduqca bərbad vəziyyətdədir. Ona görə ki, abidələrin bərpasında mütəxəssis kadrlar çatışmır. Hazırda Azərbaycanda abidələrin bərpası ilə bağlı hansısa bir institutda fakültə, kollec, peşə məktəbi görə bilmərik. Bu baxımdan abidlərin bərpası kimi çox vacib olan bir iş ya başlı-başına buraxılır; ya həvəskarlar, ya da adi memarlar tərəfindən bərpa olunurlar. Ona görə də bu işdə ciddi pozuntulara yol verilir”.

Ekspert qeyd edib ki, Şuşa şəhərində Bülbülün Ev Muzeyinin bərpasında ciddi səhvlərə yol verilib:
“Həmin abidənin bərpasında əvvəlki buxarların təmizlənməsi, yenidən bərpa edilməsi baş tutmadı. Eyni zamanda giriş darvazaları da əvvəlki vəziyyətindəki kimi qoyulmadı. Bülbülün güllələnmiş büstü ilə yeni hazırlanmış büstünü həyətin içərisində yanaşı qoymaq heç bir məna kəsb etmir. Çünki, birinci növbədə güllələnmiş büst həyətin girəcəyində olmalı və ətrafında bir kompozisiya yaradılmalı, o qəlpələr, dəymiş zərər orada təsvir olunmalı idi. Ora daxil olan hər hansı bir şəxs izahatsız bunun mənasını anlamalıydı. Bu kimi hallar çoxdur. Azərbaycan Mədəniyyət Nazirliyi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin özündə belə mütəxəssis yox dərəcəsindədir”.
F. İsmayıl əlavə edib ki, abidələrin müntəzəm olaraq monitorinqləri çox az hallarda aparılır:
“Hansısa rayona gedərkən orada abidənin qeydiyyat kitabını tələb etsəniz sizə heç bir şey verilməz. Çünki həmin qeydiyyat kitabında abidəyə ildə bir və ya iki dəfə baxış keçirilməsi, dəyişikliklərin olması barədə məlumat fotolarla birlikdə qeydiyyat kitabında əks olunmalıdır. Lakin biz bunu heç vaxt görə bilmərik. Eşitməmişəm ki, hansısa abidə bərpa olunanda həmin abidələrin materialları ekspertizaya verilsin və bunun laboratoriya analizi aparılsın. Faktiki olaraq bu baş verməlidir.
Abidələrimizin ornamental memarlıq quruluşları, bədi daş nümunələri, üzərində işləmələr var. Bunlar olduğu kimi öz yerində otuzdurulmalıdır. İl ərzində bir abidənin bərpasında 10-20 milyon pul silinməsi sadəcə korrupsiyadır. Ona görə abidələrin bərpası işində kifayət qədər boşluqlar var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda həkimlərə niyə inam yoxdur - İLGİNC İDDİALAR...
Zamantv.az - Təsəvvür edirsiniz, ölkənin ikinci böyük şəhəri olan Sumqayıtda səhiyyə sferası təsadüfi adamların əlində olub.
Buna şübhəniz varsa, diqqətlə oxuyun.
Bütün ölkə mediası yazır ki, Sumqayıt şəhər səhiyyəsində aparılan kadr islahatları davam edir. Və…
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev postuyla vidalaşmalı olub. Onun yerinə isə, Nəriman Sadıq oğlu Baxşəliyev təyin olunub. Qeyd edək ki, Nəriman Baxşəliyev bu təyinata kimi Abşeron rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Və Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın yaxını olub.
Və 1 il keçməmiş Nəriman Baxşəliyev Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsindən azad edilir.
Nə üçün..? Axı, bu adamın təyin olunduğu 1 ildir…
Nəriman Baxşəliyevin mediaya açıqlamasından bəlli olur ki, bu adam heç səhiyyə adamı deyilmiş.
Bəli, bu qədər sadə və bəsit. Açıqlamasında deyir ki, könüllü çıxmaq istəyirəm.
Deməli, bu vəzifəyə rüşvət və korrupsiyanın peşəkarı lazımdır.
Bu zaman diqqət kimin üzərinə yönəlir…?
Bəli, 2019-cu ildə Nəriman Baxşəliyev Sumqayıt Səhiyyə şöbəsinin müdiri vəzifəsindən azad edilir və onun müavini Səkinə Sadıqova müdir vəzifəsini icra etməli olur.
Və qısa müddət sonra Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinin yeni müdiri təyin olunur.
Təsəvvür edirsiniz, Sumqayıt boyda şəhərin səhiyyə şöbəsinin müdiri Səkinə Sasdıqovanın özünün səhhəti yerində deyil, dəfələrlə ruhi dispanserdə müalicə olunub, sağlamlığı kafi deyil və s.
Və belə bir adamı 300 minlik əhalisi olan Sumqayıta “sağlamlıq bakanı” qoyurlar.
Və hər şey bundan sonra başlayır.
Deməli, Səkinə Sadıqova müdir olan kimi deyir ki, Sumqayıtdakı bütün xəstəxanalarda işə düzəltmə, işdən çıxarılma, bir sözlə, kadr məsələlərini mən özüm həll edəcəm.
Səhiyyə tarixində belə bir hal olmayıb. Ki, hansı baş həkim Səkinənin qanunsuz əmrləri ilə razışalmırsa, o şöbə ləğv edilir. Yəni Səkinə xanım deyir ki, Molla məsələsi mənlikdir.
Beləcə, Səkinə Sadıqova qısa vaxtda kadr yerdəyişmələri, təqaüd yaşına çatan həkimlərin müddətinin uzadılması adı altında yüz minlərlə pul yığır.
Və hər kəsə də deyir ki, İctimai Tibbi Sığorta Agentliyindəki departament rəhbəri Rəşad mənim dalımda durub, nə istəsək onu edə bilərik təki cibiniz dolu olsun.
Beləcə, vəzifəsini Rəşada söykəyən Səkinə Sadıqova təkcə kadr məsələsi ilə pul qazanmır.
Sonra dövlətin Sumqayıt səhiyyəsinə ayırdığı milyonlarla vəsait Səkinə Sadıqovanın göstərişi ilə ona yaxın MMC-lərə tender yolu ilə ötürülülr. Və Səkinə Sadova onların hər birindən “otkat” alaraq milyonçuya çevrilir.
Məsələ təkcə bununla bitmir.
Qısa vaxt sonra Səkinə Sadıqova səhiyyə şöbəsinin tabeçiliyində olan Sumqayıt Təcili Yardım Stansiyasının avtomobil qarajının müdiri Kamranı çağırıb deyir ki, hansı sürücü işdə qalmaq istəyirsə, 1000 manatdan yığsınlar.
Hələ bu harasıdır…?
Səkinə Sadıqova dövlətin Təcili Yardım Stansiyasının avtoqarajına ayırdığı benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satdıraraq milyonlara sahib olur.
Təcili yardım sürücülərinə isə deyir ki, öz cibinizdən benzin, “zapçast” alın.
Və buna görə də Sumqayıtda təcili yardım maşınları xəstə öləndən sonra mənzil başına çatırlar.
Çünki təcili yardım şoferinin maaşı nədir ki, o həm benzin, həm sürtkü yağı, həm də “zapçast” alsın…
Bəli, təcili yardım şoferlərinin maaşı uzağı 700 manat, həkimlərin maaşı isə 500-800 manat arasında ola bilər. Amma…
Əmması odur ki, Gündəlik-Bakıya daxil olan məlumata görə, Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova hər ay 8000 ( səkkiz min ) manat maaş alır.
Və üstəlik Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırır və deyir ki, dövlət xəstələrə dərman vermir.
Vallah adam dəhşətə gəlir, dövlət qurumuna rəhbərlik edən bu şəxs, millət vəkillərindən, spikerdən, hətta nazirlərdən yüksək necə maaş ala bilər..?
Axı, Səkinə Sadıqova özəl sektorda deyil, dövlət qurumunda çalışır…
Bu adamın fala baxması, məmurların “dilini-ağzını” bağlaması, nə bilim kiməsə “qurd yağı sürtməsi” kimi rüsvayçı məsələləri yada salmağa ehtiyac görmürük.
Bütün bunlar azmış kimi, 3 gündür ki, ölkə mediası 8-ci sinif şagirdi Ramal Osmanovun Sumqayıt həkimlərinin səhlənkarlığı ucbatından ölməsi barədə yazır.
Hətta millət vəkilləri, nazirlər, komitə sədrləri bu məsələyə qarışıb ki, Sumqayıt Şəhər səhiyyəsinin müdiri Səkinə Sadıqova bu faciəli olaya görə, cavab verməli və vəzifəsindən təcili uzaqlaşdırılmalıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Qurbanovdan qalmaqallı direktorun yerinə TƏYİNAT - FOTO
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

"Zamantv.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, institutun direktoru vəzifəsinə İradə Axundova təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, İ.Axundova əvvəllər həmin institutda direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru Həqiqət Qədirova dünən vəzifəsindən azad edilib. H.Qədirova dəfələrlə həkimlərlə aralarında yaranan qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu