[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Uşaqlar arasında yayılan TƏHLÜKƏLİ virusla bağlı YENİ XƏBƏR
Mart ayından indiyə qədər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib. Uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və əlamətləri rotavirusa məxsusdur.

Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, hər il mövsümü xəstəliklər kimi müşahidə olunan rotavirus hazırda sürətlə yayılır:
“Əlamətləri yüksək hərarət, qusma, bəzi hallarda ishalın olmasıdır. Valideynlərin uşaqları xəstə olduğu halda bağçaya, məktəbə göndərməsi virusun yayılmasında əsas səbəbdir. Xəstə uşaqlarla təmas nəticəsində sağlam uşaqlar da virusa yoluxur. Maye itkisi olduğuna görə, uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda ana azyaşlı qızını hündürlükdən ÇAYA ATDI
Ermənistanda polis öz övladını öldürməyə cəhddə şübhəli bilinən qadını saxlayıb.

Zamantv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Debed çayının sahilində baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilsə də, azyaşlını Lori rayonunun Alaverdi şəhər sakini 32 yaşlı Jirayr Poqosyan xilas edib.
O, dostu ilə birlikdə körpəni tibb məntəqəsinə aparıb. İlkin məlumata görə, uşağın həyatı üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, uşağın anası əvvəlcə qızının təsadüfən çaya düşdüyünü bildirib. Daha sonra o, ifadəsində qızını qəsdən 3-4 metr hündürlükdən çaya atdığını etiraf edib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

30 yaşlı qadın həbs edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirliyin önündə aksiya keçirərkən halı pisləşdi - SON DƏQİQƏ // FOTO
"Zamantv.az" xəbər verir ki, Beyləqan rayon, Əmirzeydli sakini Məmmədov Şəfa Cümşüd oğlu hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında bir neçə dəqiqə əvvəl etiraz aksiyası keçirib.
Ş.Məmmədov bildirir ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə aldığı yaralardan, səhhətində ciddi problemlər yaranıb və artıq, onun ayaqları tutulmaq üzrədir. Hərəkət məhdudiyyəti var.

Ş.Məmmədovun mediaya bildirdiyinə görə, uzun müddətdir ki, müraciədiyi dövlət qurumu qalmayıb. Lakin, müxtəlif bəhanələrlə pensiya əlillik dərəcəsi ala bilmir.

Vətəndaş Ş.Məmmədov deyir: -"Oğlum 3 ay sonra əsgər gedəcək. Xəstə adamam, mənə kim baxacaq? Kim saxlayacaq?
Hara gedirəm bir bəhanə ilə yola salırlar. Hamısı biri-birinə ötürür. Hara göndəriblər getmişəm. Yenə də mənim işimə baxılmır".
Nazirliyin önündə aksiya keçirərkən halı pisləşdi - SON DƏQİQƏ // FOTO

Sosial media nümayəndələri önündə etiraz edən vətəndaş Ş.Məmmədov polis və ƏƏSMN əməkdaşları tərəfindən işinə baxılacağını vəd edərək, nazirliyin binasına götürüblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bunu da GÖRDÜK: içib maşının yerini unutdu, polisə dedi ki...
Gəncədə qeyri-adi hadisə yaşanıb.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus "QAZ 31" markalı avtomobilin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.

Araşdırmalar zamanı hər kəsi təəccübləndirən məqam ortaya çıxıb. Məlum olub ki, avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unudub. Bu səbəbdən avtomobilinin qaçırlmasını zənn edərək polisə müraciət edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevgilisini aldadıb yarım milyona yaxın pulunu aldı - BAKIDA
Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Zamantv.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.

İş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.
Əldə etdiyimiz məlumata görə, A. Mirzəyev radiotezliklər idarəsində çalışır. S. Bədəlova A. Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.

İttihama əsasən, S. Bədəlova A. Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A. Mirzəyevdən 434 min manat pul alıb. Sonradan isə ortada nə sevgi qalıb, nə də ki biznes.

Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah yağış yağacaq - HAVA PROQNOZU
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MN-dən Laçında itkin düşən hərbçilərimizlə bağlı AÇIQLAMA
Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Məlumatda bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat: “Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmalıdır”
“Dünyada iqtisadi böhran var və bu böhran Azərbaycana da təsir göstərir”.

Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, süni qiymət artımı çox ciddi problemə çevrilib:

“Bunun ölkəmizdə qarşısının alınması istiqamətində hökumət işlər görməlidir”.

Deputat xatırladıb ki, Rusiyada Azərbaycanın bir çox saytlarına girişə qadağa qoyulub:

“Azərbaycanda da “Sputnik-Azərbaycan" informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Ukraynanın azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb REGİON
Ukrayna Prezidenti Volodimir Zelenski bu günə qədər Rusiya hərbçilərindən azad edilən şəhər və kəndlərin sayını açıqlayıb.

Bu barədə “Zamantv.az” Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, ümumilikdə 931 yaşayış məntəqəsi azad edilib.

"Hazırda 931 yaşayış məntəqəsi işğaldan azad edilib. Bir çox şəhər və icmalar Rusiya ordusunun müvəqqəti nəzarəti altındadır, lakin şübhə etmirəm ki, bizim torpaqlarımızı azad etməyimiz zaman məsələsidir", - Prezident deyib.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasist ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə tanınmamış Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar