[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
[u][/u]Rusiya Ukraynanı sualtı qayıqlarla da vurur: “Kalibr” raketləri..
Rusiya Ukraynaya raket zərbələri endirmək üçün sualtı qayıqlardan da istifadə edir.

Zamantv.az xəbər verir ki, bu barədə Ukraynanın telegram kanalları məlumat yayıb.

Bildirilir ki, Rusiya qoşunları Qara dənizdə 4 sualtı qayıqdan “Kalibr” raketləri ilə Ukraynanı vurur. Məlumatda qeyd olunur ki, “Moskva” kreyserinin batmasından sonra sualtı qayıqlardan daha tez-tez istifadə etməyə başlanılıb.
Söhbət Rusiya sualtı qayıqlarının "877 Halibut” layihəsindən gedir. Raketlər həmin qayıqlardan 50 metrə qədər dərinlikdən buraxılır. Buna səbəb isə radarların və peyklərin onları effektiv şəkildə ələ keçirməsinə mane olmaqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Toy yeməyinə narkotik qatan qadın saxlandı
ABŞ polisi öz toyunda yeməklərə marixuana qatan qadını həbs edib.

Zamantv.az-ın xəbərinə görə, Florida ştatında toya gələnlər özlərində qəribə hal hiss ediblər.

Kiminin ağlına axmaq idetyalar gəlib, kimisinin başı gicəllənib, ya da ayaq üstə dura bilməyib. Lakin işin üstü ertəsi gün açılıb.
Qadının toyda iştirak edən dayısının halı pisləşsə də, arvadının vəziyyəti daha ağır olub. Təcili yardımla xəstəxanaya çatdırılan qadının qan analizi zamanı narkotik vasitə üzə çıxıb. Sağlam həyat tərzi keçirən qadının qonaqlıqdakı yeməklə narkotik vasitə qəbul etdiyi aşkara çıxdıqdan sonra polis hamını müayinəyə göndərib və nəticə eyni olub. Bu səbəbdən qadın həbs edilib, işə yaxın günlərdə məhkəmə qərar verəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bandotdel"in ələ keçirdiyi şirkət üzvləri: 34 nəfəri belə aldadıblar - VİDEO
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Zamantv.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə 34 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının ötən il noyabr ayında keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib. Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs ətrafında əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.

Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda AĞIR QƏZA: ölənlər var - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Zamantv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.
Azərbaycanda AĞIR QƏZA: ölənlər var - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda camış qadını öldürdü
Salyan rayonunda camış sağıcı qadını öldürüb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dayıkənd kəndindəki təsərrüfatda baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Göyçə Nəzərova camışı sağarkən iribuynuzlu heyvan təpiklə onu vurub. Ağır xəsarət alan qadın vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kişi küçədə gəzərkən ürəyi dayandı
Qubada küçədən meyit tapılıb.

Zamantv.az xəbər verir ki, hadisə bu gün şəhərin Natəvan küçəsində baş verib.

Məlumata görə, 62 yaşlı adı və soyadı hələlik bilinməyən kişi küçədə gəzərkən qəflətən halı pisləşərək yıxılıb və dünyasını dəyişib.

Onun hansı səbəbdən ölməsi dəqiq bilinmir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibə həqiqətinə görə Moskvanı tərk etməyə məcbur olan azərbaycanlı müəllimin köməyə ehtiyacı var
Moskvadan olan 28 yaşlı coğrafiya müəllimi həmyerlimiz Kamran Manaflı cinayət məsuliyyətinə cəlb olunacağından qorxaraq Rusiya Federasiyasını tərk etmək məcburiyyətində qalıb. O, şagirdlərinə Ukraynada “xüsusi əməliyyata” haqq qazandıran dövlət təlimatlarına əsasən müharibə haqqında danışmaqdan imtina edib.

Media.Az-ın məlumatına görə K.Manaflı aksiyadan olan fotosunu “Instagram” hesabında yerləşdirdikdən və “dövlət təbliğatının güzgüsü olmaq istəmədiyini” yazdıqdan sonra “əxlaqsız davranış”a görə məktəbdən qovulub. Bundan sonra isə böhtanlar başlayıb.

“Məktəbin direktoru Tamara Qordzeiko dedi ki, mənim 15 il həbsdə yatmağım üçün hər şeyi edəcək, çünki guya mən “vətən xainiyəm” və belə insanlar həbsdə olmalıdır. O, “Vahid Rusiya”dan olan bələdiyyə məclisinin üzvüdür. Ona görə də sözləri məni narahat etdi. Hekayəm dərc olunandan sonra onlar istədikləri hər şeyi mənə aid edə bilərdilər”, – müəllim “Meduza” nəşrinə müsahibəsində bildirib.

Hazırda çətin vəziyyətdə qalan K.Manaflı biganə olmayanlara müraciət edərək ona vəkillik xidmətinin haqqını ödəmək üçün dəstək göstərilməsini xahiş edib.

“Vəziyyət elə gətirdi ki, vətənimi tərk etməli oldum. Mən artıq Rusiyada müəllim işləyə bilmirəm. Rusiyada qalmaq çox təhlükəli idi. Ölkəni tərk etməyimdən demək olar ki, bir aya yaxın vaxt keçir. Bütün problemlərimi təkbaşına həll etməyə çalışdım, təəssüf ki, bacarmıram. Hazırda özüm və həyat yoldaşıma vəkil haqqını ödəmək üçün dəstəyinizə ehtiyacım var. Həm də bir çox müəllim mənimlə Rusiyanı tərk etdi, hər hansı bir kömək onlar üçün də faydalı olardı! Təşəkkür edirəm”, - deyə müraciətdə deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pomidorun bahalaşmasında PARADOKS - Ekspert “10 gün” dedi
Pomidorun bazar qiymətləri son on gündə gözlənilməz həddə artıb. Bir çoxları bunun obyektiv səbəblərdən qaynaqlandığını izah etməyə çalışsalar da, cəmiyyətdə bu məsələdə işbazların da əlinin olduğu fikri hökm sürür.

Bəs əslində nə baş verir, bahalaşma nə qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bu günlərdə pomidorun qiymətinin bahalaşma səbəblərinin tam bir paradoks təşkil etdiyini söyləyib.

Ekspert əlavə edib ki, bir müddət öncə Rusiyaya aparılan pomidorun tərkibində bəzi zərərli maddələr aşkar edildiyi üçün xeyli həcmdə məhsul geri qaytarılıb.

“Qaytarılan məhsullar həqiqi mənada ekspertizadan keçirilməlidir və əgər doğrudan da o pomidorlar sağlamlığımız üçün zərərlidirsə, onlar yerli bazara çıxarılmamalıdır. Yox, əgər Rusiyanın iddiaları doğru deyilsə, geri qaytarılmış pomidorların sayəsində yerli bazarda bolluq yaranmalı idi. Təbii ki, bu, qiymətlərin azalmasına gətirib çıxaracaqdı. Bu mövzuda yaranan suallarımıza aydınlıq gətirmək vəzifəsi birbaşa olaraq Qida Təhlükəsizliyi Agentliyinin üzərindədir”.

Ekspert pomidor qiymətlərinin artmasında istifadə olunan gübrə, dərman təyinatlı məhsulların dünya bazarında bahalaşmasının da səbəb olacağını bildirib:

“Digər bir halda gübrələrin və istehsal üçün lazım olan məhsulların bahalaşması da istisnasız olaraq istehlakçının xərclərini artırır və o da məhsulu bahalaşdırmağa məcbur olur”.

Bahalaşmanın mövsümi səbəblərlə də bağlı ola biləcəyini söyləyən ekspert son müddət ərzində havaların soyumasına diqqət çəkib:

“Mart ayının sonunda qarlı-şaxtalı hava və bundan sonra da davam edən soyuq hava şəraiti məhsulun planlaşdırıldığı vaxtda yetişdirilməsinə əngəl törədib. Bu da bir səbəbdir və qısa müddətdə bərpa olunacaq. Fikrimcə, 10 gün müddətində pomidorun qiymətində azalma baş verəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sənədlə Zəngəzuru, Göyçəni onlardan geri alacağıq" - Başqa yolu YOXDUR!
“Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll edib. Özü də təkbaşına, heç bir vasitəçi olmadan:

“Vasitəçilərə gəldikdə əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu əbəsdir, bunun heç bir mənası yoxdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməyib”, Ölkə rəhbəri bildirib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb”. Zamantv.az-ın məlumatına görə, Prezidentin Minsk qrupu ilə bağlı kifayət qədər sərt və açıq bəyanatını “Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev xatırladıb ki, 44 günlük qələbədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdi. Professor deyib ki, Azərbaycan dövlət başçısı ilk dəfə onda həmsədrlər barədə sərt ifadələr sərf etmişdi:

“Ölkə başçısı dolayı yolla həmsədrləri görmək istəmədiyini, sırf onların xahiş-minnətindən sonra “vasitəçiləri” qəbul etdiyini dedi. Prezident haqlı olaraq vurğuladı ki, həmsədrlərin yeganə məqsədi münaqişəni həll etmək deyildi, əksinə, erməni işğalını əbədiləşdirmək idi. Yəni de-fakto işğal altında olan torpaqlarımızı həmsədrlər de-yure müstəvisinə keçirməyə çalışırdı. Ancaq Azərbaycan dövləti buna imkan vermədi. Məqsəd Qarabağı Azərbaycana unutdurmaq, əvvəlki status-kvo ilə razılaşmağa məcbur buraxmaq idi. Dövlət başçısı Minsk qrupuna il yarım öncə qiymət vermişdi və onların əhəmiyyətsiz olduğunu bildirmişdi.

Sonra Rusiya həmsədrlik institutundan imtina etdi. Moskvanın bu addımı atmasının əsas səbəblərindən biri Azərbaycanla imzalanmış müttəfiqlik sazişi idi. Ondan sonra ABŞ bənzər qərar verdi. Hər iki dövlət öz həmsədrlərini bölgə üzrə nümayəndə təyin etdilər. Fransanın da başı seçki prosesinə qarışıb. Yəqin ki, E.Makron yenidən prezident seçiləndən sonra ermənilərdən üz döndərəcək. Nəhayət, erməni tərəfi də anlayacaq ki, hər bir dövlətin öz marağı var.

Ermənistan cənab Prezidentin xəbərdarlığından nəticə çıxartmalıdır. Ölkə rəhbəri İrəvana başa salmağa çalışır ki, ermənilər sülhdən imtina edərsə, sənədlə Zəngəzuru, Göyçəni onlardan geri alacağıq. Olmayan sovet hökumətinin qərarları bizi maraqlandırmır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ələkbərovun əlində özünün və ailəsinin səhm paketi var, ona görə də...” - TƏFƏRRÜAT
Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. ““Lukoyl” ASC-nin prezidenti və Direktorlar Şurasının üzvü Vahid Yusifoviç Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək barədə qərarı ilə bağlı ASC-ni məlumatlandırıb”, - deyə açıqlamada vurğulanıb.

Bildirilir ki, martın 31-nə olan məlumata görə, Ələkbərov “Lukoyl” şirkətinin səhmlərinin 3,12%-nə nəzarət edirdi. Bundan əlavə, sahibkar etimad və investisiya fondları vasitəsilə səhmlərin 5,43%-ində benefisiar iqtisadi marağa (səsvermə hüququ olmadan) malik idi. Qeyd edək ki, Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib. Bundan əlavə, sahibkar “Spartak” futbol klubuna nəzarət edir.

Vahid Ələkbərovun gedişinin səbəbləri nədir? Bundan sonra şirkəti nə gözləyir? Bunun Azərbaycana təsirləri olacaqmı?

Yada salaq ki, bir müddət öncə Böyük Britaniya Vahid Ələkbərova qarşı sanksiya tətbiq edib. O, Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir. “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Məlumat üçün bildirək ki, 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “Lukoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən Lukoyl şirkətinə prezidentlik edib. Vahid Ələkbərov rəsmi olaraq dünyanın ən varlı azərbaycanlısı hesab edilir. Dia.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova birbaşa sanksiyalar tətbiq olunub: “Ən kəskini isə Britaniya tərəfindən tətbiq olunub. Bu sanksiyalar nəticəsində Vahid Ələkbərovun xaricə səfərləri, müəyyən müqavilələrin imzalanması, hansısa layihələrdə iştirakı mümkünsüzdür. Ona görə də fərdi sanksiyalar olduğu üçün ”Lukoyl" kimi özünün qurduğu şirkətin idarə etməsindən ən azı formal olaraq kənarlaşır. Sənədlərdə artıq nə İdarə Heyətində təmsil olunacaq, nə də baş direktor olacaq. Amma bu o demək deyil ki, “Lukoyl”un idarəetməsində kənardan iştirak etməyəcək. Çünki əlində özünün və ailəsinin səhm paketi də var. O, səhmdar olaraq müəyyən idarəetmədə qərarların verilməsinə qatılacaq. Ona görə də əsas səbəb sanksiyalardır. Sanksiyalardan müəyyən dərəcədə şirkəti qorumaq üçün, şirkətin xarici aktivlərində müəyyən problemlərin yaranmasının qarşısını almaq üçün bu addımı atıb. Təbii ki, bunun “Lukoyl”a təsiri olacaq.

Söhbət tək Vahid Ələkbərovun getməsindən, idarəetməni tərk etməsindən getmir. Ümumiyyətlə, sanksiyaların Rusiyanın neft-qaz sektoruna kəskin təsirləri olacaq. İstər satışların həcminə təsirindən, istərsə də təmir-tikinti işlərində müəyyən avadanlıqların alınmasında kifayət qədər ciddi problemlərin olması gözlənilir. Ona görə də özünün fərdi qaydada məsuliyyətini nəzərə alaraq kənarlaşsa da, şirkətlə bağlı problemlərin davamlı olacağı ehtimalı kifayət qədər yüksəkdir.

O ki qaldı Azərbaycanla münasibətlərə, “Lukoyl”un ölkəmizdə neft-qaz sektorunda bir neçə layihəsi var. Bank sektorunda “Lukoyl” Şirkətin, yəni Vahid Ələkbərova aid qrupun aktivləri var. Onlara hansısa ciddi təsirin olacağını düşünmürəm. Çünki bu təsirləri minimallaşdırmaq üçün Azərbaycan da müəyyən işlər görür. Birincisi, sanksiyalara biz qoşulmamışıq. Sanksiyalara qoşulmamaq müəyyən üstünlüklər verir. İkincisi də, Azərbaycan bu sanksiya məsələsində daha ehtiyatlı davranır, ona görə də Azərbaycanın maraqlarına ziyan vura biləcək hansısa bir müqavilələrdə, yaxud əməkdaşlıqda çox güman ki, ölkəmiz iştirak etməyəcək. Amma indi davam edən layihələrə ciddi təsir edəcəyini düşünmürəm. Onsuz da “Lukoyl”un Azərbaycanın neft-qaz layihələrində payı o qədər də böyük deyil. Ona görə də ciddi ziyan vuracağını da açığı təsəvvür etmək çətindir. Bəzi layihələrdə hətta 2-3 faizi keçmir".

XƏBƏR LENTİ

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi