[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktorunun rüşvət istədiyinə dair səs yazısı yayıldı
Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

"Zamantv.az" Oxu.Az-a istinadən xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.

Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda “Omicron” ştamı sürətlə yayılmağa başlayıb - RƏSMİ
Azərbaycanda koronavirusun “Omicron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən "Zamantv.az"a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirir ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir:

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır:

“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aparıcının həyat yoldaşını qətlə yetirən şəxslər SAXLANILDI - YENİLƏNİB
Aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu ötən gecə Bakırköydəki balıqçı restoranında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

"Zamantv.az" xəbər verir ki, xəstəxanada dünyasını dəyişən Şafak Mahmutyazıcıoğlunun qətli ilə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə axtarılır.

Bildirək ki, vəkilin ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

***09:31

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

Zamantv.az xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR
Zamantv.az günlər Ukrayna ilə Rusiya arasındakı gərginlik pik həddə çatıb. Kiyev və Moskva bir-birini təhdid etməklə məşğuldur. ABŞ Kiyevdəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb. NATO “açıq şəkildə kömək etməyəcəyik” deyə bəyanat verib. Britaniya isə durmadan Ukraynaya silah daşıyır.

Bəs, müharibə ehtimalı nə qədərdir? Azərbaycan və Türkiyə tandemi bu savaşda kimin yanında olacaq?

Suallarımıza politoloq Cümşüd Nuriyevlə cavab tapmağa çalışdıq.

C.Nuriyev Publika.az-a müsahibəsində bildirdi ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalı hazırda 60-70 faizdir.

– Cümşüd müəllim, Ukrayna ilə Rusiya arasında müharibə ehtimalı hazırkı durumda nə qədərdir?
– Hər iki tərəfin münasibətlərindən görünən odur ki, tərəflər bir-birini hədələyir. Amma Qərb-İngiltərə və ABŞ mətbuatı üçün artıq müharibə “başlayıb”. Yəni, iki qütb arasındakı məsələləri təqdim etməklə məşğuldurlar. Hətta Qərb mediası desant qüvvələrinin də şəkillərini paylaşıb ki, guya ruslar desant itlər alır. Amma fikrimcə, müharibə olması ehtimalı yüksəkdir. Çünki burada iki məsələ var. Birincisi, Ukraynanın başqa çıxış yolu qalmayıb. İkincisi, Rusiyada sosial gərginlik var və həmin gərginliyi hərbi müstəviyə keçirmək Prezident Vladimir Putinə sərf edir. Çünki Kremlin strategiyasında sosial qarşıdurmanın yeni inqilaba gətirib çıxarması kimi xarakterizə olunur. Ona görə də Ukrayna ilə Rusiya arasındakı müharibə ehtimalı hələ ki, çox yüksək qalır. Hazırkı duruma görə, müharibənin olma ehtimalı 60 faizdir. Hətta deyərdim ki, 60-70% arasındadır.
Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR
Ukrayna müharibə istəyirmi?

– İş orasındadır ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov, həm də Xarici İşlər naziri Dmitri Kulebanın bəyanatları, məsələlərə münasibətləri daha çox qorxaq uşaq statusundadır. Yəni, Ukrayna Rusiyanı hədələsə də, geri çəkilmək qorxusu ilə bəyanatlar verir. Bəlkə də onların bəyanatlarını ruslar bizə o cür təqdim edirlər. Amma bütün hallarda bəyanatlar ukrayn dilindədir, ona görə də onların nə dərəcədə dəqiq ifadə olunduğunu deyə bilmərəm. Ukraynanın bəyanatlarının rus dilindəki tərcüməsinə baxdım, görünən odur ki, Vladimir Zelenskinin hakimiyyətində çalışanlar bir növ siyasi cəhətdən təcrübəsizdir. Qarşı tərəfdə xisləti hiyləgər və xarakteri həddindən artıq mürəkkəb Sergey Lavrov var.

– Danışıqlar müstəvisində Sergey Lavrov amili nə dərəcədə təhlükəlidir?

– Sergey Lavrov dünən Dövlət Dumasında Ukrayna ilə münasibətləri gündəmə gətirdi. Həm kommunistlər, həm də Rusiya Liberal Demokrat Partiyasının (RLDP) təmsilçiləri xarici işlər nazirinin mövqeyini dəstəklədilər. Görünən odur ki, Rusiya qanunvericilik səviyyəsində də müharibə istəyir.

– NATO Ukraynanı Rusiya ilə savaş meydanında təkbaşına buraxdı, yoxsa başqa səbəblər var?

– Hətta Azərbaycanda bir çox siyasətçilər bəyan etmişdi ki, NATO Ukraynanı öz ordusu ilə dəstəkləməyəcək. Bu, birmənalıdır. Çünki bu, NATO nizamnaməsinin beşinci bəndində də öz əksini tapıb. Orada qeyd olunur ki, ancaq bu təşkilata üzv olan dövlətlərdən birinə kənar müdaxilə baş verərsə, canlı qüvvədən istifadə həmin vaxt mümkün ola bilər. Bu da mümkünsüzdür. Ona görə ki, Ukrayna NATO üzvü deyil. İndiki halda ən çox İngiltərə canfəşanlıq edir. Bir də Birləşmiş Ştatların canfəşanlığını görmək mümkündür. Çünki onların hərbi elitasının Rusiyada maraqları var. Nəzərə alaq ki, Rusiyada neftçıxarma sahəsi üzrə ingilis şirkətləri də var. Bunlar transmilli şirkətlərdir. Görünən odur ki, son hadisələrdə İngiltərə daha çox maraqlıdır. Təbii ki, NATO hazırda dişsiz siyasət yürüdür. Guya, bu vaxta qədər NATO Rusiyaya qarşı dayanmışdı. Amma görünən mənzərə fərqlidir. Bizdə belə bir misal var, sən vur, arxanda durmuşam və ya dayanmışam dağ kimi, əsirəm yarpaq kimi… Əslində, NATO heç nə etməyəcək. Hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya maliyyə yardımı göndərməklə məşğuldur. Bu yardımların həcmi o qədər də böyük deyil. Almaniya cəmi 5 milyon avro və səhra hospitalı verir. Fransa ümumiyyətlə, oyundan kənarda qalıb. Xorvatiya isə öz ordusunu geri çəkir. Əsas yaxacıran tərəflər Polşa və İngiltərədir. Amma Polşanın da maliyyə imkanları məhduddur. Ordu ilə savaşa girməsi isə hərbi müdaxilə deməkdir.

– O zaman Qərbin və NATO-nun Ukrayna məsələsində əsas maraqları nələrdir?

– NATO istəyir ki, Ukraynanın özü Rusiya ilə vuruşsun. Onların marağı qırılası da deyil. Onların Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, demokratikləşməsi kimi maraqları yoxdur. NATO-nun əsas marağı Rusiyanı zəiflətməkdir. Qərb Rusiyanı çökdürməyə çalışır. Beləliklə, Rusiyanın resurslarına sahiblənmək istəyirlər. Eyni zamanda, Rusiya və Çin duetini təkləməyə çalışırlar. Bu iki duet Qərb və NATO üçün çox təhlükəlidir. Qərbin və NATO-nun hərəkətləri Moskva-Pekin tandemini təkləməyə xidmət edir. NATO bundan başqa heç nə etməyəcək.

– Xarici ölkələr səfirlik əməkdaşlarını, ümumiyyətlə, vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb. Bu, nədən xəbər verir?

– Bu, Birləşmiş Ştatların çoxdan istifadə olunmuş taktikasıdır. Kissincerin əsərlərində də var; hər hansı bir ölkədə qorxu yaratmaq, başqa ölkələrlə həmin dövlətin münasibətlərini korlamaqdan ötrü belə bir diplomatik gedişdən istifadə edirlər. Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” əsərində də Amerikanın bu taktikası bəyənilir. ABŞ hazırda Ukraynada müharibə ehtimalını artırmaqla məşğuldur. Müharibənin baş verəcəyi yox, olma istəyi bunu gündəmə gətirir. 5-6 diplomatik heyəti geri çəkmək heç nəyi dəyişmir. Amma Kiyevdə 5-6 dövlətin konsulluğu, səfirliyi yoxdur. Bildiyimə görə, orada 70-dən çox ölkənin səfirliyi var. Bizdən fərqli olaraq Ukraynada başqa ölkələrin səfirlikləri çoxdur. Sual olunur, bəs niyə Asiya, Afrika, Cənubi Amerika ölkələri öz səfirliklərini geri çəkmir?! Bir neçə Qərb ölkəsi və ABŞ səfirliklərini Kiyevdən geri çəkir. Görünən odur ki, bu ssenarinin başında anqlo-sakslar dayanır. Rusiyaya qarşı gələnlər də onlardır. Əgər tarixə nəzər salsaq, görərik ki, nə vaxt anqlo-sakslar hansı dövlətin üzərinə gəliblərsə, mütləq oranı qarışdırıblar. Ən azından maraqlarını 70-80% təmin ediblər. Hazırda anqlo-saksların regionda əsas maraqları iqtisadi xarakterlidir. Çünki pandemiyadan sonra Çin çox sürətlə önə keçib. Obrazlı desək, ABŞ-ın tavanı ilə dabanı pandemiyadan sonra bərabər olub. Nə istehsal edə bilirsə, o qədər ümumi daxili məhsulu var. Üstəlik, bir o qədər də borcu mövcuddur. Söhbət 21 trilyonluq borcdan gedir. Ümumi daxili məhsulu da elə bu qədərdir.

– Almaniyanın Ukraynaya qarşı soyuq davranışı nədən xəbər verir?

– Bəli, burada Almaniya oyundankənar qalır. Berlin Moskva ilə münasibətlərini korlamaq istəmir. Almaniya başa düşür ki, bütün müharibələrin arxasında zaman-zaman İngiltərə olub. Birinci və İkinci Dünya müharibələrinə baxmaq kifayətdir. İngilis-bur müharibələrindən tutmuş, ingilis-fransız müharibələrinə qədər. Son 500 ildəki bütün müharibələrin hamısını ingilislər həyata keçirib. Bu müharibələrin hesabına heç bir resursu olmayan dövlət hazırda dünyada ən varlı ölkədir. Britaniya hazırda dünyada milli valyutası ən dəyərli olan dövlətdir. İngiltərəyə indi yeni ərazilər lazımdır ki, işğal olunmuş yerlərdən yeni təbii sərvətlər gətirilsin. Ötən əsrin əvvəllərində Azərbaycandan aparılan təbii sərvətlər indi-indi üzə çıxır. İndi dünyanın müxtəlif muzeylərində sərgilənir. Elə İraqdan, Suriyadan, Əfqanıstandan da o cür apardılar. İndi İngiltərəyə yeni bazar lazımdır. Bu, istila bazarıdır. Bu da ən yaxşı halda Rusiyadır. Çünki dünya resurslarının 21 faizi Rusiyada cəmlənib. Yəni, bütün müharibələr iqtisadi maraqlardan doğub. Hazırda yeni dünya düzənini formalaşdırmaq istəyən anqlo-sakslar həmin düzəndə Rusiyanı görmək istəmirlər. Ona görə də çalışacaqlar ki, müharibə olsun.

– Əgər müharibə başlayarsa, Azərbaycanın və Türkiyənin mövqeyi necə olacaq?

– Azərbaycan Prezidenti yanvarın 14-də Kiyevə səfər etdi. Bundan da əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutmuşdu. Hətta Ərdoğanın fevral ayında da Ukraynaya səfəri gözlənilir. Bakı və Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Ukraynanın halal ərazisi olduğunu həm Bakı, həm də Ankara qəbul edib. Ona görə də müharibə olarsa, Azərbaycan və Türkiyə Ukraynaya diplomatik dəstək verəcək. Bundan artıq addım atılacağına inanmıram.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SON DƏQİQƏ! Rusiya bu ölkəyə qarşı döyüş gəmiləri ilə HƏRƏKƏTƏ KEÇDİ – Hökümətdən ETİRAZ
Rəsmi Dublin Rusiyanın İrlandiya sahillərində təlim keçirməsinin nadir mavi balinalar da daxil olmaqla dəniz canlılarına zərər verə biləcəyindən narahatdır.

Zamantv.az xəbər verir ki, İrlandiyanın dövlət naziri Malkolm Nunan Rusiyanın Dublindəki səfiri Yuri Filatova məktub yazaraq narahatlığını bildirib.

O, məktubunda Rusiyanın təliminin bəzi dəniz növləri üçün fəlakətli ola biləcəyini qeyd edib.

Nunan təlimin necə həyata keçiriləcəyini dəqiq bilmədiklərini, amma dəniz radarları kimi hərbi cihazların səslərinin nadir balina növlərinə böyük zərər verə biləcəyini deyib. Onun sözlərinə görə, belə radarlarının çıxardığı səslər balinalar kimi məməlilərin eşitmə sistemini zədələyərək qalıcı ziyana və hətta ölümə səbəb ola bilər.

Rusiyanın hərbi dəniz təlimi gələn ay İrlandiyanın cənub-qərb sahillərindən təxminən 240 kilometr aralıda keçiriləcək.

İrlandiya müdafiə naziri Saymon Koveni də real döyüş sursatından istifadə ediləcək təlimdən narazı olduqlarını, amma bunun qarşısını almağa güclərinin olmadığını bildirib.

Rusiyanın hərbi dəniz təlimi Ukraynaya görə Moskva ilə Qərb arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir.

Rusiyanın İrlandiyadakı səfiri Yuri Filatov isə narahatlıqları həddindən artıq şişirdilmiş hesab etdiyini bildirib və planlaşdırılan təlimin İrlandiya və ya digərləri üçün təhlükə olmadığını söyləyib. Filatov təlimdə 3-4 gəminin iştirak edəcəyini açıqlayıb./teleqraf/


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ
Zamantv.az - Ölkə mediasında və sosial şəbəkələrdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı korrupsiya əməlləri barədə xəbərlər artmaqdadır. Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub. Az əvvəl Zamantv.az olaraq gununsesi.info-ya istinadən xəbər vermişdik ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hafiz Məmmədovun nə qədər vergi borcu var? - MƏBLƏĞ
İş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödədiyini desə də, hələ də əhəmiyyətli məbləğdə vergi borcu var. Zamantv.az qaynarinfo-ya istinadla xəbər verir ki, Hafiz Məmmədova məxsus "Baghlan Group FZCO” şirkətinin bu günə olan vergi borcu 24 053.11 AZN-dir.
Hafiz Məmmədovun nə qədər vergi borcu var? - MƏBLƏĞ
"Hafka" ləqəbli iş adamı bu gün Qaynarinfo-ya açıqlamasında bildirmişdi ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcu olub. Həmin borcu da ödəyib: "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

İş adamı həmçinin qeyd edib ki, onun şirkətlərinin heç vaxt vergi borcu olmayıb: "Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm”.

Bu açıqlamadan sonra Hafiz Məmmədovun saxlanılması barədə rəsmi məlumat yayılıb. Beləliklə, aydın olur ki, iş adamının saxlanılması heç də əsassız deyilmiş.

"Baghlan Group FZCO" şirkəti 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Şirkətin yaradısıcısı Hafiz Məmmədovdur. Bu şirkət Ziya Məmədovun dövründə Nəqliyyat Nazirliyinin əsas partnyoru olub. Təsadüfi deyil ki, həmin vaxt mediada "Baghlan Group FZCO” şirkətinin Ziya Məmmədova məxsus olduğu iddia edilirdi.

Hafiz Məmmədovun iş adamı kimi "ulduzunun” sönməsi də Ziya Məmmədovun hakimiyyət komandasında arzuolunmaz şəxs hesab edilməsindən sonraya təsadüf edir.

"Baghlan Group FZCO”ya "Arcon” MMC və "Garant Holding” də daxildir. Hər iki şirkətin Ziya Məmmədova məxsus olduğu bildirilir.

Bu şirkətlərin də vergi borcu var. Lakin məbləğ o qədər də böyük deyil. "Arcon” MMC-nin bu günə olan vergi borcu 1576.94 AZN, "Garant Holding”in vergi borcu isə 141.84 AZN təşkil edir.

Bəzi iddialara görə, bu şirkətlər artıq Ziya Məmmədovdan alınıb. Lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni qanun haqsız rəqabətin qarşısını ala biləcəkmi? - Ekspert danışır
Noyabrın 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanunlara dəyişikliklərin ediləcəyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Belə ki, komitə sədri Tahir Mirkişili parlamentin yaz sessiyasında “Haqsız rəqabət haqqında” qanuna dəyişikliklərin ediləcəyini qeyd edib.

Bəs, bu dəyişikliklər bazarda rəqabətin inkişafında nə kimi imkanlar yaradacaq? Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı daha geniş tədbirlər görülməsinin vacibliyini qeyd edib.

Ekspertin sözlərinə görə, ilk növbədə “Rəqabət məcəlləsinin yaradılmasına ehtiyac var:

“İlk növbədə Rəqabət məcəlləsi qəbul olunmalıdır. Həmin məcəllə 2008-ci ildən bəri parlamentin rəflərində qalıb və təəssüf ki, hələ də qəbul olunmur. Öncə bu məcəllə və sonra da bütün qanunvericilik aktları, o cümlədən “Haqsız rəqabət haqqında” qanun da bu məcəllə ilə uyğunlaşdırılmış şəkildə qəbul olunmalıdır. İstər yenidən, istərsə də düzəlişlər formasında.

Təməl Rəqabət məcəlləsinin özü olmalıdır. Əgər bu təməl olmayacaqsa, bünövrəsi sağlam olmayan hansısa qanunvericilikdə dəyişikliklər etməklə problemi həll etmək mümkünsüz olacaq.

Ona görə də, ilk növbədə parlament, nəhayət ki, Rəqabət məcəlləsini rəfdən alıb diqqətlə müzakirəyə çıxarmalı, eyni zamanda ictimai müzakirələr təşkil olunmalıdır. Rəqabət məcəlləsi qəbul olunduqdan sonra əlaqədar qanunvericilik aktları həmin məcəlləyə uyğunlaşdırılmalıdır”.

Natiq Cəfərli sağlam rəqabətə maneə törədən əsas faktorun məmurların biznesə müdaxiləsi olduğunu qeyd edib:

“Rəqabətlə bağlı Azərbaycanda ən böyük problem məmur biznesi ilə bağlı olur. Bu haqda ən yüksək səviyyədə də zaman-zaman açıqlamalar verilib. Nəticə etibarilə, məmurların biznesdə hegemon rol alması onlara bağlı biznes strukturlarının faəliyyəti rəqabətsizlik mühiti üçün şərait yaradır. Məmurlara bağlı şirkətlər, inzibati resurslardan istifadə edərək haqsız rəqabətdə önə çıxırlar. Onlar daha çox tender udurlar, ölkəyə daha çox mal gətirə bilirlər. Bir sözlə, daha böyük üstünlüklərə malik olurlar.

Bizdə zatən bu qanunvericilikdə var, lakin buna tam da əməl olunmur. Məmurların biznesə qadağası çox sərt şəkildə qanunvericilikdə təsbit edilməli və nəzarət mexanizmləri yaradılmalıdır ki, məmurlar öz biznes fəaliyyətləri ilə haqsız rəqabətə yol açmasınlar”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə Şahin Mustafayevi Baş nazirin müavini təyin edərkən məmurların biznesə müdaxiləsi məsələsinə bu cür münasibət bildirmişdi:

"Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yeganə ölkəyik ki, Baş qərargah rəisi ağır cinayətdə ittiham edilir" - Kazinyan
"Ermənistan dünyada ilk ölkədir ki, Silahlı Qüvvələrin Baş qərargah rəisi xüsusilə ağır cinayət törətməkdə ittiham olunur". Zamantv.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Hayastan” fraksiyasının deputatı Artur Kazinyan yerli mediaya verdiyi açıqlamada məlumat verib. O, ölkəsində baş verən arzuolunmaz proseslərdən gileylənib.

Artıq iki aydır ki, adı cinayət işində hallanan Davtyan Ermənistan Respublikasının Silahlı Qüvvələrinə rəhbərlik edir. Ermənistan Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Silahlı Qüvvələr müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir. Və bu dərəbəylik, özbaşınalıq vəziyyətində sabah biz Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər, dağıdın, sona qədər məhv edin...

Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Onun əli olduğu iddia edilən cinayət işlərində Baş qərargah rəisi Davtyanın da adı keçir. Artak Davtyan isə bu günlərdə istifadəyə yararsız aviasiya sursatlarının alınması ilə bağlı həmin cinayət işi çərçivəsində ifadə verməkdən imtina edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Əbiyev HARALARDADI…
Zamantv.az xəbər verir ki, modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin harada olduğunu öyrənməyə çalışıb.

Rubrikamızın keçmiş müdafiə nazirini gündəmə gətirməsi təsadüf deyil. Çünki 27 yanvar tarixi Səfər Əbiyevin doğum günüdür. Bu gün onun 72 yaşı tamam olub.

Son vaxtlar mətbuatda eks-müdafiə naziri ilə bağlı xeyli təsdiqlənməmiş xəbərlər yazılır. Bu xəbərlərin içində onun xaricə çıxıb getdiyi barədə iddialar da yer alır.

Ancaq Səfər Əbiyev bu yaxınlarda - 11 yanvar 2022-ci il tarixində Bakıda keçirilən kiçik bir tədbirdə iştirakı onun xaricdə olduğu barədə xəbərləri təkzib etdi..

Qeyd edək ki, sözügedən tədbir eks-müdafiə nazirinin də üzv olduğu "Dədə Qorqud" Milli Fondu tərəfindən təşkil olunmuşdu. Həmin tədbir Fondun təsis etdiyi beynəlxalq ordenin Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğluna təqdim edilməsi ilə bağlı idi.

Səfər Əbiyevin özü ilə danışa bilməsək də, onun dostu Eldar Sabiroğlu ilə əlaqə saxlayıb eks-nazir haqqında xəbər aldıq.

“Səfər Əbiyev heç yana getməyib, Azərbaycandadır. Dünən gecə yaxın dostuma zəng vurub ad günü münasibətilə onu təbrik etmişəm”,- E.Sabiroğlu bildirib. Keçmiş mətbuat katibi eks-nazir haqqında yayılan digər şayiələri də təkzib edib.

Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında doğulub.

1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin 1-ci müavini, müdafiə naziri vəzifəsinin icraçısı vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Eks-nazirin iki oğlu var.

General-polkovnik S.Əbiyev 1995-ci ildə "Azərbaycan Bayrağı", 2003-cü ildə “Azərbaycan Bayrağı", 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu