[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüzbəyov hiddətləndi: - “Kişinin qoluna qandalı gərək kişi vursun!"
"Zəhər Tuluğu" bədii filminin quruluşçu rejissoru və qəhrəmanı Taleh Yüzbəyov sosial şəbəkədə paylaşım edib. Zamantv.az "Sherg.az"a istinadən xəbər verir ki, aktyor, rejissor T.Yüzbəyov "Zəhər Tuluğu" filmindən sonra yazılan şərhlərə aydınlıq gətirib:
"Neçə müddətdən sonra keçən ilin sonu "Zəhər tuluğu" filmimizi də böyük ekranlara çıxarda bildik. Şükür, çıxan gündən səs-küyə səbəb oldu. İnsanlar filmə baxdılar, tərifləyənlər də oldu, müzakirə edənlər də, bəyənməyənlər də. Bu normaldır. Hamı hər şeyi bəyənməyə məcbur deyil. Biz nə çəkdiyimizi, necə çəkdiyimizi və niyə çəkdiyimizi bilirdik.

Filmimiz artıq neçə həftədir, Azərbaycanda kinoteatrlarda ən çox baxılan filmdir. Əlbəttə, məni çox sevindirir. Filmdən çıxan insanların mənə xoş sözlər yazırlar. Bu məni lap çox sevindirir. IMDb reytinqimiz 9,4-dür. Hardasa iki minə yaxın səslə. Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır. Biri üstüörtülü status yazıb, bizim filmi və filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə getmirlər, biri piktoqrafik status paylaşıb, öz aləmində “söz soxur”, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır. Bax, sizi başa düşə bilmirəm. Tamaşaçı bəyənməyib status yaza bilər. Bu, onun haqqıdır. Siz də bəyənməyə bilərsiniz. Bu, sizin də haqqınızdır. Amma belə yarı-yapalaq “nifrət püskürmək” sizin işiniz deyil. Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax film belə çəkilməlidir. Sevinməyən köpəyoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox".

Rejissor bədii filmi dövlət büdcəsi hesabına ərsəyə gətirmədiklərini vurğulayıb:

"Biz bu filmi dövlət hesabına çəkməmişik. Büdcə vətəndaş vergisindən formalaşmayıb. Bu film özümüzün pulumuz və sponsorların hesabına ərsəyə gəlib. Heç kəsə də zorla bilet satmırıq. İnsanlar öz xoşları ilə pullarını verib, filmə baxırlar. Heç kəsi də məcbur etmirik ki, bizə xoş sözlər yazın. Vallah özləri yazırlar. Çünki həyatda elə şeylər var , onları pulla, nifrətlə, paxıllıqla almaq olmur. Bu sevgidir. Tamaşaçı sevgisi. Sizə də həmin sevgidən arzulayıram.

Atları yəhərləyin" filmində bir səhnə var. Qaçaq Nəbini tuturlar, qoluna qandal vuranda, onu həbs edən adam atdan düşür və deyir ki: "Haqlısan, Nəbi! Düşmən də olsaq haqlısan! Kişinin də qoluna qandalı gərək kişi vursun!".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputatın firması məhkəməyə verildi - SƏBƏB
Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən “Diplomat-I” Firmasını məhkəməyə verib.
Zamantv.az : - “Kriminalqafqaz”a istinadən xəbər verir ki, firma 44 min manata yaxın vergi borcundan yayınmaqda ittiham olunur.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. Cavabdeh qismində “Diplomat-I” firması və İsgəndər Qasımov tanınıb.
Xatırladaq ki, Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib. 2008-2010-cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.
Qeyd edək ki, hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi “Hipp” qidalarıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Həsənov son söz üçün məhkəmədən vaxt İSTƏDİSabiq baş prokuror və eks-səfir Eldar Həsənovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yanvarın 14-də vəkillərin müdafiə çıxışları ilə davam edib.

Zamantv.az : - saytı Novator.az-a istinadən xəbər verir ki, vəkillər Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev Eldar Həsənova bəraət verilməsini, onun azadlığa buraxılmasını istəyiblər. Müdafiə çıxışlarında qeyd olunub ki, məhkəmə istintaqı zamanı Eldar Həsənova qarşı bütün ittihamların qanunsuz, əsassız, absurd olduğu tam sübuta yetirilib.

Beş saat çəkən iclasın yekununda hakimlər Eldar Həsənova son söz söyləməyi təklif ediblər. Eldar Həsənov son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Onda hakimlər növbəti prosesin yanvarın 17-də keçirilməsinə təkid ediblər. Eldar Həsənov, həmçinin vəkillər belə qısa müddətdə son sözə hazırlaşmağın texniki cəhətdən mümkünsüz olduğunu deyiblər. Bundan sonra növbəti iclasın yanvarın 21-nə təyin olunması qərarı çıxarılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun məhkəməsi 2021-ci il sentyabrın 3-də başlayıb. Prosesi Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev aparır.

2022-ci il yanvarın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini, onun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını təklif edib.

Təklifdə Eldar Həsənova məxsus olduğu iddia edilən bəzi əmlakların (Bakının Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonundakı mənzil, Yasamal rayonundakı mənzil, Nərimanov rayonundakı mağaza, Xətai rayonundakı fərdi yaşayış evi, Abşeron rayonunun Novxanı qəsəbəsindəki torpaq sahəsi, Monteneqrodakı mənzil) müsadirəsi də yer alıb.

Eldar Həsənov 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənovun ibtidai istintaqını Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Ona 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları qəbul etmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Minsk qrupunu arxivə göndərir - İNCƏLƏMƏ...
Zamantv.az : - "Rusiya ilə ABŞ və Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq.

Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl - keçən il, mənim fikrimcə Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu. Yəni prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir. Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur. Təcrübə məsələsinə gəldikdə isə, təcrübə yaxşı şeydir, lakin o halda ki, bu, müsbət təcrübə olsun. Buna görə düşünürəm ki, onlar özləri bir şey fikirləşib tapmalı, bir qərara gəlməlidirlər", - Dövlət başçısı qeyd edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 24 mart 1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik etmək üçün yaradılmışdı. Lakin onlar 30 ilə yaxın müddət ərzində bununla bağlı heç bir addım atmadılar. Həmçinin erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalı olduğuna dair qətnamələrin icrası üçün də səy göstərmədilər. Nəticə etibarilə, Azərbaycan Ordusu beynəlxalq qətnamələri özü icra etdi. Artıq Qarabağ münaqişəsi bitib və biz torpaqlarımızı işğaldan azad etmişik. Yəni Ermənistan və Azərbaycan arasında da ATƏT-in vasitəçiliyinə ehtiyac qalmayıb. Bu səbəbdən Azərbayacn tərəfi dəfələrlə ATƏT-in Minsk qrupundan imtina etmək istədiyini bəyan edib.

ATƏT-in Minsk Qrupu tezliklə rəsmən ləğv oluna bilərmi? DİA.AZ-ın məlumatına görə, “Cümhuriyət”ə açıqlamasında politoloq Qabil Hüseynli deyib ki, ATƏT-in Minsk qrupunun ləğvi mümkündür:

“Azərbaycan artıq ATƏT-in Minsk qrupunun xidmətindən istifadə etmir. Onlar, ümumiyyətlə 28 ildə heç nə edə bilmədilər. Buna rəğmən, Minsk qrupu indiyə qədər nizamnamə, sərhədlərin müəyyənləşdirilməsi prosesi və sülh müqaviləsi mətninin hazırlanmasında iştirak etmək üçün cəhd edib. Lakin Azərbaycan tərəfi bunları qəbul etmir. Onlar daha əvvəl bu prosesə müdaxiləyə çalışanda Qarabağın statusu məsələsini ön plana çıxartdılar. Bunun nəticəsində isə Azərbaycan ATƏT-in Minsk qrupundan tamamilə imtina etdi. Çünki onların burada görəcəyi işlər yoxdur. ATƏT-in Minsk qrupu BMT-nin qətnamələrini yerinə yetirməli idi, amma bunu Azərbaycan Ordusu etdi”.

Ekspert bildirib ki, bundan sonrakı sülh prosesi isə Rusiyanın moderatorluğu ilə aparılacaq:

“Üstəlik, tərəflər “3+3” formatında regional məsələləri həll etmək niyyətindədirlər. Ona görə də ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, tərəflərdən biri imtina edirsə, ATƏT-in Minsk qrupunun ləğvi üçün əsas yaranır. Hətta bu barədə ATƏT-ə də müraciət edilib. Bildirilib ki, bölgədə artıq işğal prosesi başa çatıb, sərhədlərin delimitasiyasi və demarkasiyası, kommunikasiyaların açılması, sülh sazişi istiqamətində Rusiyanın moderatorluğu ilə proseslər gedir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Diplomatik turizmi davam etdirə bilərlər, amma...” - REAKSİYA
Zamantv.az : xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının jurnalistlərin suallarını cavablandırarkən toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti olub:

“Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik.Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər”.

İkinci Qarabağ müharibəsindən əvvəl və sonra ATƏT-in Minsk Qrupunun münaqişənin həllindəki “parlaq” fəaliyyəti hər kəsə bəllidir. Maraqlıdır, bu qurum öz fəaliyyətini hazırda hansı istiqamətdə davam etdirə bilər? DİA.AZ-ın məlumatına görə, millət vəkili Asim Mollazadə də “Sherg.az”a bildirib ki, ATƏT-in Minsk Qrupu bundan sonrakı mərhələdə öz diplomatik turizmini davam etdirə bilər:

“Qarşıdakı illərdə onlar müxtəlif dünya ölkələrinin paytaxtlarında müzakirələr keçirib öz təkliflərini hazırlaya bilərlər. Qurumun təqribən növbəti 50,100 il müddətində yeni təkliflər üzərində çalışmaq imkanları var”.
A.Mollazadəyə görə, bundan sonra qurum tərəfindən humanitar sahədə eləcə də tərəflərdə bir-birinə qarşı inam hissinin artırılması istiqamətində müvafiq tədbirlər görülə bilər:

“Bu tədbirlər də beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməlidir”.

Millət vəkili 30 illik yubileyi olan bir qurumun indiyə qədər heç bir şeyi ciddi şəkildə həyata keçirmədiyini diqqətə çatdırıb və quruma bir sıra məsləhətlər verib:

“Onların turist maşınları hər zaman Avropanın ən gözəl paytaxtlarını əhatə edib.Qarşıdakı illərdə öz coğrafiyalarını genişləndirsələr, yəni, bu görüşləri Asiya, Afrika, Latın Amerikası təbiəti ilə tanış olmaq üçün təşkil etsələr daha effektiv nəticə verər. Çünki təbii olaraq mən də bir çoxları kimi ATƏT-in Minsk Qrupununun bundan sonrakı fəaliyyətindən hər hansısa bir ciddi addım gözləmirəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY
Zamantv.az : - Fövqəladə Hallar Nazirliyinə məxsus Zığdakı modul hospitalda özbaşınalıqlar davam edir. Hospitalın baş həkimi İmran Ağayevin rüşvət almasına görə həbs edilməsindən sonra yenə də neqativ hallara yol verilir.

TİA.Az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən bildirir ki, tibb bacıları komada olan xəstə yaxınlarına zəng edərək onlardan pul istəyir.
Tibb işçiləri “komadakı xəstənizin altını dəyişirik” deyərək konkret məbləğlərdə pul istəyirlər. Məlumata görə, bu məbləğ 200-300 manat arası dəyişir və hər dəfə təkrarlanır.
Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY
Sosial media istifadəçiləri yazırlar ki, tibb bacıları xəstə yaxınlarında bank kartlarını göndərir və pulun ora köçürülməsini tələb edirlər. Görünür ki, həbslər də hospitalı idarə edənlərin gözünü qorxutmayıb və dərs olmayıb.

TƏBİB bu məsələdə yaxasını kənara çəkərək hospitalın onların tabeliyində olmadığını bildirməklə məsuliyyəti FHN-nin üzərinə qoyur. Lakin nazirlik də ona aid hospitalda baş verənlərlə bağlı addım atmır. Belə aydın olur ki, hüquq-mühafizə orqanları yenidən araşdırma aparmalı olacaqlar.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərzaq təhlükəsizliyimiz hələ də əcnəbilərin əlindədir... - ARAŞDIRMA
Zamantv.az : - Azərbaycan niyə öz ərzaq təminatını yerli imkanlar hesabına formalaşdıra bilmir? Aşağıdakı video-araşdırmada bu məsələyə toxunulub.

Qeyd edək ki, fəal sahibkarlar araşdırma zamanı öz açıqlamalarında bir emal müəssisəsi yaratmağa təşəbbüs edəndə yan-yörədən çox sayda xərclərin peyda olduğunu bildirirlər.//dia.az

Daha ətraflı aşağıdakı video-araşdırmada:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil şöbəsindən 4 şagirdi olan məktəb barədə AÇIQLAMA

Zamantv.az : - İsmayıllı Rayon Təhsil Şöbəsi (RTŞ) Qoydan kəndində yerləşən və yararsız şəraitdə olan məktəb ilə bağlı açıqlama verib.

RTŞ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud tikili ayrıca məktəb deyil, Əhən kənd ümumi orta məktəbinin nəzdində tikilidir:

“2020-ci ildə Qoydan kənd sakinləri ərizə ilə İsmayıllı Rayon Təhsil Şöbəsinə müraciət edərək kənddə olan bir neçə ibtidai sinif şagirdinin hər gün Əhən kəndinə getməsi məsələsi barədə köməklik göstərilməsini xahiş edib.

Bu istiqamətdə Qoydan kəndində Əhən kənd ümumi orta məktəbinin bir komplekt sinfinin yaradılmasına dair Təhsil Nazirliyindən razılıq alınıb. Mərkəzləşdirilmiş qaydada bu sinifdə tədrisin aparılması üçün müəllim təyin edilib.

Əhən kənd orta məktəbinin direktorunun, müəllimlərin və valideynlərin izahatlarına əsasən, burada təhsilin səviyyəsi qənaətbəxşdir. Mediada yayılan məlumat həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə İsmayıllı rayonunun Qoydan kəndində yerləşən və cəmi birotaqlı dörd şagirdi olan məktəbin şəraitsiz vəziyyəti barədə məlumat yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərsu” hava şəraiti ilə bağlı abunəçilərə müraciət etdi
Zamantv.az : - “Qeyri-sabit və şaxtalı hava şəraiti olan günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir”.

Bu barədə “Azərsu” ASC-nin abunəçilərə müraciətində bildirilir.

“Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzəri yun parça kimi isti örtüklərlə sarınmalı və ya sayğac qutusunun içinə quru ağac yonqarı yığmaqla əhatə olunması tövsiyə edilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu”yun 24 saat fəaliyyət göstərən 955 Qaynar xətt xidmətinə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin 17 iyul 2014-cü tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yeniləri ilə əvəzlənməsi abonentin hesabına həyata keçirilir”, - deyə qurum bəyan edib.

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU