[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Zamantv.az : - Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Layihəyə əsasən, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək.
Həmçinin, layihəyə görə, yoluxucu xəstəlik təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu gün ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud da bu barədə müvafiq sənəd təqdim etməlidirlər //apa//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov Türkiyədə magistr təhsili almış 6 polisi vəzifəyə təyin edib - SİYAHI
Zamantv.az : - Dekabrın 27-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2019-2021-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsilini başa vuraraq ölkəmizə qayıtmış 6 məzuna polis leytenantı xüsusi rütbəsi verilməklə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb.

Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bu münasibətlə DİN-də keçirilən tədbirdə general-polkovnik V.Eyvazov vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərin və Prezident İlham Əliyevin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunan uğurların dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin nəzərlərinə çatdırıb.

Nazir V.Eyvazov bildirib ki, ölkəmizin, eləcə də qardaş Türkiyə DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.

General-polkovnik V.Eyvazov gənc zabitləri təbrik edərək iki qardaş ölkənin daxili işlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib və bundan sonrakı çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, daim polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran XİN Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərini dəyərləndirib
İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə XİN başçısı Hüseyn Əmir Abdullahianın ötən həftə Azərbaycana baş tutmuş səfərini dəyərləndirib.

"Zamantv.az" APA-ya istinadın xəbər verir ki, S. Xətibzadə XİN başçısının Bakıya səfərini iki ölkənin əlaqələrinin inkişafı üçün səmərəli və yaxşı səfər kimi qiymətləndirib.

O deyib ki, bu, son bir neçə il ərzində iki ölkənin əlaqələrinin inkişafı çərçivəsində baş tutan ən yaxşı səfərlərdən biri idi: “Bu səfərin baş tutması üçün hazırlıq Azərbaycan Baş nazirinin müavinin Tehrana səfərindən sonra başlanıldı. Yenidənqurma sahəsində və əlaqələrin inkişafında sıçrayış etmək üçün çox yaxşı razılıqlar əldə olundu”.

XİN sözçüsü diqqətə çatdırıb ki, iki ölkənin arasında yaranmış anlaşılmazlıqlar artıq geridə qalıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Magistraturaya qəbul imtahanının vaxtı məlum olub - Diqqət!
Zamantv.az : - məlumatına görə, Dövlət İmtahan Mərkəzi gələn il üçün magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtını açıqlayıb.

Magistratura səviyyəsi üzrə I mərhələ üçün qəbul imtahanının fevralın 20-də keçirilməsi planlaşdırılır.

Fevral ayında həmçinin peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının da keçirilməsi nəzərdə tutulub. Şagirdlər fevralın 28-də imtahan verəcəklər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstehsal yenə arxa planda: Sahibkarlar Qarabağda nə edəcək? - İNCƏLƏMƏ...
“Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 929 müraciətin 441-i investisiya layihələri, 488-i isə podrat əsaslı layihələrlə bağlı olub”.

"Zamantv.az" bildirir ki, Bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

O, həmçinin bildirib ki, müraciətlərin 27%-i tikinti, yenə də 27%-i ticarət və xidmət, 20%-i sənaye, 18%-i kənd təsərrüfatı, 8%-i isə turizm, səhiyyə, təhsil, mədəniyyət, logistika sahələrini əhatə edib.

Bundan başqa, müraciətlərin 111-i Şuşa, 108-i Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı, 13-ü isə Laçına investisiya yatırılması ilə bağlı olub. 485 müraciətçi isə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib. Qeyd edək ki, ölkədə qeyri-neft sektoru artıq bir neçə ildir ki, prioritet elan edilsə də, bu sahədə istənilən nəticə əldə olunmur. Qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı və sənayenin inkişafı, istehsalın genişlənməsi ilə bağlı bir sıra təkliflər səslənsə də, büdcənin gəlirlərinin əsas hissəsini hələ ki, bu sektordan əldə edilən gəlirlər təşkil etmir.

Ölkədə bir sıra sahələrin, o cümlədən kənd təsərrüfatı və sənayenin inkişafında işğaldan azad edilən ərazilərin mühüm əhəmiyyət kəsb etdiyi deyilsə də açıqlanan statistikadan da görünür ki, investisiya ilə bağlı müraciətlərdə digər sahələr üstünlük təşkil edir.

Bu gün sahibkarlar niyə yenə də kənd təsərrüfatı, istehsal sahələrinə maraq göstərmir?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirdi ki, qeyri-neft sektoru ilə bağlı öz əksini tapan rəqəmlər azdır:

“Ümumiyyətlə, həmin statistikada ölkə üzrə götürdükdə tikinti və xidmət sektorunun daha güclü şəkildə inkişaf etdiyi və daha çox yayıldığı əyani olaraq ortaya çıxır. Bu tendensiyanı mənfi hesab eləmirəm və müəyyən mənada təbii qarşılanmalıdır. Ancaq bir məsələ var ki, qeyri-neft sektorunun əsas qolu istehsal sahəsi, sənaye, kənd təsərrüfatı ilə bağlıdır. Hələ neçə illər öncə də ölkə başçısı hökumətin iclaslarında qeyri-neft sektorunun prioritet olduğunu, bu sektorun əsas məqsəd daşıdığını qeyd edərkən, bunun əsas iki qolunun-sənaye və kənd təsərrüfatının daha güclü şəkildə inkişaf etdirilməli olduğunu vurğulamışdı. Onu da qeyd edək ki, əgər söhbət sırf işğal altında olan ərazilərin azad olunması və orada yaradılan yenidənqurma və bərpa işləri, infrastrukturla bağlı mövcud mənzərəni nəzərə alanda ilk olaraq qeyri-neft sektorunun məhz tikinti, xidmət sahələrinin daha çox inkişaf etməyə meyilli olduğunu təbii qəbul etmək lazımdır. Xidmət sekorundan danışanda bir məsələni unutmaq olmaz ki, bu, həm də da turizmin inkişafı deməkdir. Həmin ərazilərin turizm üçün gələcəkdə böyük potensialı mövcuddur. Qeyri-neft sektorunun bu bölgədə inkişafının əsas göstəricilərindən birini məhz turizm sektoru təşkil edəcək. Ona görə də hələlik həmin müraciətlərdə bilavasitə xidmət, tikinti və bu kimi sahələrlə bağlı təkliflərin üstünlük təşkil etməsi ilkin olaraq müsbət dəyərləndirilməlidir”.

Ekspert hesab edir ki, qeyri-neft sektorunun digər əsas qolları olan sənaye və kənd təsərrüfatı üzrə təkliflərin sayının çoxalacağı və yaxın gələcəkdə sahibkarların həmin sektorlarla bağlı regionda inkişafına maraq göstərəcəklərinin şahidi olacağıq:

“Hələlik ilkin prosesdir, burada sahibkarların daha çox və tez gəlir gətirən sahələrə dair təkliflərlə çıxış etmələri, maraq göstərmələri təbii qarşılanmalıdır. Çünki istənilən sahibkar ilk növbədə qoyduğu vəsaitin daha tez bir şəkildə gəlir gətirməsinə çalışır. Bu da kənd təsərrüfatı və sənayedən fərqli olaraq, tikinti və xidmət sektorudur.

Onlar elə bir sahələrdir ki, onlara vəsait yatırdıqdan sonra qısa bir müddət ərzində gəlir götürə bilirsən. Ancaq sənaye və kənd təsərrüfatında investisiyaların nəticələrini əldə etmək üçün bir müddət gözləməyə məcbursan. Həm o ərazilərin yenidən işğaldan azad edilməsi, infrastrukturun yaradılmaqda olduğu, bərpa-yenidənqurma işləri getdiyindən, hələ elə bir məskunlaşmanın, məşğulluq probleminin kifayət qədər həllini tapmadığı bir şəraitdə ilk növbədə tikinti, xidmət, ticarət sektorunun inkişafı daha labüd xarakter daşıyır. Sənaye, kənd təsərrüfatının inkişafını bundan sonrakı mərhələdə gözləmək olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əvəllər özünü dartan Erməni rejissor bu dəfə başqa cür idi" - Ayaz Salayev
Zamantv.az : - Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüblər. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Ermənistan Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.
Görüşdə iştirak edən rejissor Ayaz Salayev təəssüratlarını AzVision.az ilə bölüşüb:

- Əvvəllər də bu tipli görüşlərdə iştirak etmişəm. Bu isə müharibədən sonra bizim ilk görüşümüz idi. Mən maraqla getmişdim. Maraqlı idi ki, görüş necə keçəcək, bunların münasibəti necə olacaq. Görünən o idi ki, bizim qələbə onlara əməlli-başlı təsir edib. Artıq dəyişiklikləri hiss etmək olurdu.

- Sizi necə qarşıladılar? Münasibət necə idi ki?
- Belə də. Nə çox soyuq, nə də çox mehriban.

- Erməni ziyalılarının içərisində əvəllər münasibətiniz olanlar var idimi?
- Var idi. Rejissor Harutyun Xaçatryanla İsveçrədə festivalda tanış olmuşduq. Bu dəfə isə o xeyli dəyişmişdi. O vaxt mənə yuxarıdan aşağı baxmağa çalışırdı. Bu dəfə isə tamam başqa idi.

- Onunla şəxsən söhbətiniz oldumu? Nədən danışdınız?
- Bəli. O təklif etdi ki, hər iki tərəfin Qarabağ mövzusunda çəkdiyi filmlərə baxaq. Onlar bizim mövqeyimizə, biz də onların mövqeyinə nəzər salaq.

Fərhad Bədəlbəyli, Kamal Abdulla çox gözəl danışdılar. Mina xəritələri ilə bağlı mövzulara toxunduq. Onlar isə qarşılığında bizdə olan ermənilərin qaytarılmasını xahiş etdilər. Bildirdik ki, ermənilər gec-tez qayıdacaq. Amma həlak olan adamlar heç vaxt qayıtmayacaqlar. Onlar isə bunu sakit qarşıladılar.

- Necə düşünürsünüz, belə bir görüşlər fayda verə bilərmi?
- Olmalıdır. Faydası nə dərəcədə olacaq onu deyə bilmərəm.

- Bu erməni ziyalıları Qarabağ ermənilərinə, Ermənistan cəmiyyətinə hansısa formada təsir edə bilərlərmi?
- İnanmıram. Ancaq bilmək də olmaz...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir - GİLEY
Zamantv.az : - xəbər verir ki, Qış fəsli olmasına baxmayaraq, Bakıda 205 nömrəli məktəbə istilik verilməyib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verilib. Onların sözlərinə görə, valideynlər bu səbəbdən uşaqlarını məktəbə buraxmırlar. Müəllimlər isə bütün günü boş-bekar oturub, dərs demədən geri qayıdır.

Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, paytaxtdakı 205 nömrəli tam orta məktəbin binası Dövlət Proqramı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə sökülərək yenidən tikilib və 2021-2022-ci tədris ilindən istifadəyə verilib:

"Məktəbin yeni inşa olunmuş binasının qaz xətinin müvafiq sənədləri, eyni zamanda yeni binanın istismara qəbul sənədlərinin hazırlığı tam yekunlaşmadığı üçün təhvil-təslim prosesi başa çatmayıb. Bu səbəbdən məktəbə "Azəriqaz” tərəfindən qaz verilməyib və hazırda məktəb istiliklə təmin olunmur.

Nəzərinizə çatdırırıq ki, yaranmış problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla müvafiq danışıqlar aparılır və məsələnin həlli diqqət mərkəzində saxlanılır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni ildə YENİ SAVAŞ OLACAQMI? - İNCƏLƏMƏ...
Zamantv.az : - Bu gün ən aktual məsələlərdən biri və demək olar ki, birincisi Qraabağda yeni savaşın başlayıb-başlamayacağı ilə bağlıdır. Burada, Azərbaycan tərəfinin müəmmaları heç də hansısa növbəti müharibə qorxusu ilə əlaqədar deyil. Elə rəsmi Bakının dəfələrlə Ermənistandakı revanşistlərə yönəlik "hər zaman savaşa hazırıq" ismarıcları, habelə Azərbaycanın yeni dövlət büdcəsində də hərbiləşmənin ön plana çıxması belə deməyə əsas yaradır.

Erməni tərəfinin davranışları isə daha çox incidilmişin reaksiyalarına bənzəyir. DİA.AZ bildirir ki, hər zaman politologiya elmindəki ənənəvi "fars siyasəti"nin konturlarına uyğun şəkildə gedişləri ilə diqqətçəkən Ermənistan yenə də özünü daha çox şahmat taxtasının başındakı kimi hiss etdiyindən hiyləgər gedişləri ilə diqqət çəkir.

Paşinyanla Arayikin arasındakı sərinlik xəbərləri də həmin hisyləgər gedişlərin növbətisi kimi qəbul olunmalıdır. Yəni kimsə düşünməməlidir ki, İrəvanla separatçı Xankəndi rejiminin münasibətlərində gərilmə var.

Doğrudur, bu gün Arayik daha çox Qarabağdakı rusları eşidir, amma onun son olaraq Azərbaycanla meydanda hətta tək qalmağa cəsarət edəcəyi gözlənilən deyil. Çünki 44 günlük savaş boyunca zatən, Azərbaycan Qarabağı ruslar və ermənilər qarışıq bir əks-cinahın əlindən azad etməyə müvəffəq olmuşdu və burada Arayikə rusun Qarabağda birbaşa yerləşməsi də əlavə gücləndirilmiş faktor hesab oluna bilməz.

Arayik kimiləri xaraktercə qorxaq olduqlarından rusların belə süni cəsarətləndirmə addımları nələrisə dəyşməyəcək və hətta yanlarındakı qüdrətli Rusiya ordusu belə onlara növbəti müharibənin başlanması üçünn stimul rolunu oynamayacaq.//DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxılıb
Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsini CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib.

S. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya Aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu quruma ayrılan pullar hara xərclənir...
Ölkə başçısı İlham Əliyev 2018-ci ildə “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 1,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Binəqədidə yollar təmir edilərkən Firdovsi Vəliyev küçəsi ikinci dalan - Söyüdlər yolu unuduldu.
Aradan iki il keçdi 2020-ci ildə ölkə başçısı yenə AAYDA-ya Binəqədi rayonunun yollarının təmir edilməsi üçün vəsaitin ayrılması ilə bağlı sərəncam imzaladı. Bu dəfə AAYDA-ya 2,85 milyon manat vəsait ayrıldı. Həmin ərəfədə gətirib əraziyə asfalt qırıntıları tökdülər ki, vətəndaşların gözündən pərdə asa bilsinlər: "bəs ərazi təmir edilir". Bir müddət sonra avtomobillərin təkərləri, yolun hərkətliliyi nəticəsində həmin qırıntılar aşınıb getdi. Yol yenə əvvəlki bərbad vəziyyətini aldı.

Ölkə başçısı yenə bu il Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Yenə AAYDA-ya 3,7 milyon manat vəsait ayrılıb. Çünki ölkə başçısı görür ki, nə qədər vəsait ayrılsa da, elə bil ki, pul qeybə çəkilir. Binəqədidəki vəziyyət isə, “köhnə hamam, köhnə tas” söhbətini xatırladır.

Nə isə, keçək mətləbə: Firdovsi Vəliyev ikinci döngə, Söyüdlər yolu adalnan ərazidə küçə bərbad vəziyyətdədir. Sakinlər yolun təmir edilməməsindən şikayətçidir. Yolun vəziyyəti nəinki avtomobil sürüclərinin, eləcə də piyadaların əbədi işgəncəsinə çevrilib. Ölkə başçısı Binəqədinin yollarının təmir edilməsi üçün AAYDA-ya vəsait ayrılsa da, sanki bu vəsait birbaşa xüsusi şəxslər üçün ayrılır, yollar üçün deyil. Belə ki, qeyd edilən ərazi illərdir ki, təmir edilmir.

Ərazi sakini Zaur Nurməmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, məsələ ilə bağlı müraciət etmədiyi qurum və şəxs qalmayıb. Əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edən vətəndaşa bildirilib ki, həmin ərazi agentliyin balansında deyil və onlar həmin ərazini təmir etməyə borclu deyillər. Ərazi İcra Hakimiyyətinin balansındadır və həmin ərazini məhz İcra hakimiyyəti təmir etdirməlidir. Şikayətçi Binəqədi Rayon İcra Hakimiyyətinin qaynar xəttinə müraicət etdikdə isə, ona bildirilib ki, yenə səhv ünvandadır. Çünki həmin ərazi İcra Hakimiyyətinin də balansında deyil. Vətəndaşa deyilir ki, Bələdiyyəyə müraciət et. Vətəndaş Bələdiyyə müraciət edəndə isə, iradı cavabsız qalıb.

“Bəzi yerlərdə çuxurlar 20-30 santimetr dərinliyindədir. Hər gün buradan onlarla məktəbli keçir, onlar üçün də vəziyyət təhlükəlidir. Yağış yağanda bu çuxurlar dolur və yol görünmür. Keçmək mümkün olmur. Mən özüm yağış yağanda belə avtomobillə uşaqları götürürəm ki, o həndəkləri keçə bilməyəcəklər. Çuxurlar bəzi yerlərdə elə dərindir ki, “sedan” tipli avtomobillərin altı yerə dəyir”.

Z.Nurməmmədov qeyd edir ki, əlaqədar qurumlar öz məsuliyyətini dərk etməli və bu problemləri aradan qaldırmalıdır ki, belə məsələlərə görə, prezidentə müraciət edilməsin: “Yolun 70 metrlik hissəsi bərbad keçilməz vəziyyətdədir. Bu, təmir edilməlidir. Əlaqədar qurumlar, AAYDA, bələdiyyə və ya icra hakimiyyəti bu ərazinin sahibi kimdirsə, bu problemi aradan qaldırmalıdır. Biz niyə hər xırda problem üçün ölkə başçısını narahat etməliyik ki?”

Vətəndaş haqlıdır. Əgər bir küçə Binəqədi rayonu ərazisindədirsə, əlaqədar qurumlardan biri buna sahib çıxmalıdır. Yol təmir edilməlidir. Əgər heç bir qurum yola sahib çıxmırsa, bir zəhmət müraciət edin həmin ərazini sizdən ayırıb versinlər başqa rayona bəlkə o zaman nəsə ola.

AAYDA deyir; "yol balansımda deyil", İcra Hakimiyyəti deyir; "mənim ərazimdə deyil". Bu küçənin bir sahibi var, yoxsa yox?
Bizimyol.info

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU